Rayonun tarix-diyarşünaslıq muzeyində Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi.
Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Məmmədova açaraq bildirdi ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə “Milli Qurtuluş Günü” kimi daxil olub. Həmin gün dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib.
Muzeyin bərpaçısı Aybəniz Şahbazi geniş məruzə ilə çıxış etdi.
Məruzə ətrafında MKS-in metodika və biblioqrafya söbəsinin müdiri Ətrabə Süleymanova, Heydər Əliyev Mərkəzinin elmi işçısi İradə Əkbərli və MKS-in Kovdadıq kənd kitabxanasının işçisi Fərqanə Orucova çıxış etdilər.
-
29İynXəbərlər TALEYÜKLÜ TARİX üçün şərhlər bağlıdır
Teqlər: Xəbərlər
-
29İynXəbərlər “SAĞLAM GƏNCLİK VƏ SAĞLAM GƏLƏCƏK” üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi rayon icra hakimiyyəti ilə birlikdə “Region gəncləri arasında müxtəlif idman oyunları vasitəsi ilə vətənpərvərliyin təbliği” layihəsi çərçivəsində voleybol turniri keçirmişdir.
Tədbiri giriş sözü ilə açan “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov donor təşkilat, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti və bölgələrdə təşkil olunan tədbirlər haqqında ətraflı məlumat verdi.
Tədbirdə iştirak edən Tərtər rayon Uşaq-Gənclər, İdman və Şahmat məktəbinin direktoru Emin Quliyev ölkə Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan danışdı.
Sonda “Lider” komandası birinciliyə layiq görüldü. Bu komandanın üzvləri kubok, hədiyyə və sertifikatlarla təltif olundular.Teqlər: Xəbərlər
-
29İynMədəniyyət BAYRAM KONSERTİ üçün şərhlər bağlıdır
Ulu Öndərin adını daşıyan parkda Milli Qurtuluş Günü münasibəti ilə konsert təşkil olunub.
Konsertdə rayon mədəniyyət mərkəzinin özfəaliyyət kollektivinin, uşaq-gənclər inkişaf mərkəzinin və muğam müsabiqəsinin laureatı Şəmsəddin İbrahimovun ifasında səslənən mahnılar və rəqs nümunələri tamaşaçılarda xoş təəssüratlar yaradıb.
Tədbirdə rayon rəhbəri tərəfindən rayon mədəniyyət mərkəzinin, musiqi məktəbinin və uşaq-gənclər inkişaf mərkəzinin kollektivlərinə fəxri fərmanlar təqdim olunub.Teqlər: Mədəniyyət
-
29İynMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
DAĞIL, A DÜNYA!!!
Babalarımızın “Kişi papağı” qoyduqları, nənələrimizin “12 taxta tuman” geyindikləri vaxtlarda nə bir belə boşanma halı vardı, nə bir belə dava-dalaş, nə zorakılıq, nə də atalı-analı yetim uşaqlar. Gənclər özlərindən böyüklərin yanlarında kəlmə kəsməzdilər, qızları, qadınları dindirsəydilər utandıqlarından cavab verməzdilər, həya edərdilər. Hər kəsin arasında bir abır-ismət pərdəsi vardı. Böyüyün böyük yeri, kiçiyin kiçik yeri olardı. Cavanlar arasında siqaret çəkmək nə idi, içki içmək nə idi? Gənclərin öz aralarında da bir hörmət-izzət münasibəti vardı. Sevmək, sevilmək də tərbiyəli, yəni öz əndazasındaydı.
Bəs nə oldu bizə?! Niyə bu günlərə düşdük?! Azərbaycan xalqının dünyaya nümunə olası milli-mənəvi dəyərləri niyə zədələndi?! Niyə gözəl adət-ənənələrimiz yavaş-yavaş unudulur?! Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
29İynDigər İRƏVANLI KƏNDİNİN TARİXİ HAQQINDA QISA MƏLUMAT üçün şərhlər bağlıdır
Kəndin salınma tarixi çox qədim deyil. Amma bu kəndin sakinləri keçmiş tariximizi yaşadan insanlar olmuş, çətin, keşməkeşli tale yolları keçmişlər.
