Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Mar

    Digər üçün şərhlər bağlıdır

    …Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqına ləyaqətlə xidmət edim. Vətəndaşları narahat edən problemlərin həlli üçün lazımi addımlar atılacaq.

    İlham ƏLİYEV,
    Azərbaycan Respublikasının Prezidenti

  • 19Mar
    Tərtər RİH-də SARICALI KƏNDİNDƏ NÖVBƏTİ SƏYYAR QƏBUL-GÖRÜŞ KEÇİRİLDİ üçün şərhlər bağlıdır

    Əvvəlcə Sarıcalı kənd İƏD üzrə nümayəndə Sərdar Aslanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi, sonra vətəndaşların müraciətləri dinləndi. Sakinlərdən Ədalət Əliyev, Ədibə Mustafayeva, İqbal İmanov, Zülfü Əliyev müxtəlif məsələlər barədə müraciət etdilər. Daha ətraflı »

  • 19Mar
    Xəbərlər ŞƏHİD ZÜLFÜQAR QASIMOVUN ANIM GÜNÜ üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Yuxarı Qaradağlı kəndində respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhid Zülfüqar Qasımovun 25 illik anım gününə həsr olunmuş tədbir keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək, onların xatirəsini ehtiramla yad ediblər. Daha ətraflı »

  • 19Mar
    Xəbərlər Tərtər rayonunun 85 illiyi üçün şərhlər bağlıdır

    CANLI MÜZAKİRƏ

    Rayonun Tarix-Diyarşünas-lıq muzeyində Tərtər rayonunun yaradılmasının 85 illiyi münasibəti ilə tarix müəllimlərinin iştirak etdiyi “Dəyirmi masa” keçirildi.
    Tədbiri giriş sözü ilə muzeyin direktor əvəzi Aybəniz Şahbazi açdı.
    Sonra Tərtər rayonu haqqında rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev və şuranın üzvü Rauf Həsənzadə geniş məlumat verdilər.
    Tədbir diskusya şəklində keçirildi. Yığıncaqda Ümumtəhsil məktəblərinin tarix müəllimləri ayrı-ayrılıqda öz fikirlərini bil-dirdilər. Tərtərin tarixindən ətraflı söz açdılar.

    “Yeni Tərtər”

  • 19Mar
    Xəbərlər QADINLAR BAYRAMI üçün şərhlər bağlıdır

    8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə Tərtər rayonunda bayram tədbiri keçirilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov zərif cinsin nümayəndələrini bayram münasibətilə təbrik edib, qadınlara göstərilən dövlət qayğısından, onların cəmiyyətimizdə tutduqları yüksək mövqedən bəhs edib. Daha ətraflı »

  • 19Mar
    İdman QALİBLƏR MÜKAFATLANDIRILDI üçün şərhlər bağlıdır

    Tədbirdə rayon icra hakimiyyətinin, Gənclər və İdman İdarəsinin nümayəndələri, məşqçi-müəllimlər, idmançılar, futbol, valeybol, şahmat yarışlarının qalib komandalarının üzvləri iştirak ediblər.
    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb. Tərtər rayonunda da idman sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bildirib ki, ötən il idmançılarımız beynəlxalq, respublika və zona yarışlarında, eləcə də açıq birinciliklərdə yüksək nəticələr qazanıb, 374 medal və diploma layiq görülüblər. Medalların 10-u dünya kubokunda, 2-si beynəlxalq yarışda, 15-i Azərbaycan çempionatı və birinciliyində, 347-si isə zona birinciliyi və açıq birinciliklərdə qazanılıb. Bir nəfər məşqçi-müəllim Əməkdar məşqçi adına, bir nəfər gənc boksçumuz isə idman ustası adına layiq görülüb. Hazırda rayonumuzda müasir tələblərə cavab verən Olimpiya İdman Kompleksinin tikintisi aparılır. Daha ətraflı »

  • 19Mar
    Səhiyyə MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN TİBBİ AKSİYA üçün şərhlər bağlıdır

    Tərtər rayonunda məcburi köçkünlərin tibbi müayinəsi keçirilib.
    Məcburi köçkünləri müayinə etmək məqsədilə Respublika Kliniki Xəstəxanasının 19 nəfərdən ibarət həkim briqadası Tərtərə ezam olunub. Müayinəyə Tərtər rayonunda və ətraf ərazilərdə müvəqqəti məskunlaşmış 600-dən çox məcburi köçkün cəlb edilib.
    1 nəfər təcili əməliyyat olunub, 15 nəfərə isə Bakı şəhərinə göndəriş verilib.
    Sonra qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və Kliniki Xəstəxananın həkimləri yataq xəstəsi olan məcburi köçkünlərə də baş çəkiblər. Daha ətraflı »

  • 19Mar
    Digər ÖLKƏ PREZİDENTİNƏ MİNNƏTDARLIQ üçün şərhlər bağlıdır

    “Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq.
    Belə əhəmiyyətli tədbirlərdən biri minimum əmək haqqının 38 faiz artırılması, yəni 130 manatdan 180 manata çatdırılması oldu. Bu, 600 min nəfər insanı əhatə etdi. Minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı. Bu da təxminən 38 faiz artım deməkdir. Lakin dövlət bunu son hədd hesab etmir. Əməkhaqqı və pensiyaların artırılması daim gündəmdə saxlanan məsələdir. Bu da göstərir ki, gələcəkdə minimum əməkhaqqı və pensiyalar ardıcıl olaraq artırılacaq”

    İlham ƏLİYEV
    Azərbaycan Respublikasının
    Prezidenti Daha ətraflı »

  • 19Mar
    Xəbərlər ZƏRƏRLİ VƏRDİŞLƏR CƏMİYYƏTİMİZ ÜÇÜN TƏHLÜKƏLİDİR üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin və rayon polis şöbəsinin birgə təşkilatçılığı ilə Şıxarx qəsəbə 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmin təhlükələri” mövzularında maarifləndirici tədbirlər keçirilib.
    Tədbirdə əvvəlcə rayon polis şöbəsinin rəisi Elçin Qasımov məruzə ilə çıxış edərək, “əsrin bəlası” olan narkomaniyanın ağır sosial bəlaya səbəb olan zərərli hallarından danışıb.
    Sonra Elçin Qasımov son dövrlərdə din pərdəsi arxasında gizlənib, cəmiyyəti məhvə sürükləmək istəyən ünsürlərə qarşı rayonda qabaqlayıcı tədbirlərin görüldüyünü diqqətə çatdırıb, erkən nikahın yaratdığı problemlər barədə məlumat verib. Daha ətraflı »

  • 19Mar
    Xəbərlər HƏRBÇİLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Tərtər rayon İcra Hakimiyyəti ilə birlikdə Novruz bayramı münasibətilə cəbhə xəttində yerləşən “N” saylı hərbi hissənin zabit və əsgərləri ilə görüşüb.
    Əvvəlcə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əsgər və zabitlərə qarşıdan gələn Novruz bayramı münasibəti ilə arzularını bildirib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə qüdrətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edəcəyi imkanı ifadə edib.
    Əsgərlər qarşısında çıxış edən birliyin sədri Sevinc Əzimbəyli qəhrəman hərbçiləri təbrik edib. Vətənin keşiyində duran bütün cəsur zabit və əsgərlərimizin hünərindən danışıb.

    “Yeni Tərtər”