10Dek
SAHİBKARIN VƏZİFƏSİ CƏMİYYƏTƏ FAYDA VERMƏKDİR
Yeni iqtisadi təfəkkürün formalaşması
Məlum olduğu kimi, 1990-cı illərin əvvəllərində yenicə müstəqillik qazanmış gənс respublikamızın qarşısında duran başlıca vəzifələrdən biri, bazar iqtisadiyyatına keçid şəraitində, müxtəlif islahatlar həyata keçirməklə, ölkəni yeni yolla aparmaqdan ibarət idi. Lakin o zaman hakimiyyət başında olanlar Azərbaycanın gələcək taleyindən çox öz şəxsi maraqlarını düşündüklərinə görə, nəinki böhrandan çıxmaq mümkün oldu, hətta ölkə parçalanmaq və dağılmaq təhlükəsi ilə üzləşdi.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük uzaqgörənliklə qarşıda duran vəzifələrin həllinə başladı. Bu, o qədər də asan məsələ deyildi. Iqtisadi islahatların aparılması üçün keçmiş sovet psixologiyasından uzaqlaşmaq, insanları yeni iqtisadi təfəkkürə alışdırmaq lazım gəlirdi.
1993-cü ildə təsdiq edilmiş “Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)” Dövlət Proqramı bu sahədə atılmış ilk ad-dım oldu. 1995-ci ildən başlayaraq iqtisa-diyyatımız inkişaf mərhələsinə qədəm qoydu. Daha ətraflı »
Teqlər: İqtisadiyyat
10Dek

Payız hamıdan qabaq qəbiristanlığı “ziyarət etmişdi”–otlar qurumuş, kolkoslar və ağaclar sarı həsrətə bürünmüşdü. Hər tərəf, hər yan yuxalıb kövrəlmişdi, sanki təbiətin özü də qəbiristanlıqda səssiz-səmirsiz ağlayırdı.
Qəbiristanlığa gedən yol şırım kimi payızın içindən keçirdi, elə bil yol da nigarançılıq çəkirdi–gəlib-gedəni yox idi. Bu yol hara getdiyini və hardan gəldiyini özü də bilmirdi. Bir az da insan ömrünə bənzəyirdi bu yol–sonu harda bitəcək, kim bilər ki?
Mahirə xanım Kamranın maşını ilə üzü dağlara sarı çözələnib gedən narahat daşlı-kəsəkli, çala-çökək bir yolla Qasım Qırxqızlının uyuduğu qəbiristlanlığa tərəf gedirdilər. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
10Dek
Bu yaxınlarda sevə-sevə oxuduğum “Ədalət” qəzetində gənc yazar Ayxan Ayvazın Yafəs Türksəslə müsahibəsini oxudum (16 noyabr 2018-ci il). Etiraf edim ki, Yafəs Türksəs haqqında heç bir məlumatım yox idi, şeirləri ilə də tanış deyildim. Ancaq yazıdan onun da, onun sevgilisi kimi təqdim etdiyi (deyəsən o da tanımadığım şairələrdəndir) Yeganə xanımın həyat yoldaşının da nə qədər “xoşqeyrət” olduğunu anladım. Müsahibədə sevdiyi qadının həyat yoldaşı haqqında dediklərini olduğu kimi yazıram: “Biz Yeganəylə kafedə oturub yemək yeyirdik, əri işdən gəlirdi, görüşürdük. Çox normal qarşılayırdı. Onun əri savadlı insandı, dünya ədəbiyyatını yaxşı bilir. (A kişilər, dünya ədəbiyyatı bizə biqeyrətsizlikmi öyrədir ?!). Hətta bir çox yazıçımızdan da yaxşı. Xətrimi çox istəyirdi (qeyrətinə heç kim yox, elə öz həyat yoldaşı qurban olsun) bizim aramızda heç bir inciklik olmadı. Əri Yeganə xanıma inanıb(?). Deyibmiş ki, bizim aramızda yaxınlıq yoxdur, dostuq, eləcə mənim saçımı sığallayır.” Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
30Noy
Bizim əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Əminəm ki, ədliyyə və məhkəmə işçiləri qanunun aliliyinin, hər kəsin qanun qarşısında bərabərliyinin təmin olunması, vətəndaşlarının hüquqlarının qorunması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində səylərini bundan sonra da daetirərək Azərbaycan ədliyyəsinin inkişafına öz töhfəsini verəcəklər.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Teqlər: Digər
30Noy

Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə tədbir iştirakçıları rayonun mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə tər gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Rayon Gənclər Mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, ziyalılar və fəal gənclərin qatıldığı tədbiri giriş sözü ilə açan YAP Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. Daha ətraflı »
Teqlər: Xəbərlər
30Noy
Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə rayonumuzda tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları rayon rəhbəri ilə birlikdə ulu öndərin abidəsinin önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.
Sonra tədbir Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında davam etdirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ədliyyə orqanlarının yaradılmasının 100 illik yubileyi və peşə bayramları münasibəti ilə bütün ədliyyə və məhkəmə orqanlarının işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan ətraflı danışıb.
Tədbirdə Tərtər rayon Məhkəməsinin sədri Nadir Əsgərov, Tərtər Hərbi Məhkəməsinin sədri İlqar Quliyev, rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizlik Xidmətinin rayon şö-bəsinin rəisi Ülvü Kazımov, “N” saylı hərbi hissənin komandir müavini Babək Səmidli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Elşən Abdullayev çıxış edərək, ədliyyə işçilərinə peşə bayramları münasibətilə ən xoş arzularını çatdırıblar, ölkədə həyata keçirilən uğurlu məhkəmə-hüquq islahatlarından söz açıblar.
Sonda bir qrup ədliyyə işçisinə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub.
“Yeni Tərtər”
Teqlər: Xəbərlər
30Noy

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən dövlət orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Qəbul zamanı vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll istiqamətində tədbirlər görülür.
Bu günlərdə səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasında Tərtər, Bərdə, Goranboy və Ağdam rayon sakinlərini qəbul edib.
Qəbulda ümumilikdə 12 vətəndaşın sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Qəbula gələn vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə ediblər.
“Yeni Tərtər” Daha ətraflı »
Teqlər: Xəbərlər
30Noy
Hər xalqın öz milli-mənəvi dəyərləri olduğu kimi mənim millətimin də vətəni, dili, mədəniyyəti var. Respublikamızın dövlət dili Azərbaycan dilidir.
Biz körpəlikdən qocalanadək bu dili eşidə-eşidə yaşayırıq. Dil ilə insanlar bir-biri ilə ünsiyyət bağlayır, qəlbindəki sözləri bir-birinə çatdıra bilirlər.
Vətənə, xalqa, anaya, dilimizə məhəbbət bu dili oxuyub-yazmağı bacardıqdan sonra daha da güclənir.
Hal-hazırda müstəqil dövlətimiz, ordumuz, hakimiyyət orqanlarımız, pulumuz var. Başqa ölkələr bizimlə ticarət əlaqələri, mədəni əlaqələr saxlayırlar.
Dünyadakı 50 milyon azərbaycanlının 10 milyona yaxını doğma ölkəmizdə yaşayır. Mühacirətdə olan həmvətənlərimiz qürbətdə yaşasalar da, dilini və adətlərini unutmurlar, xalqımızı və dilimizi layiqincə təmsil edirlər. Erməni quldurlarının başımıza açdığı oyunları, torpaqlarımızın 20%-indən çoxunu işğal etdiklərini dünya ictimaiyyətinə çatdırırlar. Bütün bunların hamısı xalqımızın öz vətəninə, həmçinin öz dilinə sevgisindən, məhəbbətindən irəli gəlir. Millətimizin qərib ölkədə olan bir çox övladları xaricdə doğulsalar da, doğma dilimizdə danışır və anadilli elm ocaqlarında təhsil alırlar.
Mənim xalqım doğma, şirin ana dilini heç vaxt unutmur və unutmayacaq da! Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
30Noy
Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti mövcuddur və bu siyasət bu gün də qətiyyətlə həyata keçirilir. Ümummilli lider Heydər Əliyev gəncləri Azərbaycanın gələcək qurucuları adlandırırdı. Onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Prezident İlham Əliyevin qayğısı ilə ölkəmizdə gənclər siyasəti uğurla davam etdirilir.
Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsi, savadlanması, elmi inkişaflarının artırılmasına xüsusi diqqət göstərilir. Azərbaycan dövlətinin gənclər siyasətində gənc müəllimlərin həyat şəraitinin yaxşılaşdırılması, onların problemlərinin həll edilməsi məsələlərinin önə çəkilməsi gəncləri müəllim işləməyə həvəsləndirir. Hazırda respublikanın ümumtəhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu həyata keçirilir.
Daha ətraflı »
Teqlər: Təhsil
30Noy

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən tərtərli məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.
Məktəbliləri rayonun Mərkəzi Meydanında Tərtər Rayon İcra Hakimiyyətinin, təhsil şö-bəsinin məsul işçiləri və valideynlər qarşılayıblar.
Məktəblilər səfər etdikləri rayonlarda sosial-iqtisadi inkişaf istiqamətində görülən işlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar.
Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.
Tur-aksiyadan geri dönən məktəblilər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla birlikdə “Tərtər-Şıxarx” avtomobil yolunun kənarında, “Marağa-150” abidəsi ətrafında ağac əkiblər.
“Yeni Tərtər”
Teqlər: Təhsil
Yeni ismarıclar