Onlar qədim Azərbaycan torpağı olan Dərələyəz mahalının Ağkənd kəndindən köçüb gəlmişdilər. 1918-ci ildə Stepan Şaumyanın rəhbərliyi ilə azərbaycanlılara qarşı törədilən soyqırımları əzəli torpağımız olan Dərələyəz mahalından da yan keçməmişdir. Bu mahalın Ağkənd kəndində ermənilər görünməmiş vəhşiliklər törətmişlər. Anaların qarnında uşaqlar süngüyə keçirilmiş, qadınların döşü kəsilmiş, insanların bellərinə qaynar samovarlar bağlanmışdı. Qocaya, uşağa, qadına–heç kimə aman verilməmişdir. Evlərə girib qundaqda olan uşaqların xəncərlə başlarını kəsmişlər. İrəvanlı kəndinin ilk sakini olan Qasım Məmmədovun 2 aylıq uşağının gözləri qarşısında başı kəsilmişdi. Bundan sonra o, İrana köçmüş, bir müddət orada yaşamışdı.
Dərələyəz mahalında baş vermiş qırğınlar zamanı ölənlər çox oldu. Qırğından canını qurtaranlar isə gecəynən kənddən qaçmışdılar. Kəndin ağsaqqalı Abbas baba (Sultanov) camaatı başına toplayıb Naxçıvana qaçmağa qərar vermişdir. Onlar meşə ilə gedərkən bir ananın qucağındakı uşaq ağlayaraq hamının taleyini təhlükə altına atır. Daha ətraflı »Teqlər: Digər
-
29İynDigər 2 iyul Azərbaycan Polisi Günüdür üçün şərhlər bağlıdır
AZƏRBAYCAN POLİSİ ŞƏRƏFLİ BİR TARİXİ-100 İLLİYİNİ QEYD EDİR
Azərbaycan polisinin keçdiyi yol dövlətimizin tarixi ilə sıx bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaranmış bu struktur həmin illərdə böyük vətənpərvərliklə müstəqil dövlətimizin milli maraqlarının keşiyində dayanıb.
Cümhuriyyət xarici və daxili münaqişələrə tab gətirməyərək süqut edəndən sonra Azərbaycan Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də daxili işlər orqanları inkişaf etmiş, ictimai asayişin qorunmasında yüksək nəticələr qazanmışdır. Azərbaycan milisi xüsusilə Böyük Vətən müharibəsi illərində fədakarlıqlar göstərmiş, 800-ə yaxın milis əməkdaşı, bilavasitə ön cəbhədə alman faşistlərinə qarşı vuruşmuşdur.
Asayişin keşikçiləri müharibədən sonrakı dövrdə də ictimai təhlükəsizliyin qorunması sahəsində səylərini əsirgəməmişlər. Xüsusən, ulu öndər Heydər Əliyevin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövr Daxili İşlər Nazirliyinin tarixində ən mühüm mərhələ olub. Daha ətraflı »Teqlər: Digər
-
29İynDigər Milli Ordunun 100 illiyi üçün şərhlər bağlıdır
Azərbaycan xalqı böyük qürur hissi ilə Milli Ordumuzun 100 illik yubileyini qeyd edir. Xüsusən də biz veteranlar bu əlamətdar ildönümü münasibətilə fəxarət hissi keçiririk. Çünki biz yaxın keçmişimizdə orduda olan vəziyyəti yaxşı xatırlayırıq. Ordumuzun bugünkü gücünü, qüdrətini də görürük.
Məlum olduğu kimi, hazırda Azərbaycanda onlarla hərbi zavod fəaliyyət göstərir və Silahlı Qüvvələrimizin tələbatı böyük dərəcədə ölkəmizdə istehsal olunan hərbi məhsullarla təmin edilir. Son illərdə 1200-dən çox adda hərbi təyinatlı məhsulun istehsalı qaydaya salınıb. Azərbaycanda güclü hərbi sənaye kompleksi yaradılıb. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu həm biz deyirik, həm Azərbaycan ictimaiyyəti bunu görür və bilir. Aparıcı reytinq agentlikləri də bunu təsdiqləyir. Azərbaycan Ordusu 50 ən güclü ordu sırasındadır”.
Cəbhə bölgəsi olan Tərtərdə yaşadığımız üçün tez-tez hərbi hissələrdə olur, gənc əsgərlərlə görüşürük. Daha ətraflı »Teqlər: Digər
-
29İynDigər TƏRTƏRLİLƏR 1-Cİ OLDULAR üçün şərhlər bağlıdır
Bu ilin may ayında Qubada Beynəlxalq Ailə Günü münasibəti ilə Azərbaycan Xalq Cüm-huriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Ailə bayramı” keçirilib. Bu tədbirdə rayonumuzu Axundovlar ailəsi təmsil edib. Ata–Mahal Axundov, ana–Vəfa Məmmədova, övladlar–Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin tələbələri Fərid və Fəridə, uşaqların dayısı Mayıl Məmmədov bu bayramda intellektual bilik yarışması üzrə respublikamızın bütün bölgələri arasında Tərtər rayonunu layiqincə təmsil edərək, birinci yerin qalibi olmuşlar.
“Ailə bayramı”nda yarışlar 6 nominasiya üzrə keçirilib: “İstedadlar”, “Ləziz yeməklər”, “Bacarıqlı əllər”, “İdman”, “İntellektual bilik yarışması” və “Ailə səcərəsi haqqında məlumat”. Daha ətraflı »Teqlər: Digər
-
29İynKənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır
VƏZİFƏLƏR YERİNƏ YETİRİLİR
Tərtər Subartezian Quyularının İstismarı İdarəsi rayon üzrə idarənin balansında olan 495 ədəd subartezian və 3 ədəd artezian quyularının istismarı ilə məşğul olur və əsas fəaliyyəti rayon ərazisində yerləşən əkin sahələrinin suvarılmasını təmin etməkdən ibarətdir.
Göstərilən subartezian quyularına xidmət edən elektrik avadanlıqlarının ümumi gücü 47 min 795 kvt-dır.
İdarənin balansında olan subartezian quyularının dərinliyi 65-150 metr arasında, kollektorların diametri 6-12 düymə, statiki səviyyə 20-65 metr, dinamiki səviyyə 30-100 metr arasında dəyişir. Quyularda işləyən nasosların ümumi gücü 14 min 966 kvt, ümumi məhsuldarlığı 12 min 985 1/san. təşkil edir.
Subartezian quyularının altında əkin sahələri 13 min 500 ha təşkil edir. Bu əkin sahələrini əsasən taxıl, pambıq, yem bitkiləri və həyətyanı sahələr təşkil edir.
Göstərilən əkin sahələrinin suvarılması üçün cari ilin 3 ayı ərzində 15 milyon 456 min kubmetr, əhalinin kommunal-məişət xidmətləri üçün 3680 min kubmetr su çıxarılmış, bunun üçün 7751,43 min kvt.saat elektrik enerjisi işlədilmişdir. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
29İynKənd təsərrüfatı 10 TONDAN ÇOX BARAMA üçün şərhlər bağlıdır
Tərtər kümçüləri barama istehsalı sahəsində əldə etdikləri təcrübəni ildən-ilə zənginləşdirirlər. Əgər ötən il rayonda cəmi 4,6 ton barama tədarük olunmuşdursa, bu mövsümdə hədəf 10 tondur.
Ölkə başçısının tapşırığına əsasən rayonumuzda bu gəlirli sahəni inkişaf etdirmək məqsədi ilə ardıcıl tədbirlər görülür. İlk növbədə baramaçılığın yem bazası yaradılır. Belə ki, son illər rayonda 125 mindən artıq çəkil tingi əkilmişdir.
Cari ildə Tərtər rayonunda 290 qutu–4940 qram barama qurdu saxlanılıb.
Baramaçılıqda ən çətin mərhələlər geridə qalıb. Kümçülər qısa müddət ərzində 10 ton 168,1 kq məhsul təhvil veriblər.“Yeni Tərtər”
Teqlər: Kənd təsərrüfatı
Yeni ismarıclar