“Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq.
Belə əhəmiyyətli tədbirlərdən biri minimum əmək haqqının 38 faiz artırılması, yəni 130 manatdan 180 manata çatdırılması oldu. Bu, 600 min nəfər insanı əhatə etdi. Minimum pensiyaların məbləği 116 manatdan 160 manata çatdırıldı. Bu da təxminən 38 faiz artım deməkdir. Lakin dövlət bunu son hədd hesab etmir. Əməkhaqqı və pensiyaların artırılması daim gündəmdə saxlanan məsələdir. Bu da göstərir ki, gələcəkdə minimum əməkhaqqı və pensiyalar ardıcıl olaraq artırılacaq”
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycan Respublikasının Prezidenti ölkə vətəndaşlarının sosial rifahını daim diqqətdə saxlayır. Bu ilin əvvəlindən imzalanan ardıcıl sərəncamlar bu qayğının parlaq təzahürüdür. “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı dövlət başçısının daha bir humanist addımıdır. Burada sosial-müavinətlərin və aylıq təqaüdlərin əhəmiyyətli dərəcədə artırılmasından bəhs edir.
Ölkə rəhbərinin bu humanist addımı bir təqaüdçü kimi məni çox sevindirir. Bu o deməkdir ki, rəhbərimiz öz vətəndaşının güzəranının yaxşılaşdırılması haqqında daim düşünür və əməli işlər görür. İnanıram ki, bu artımlar ailələrimizdə maddi durumun yaxşılaşdırılmasına səbəb olacaqdır. Belə humanist addım üçün ölkə Prezidenti İlham Əliyevə öz dərin təşəkkürümü bildirirəm.
Məhiyəddin KƏRİMOV,
şəhər sakini, təqaüdçü
Məlumdur ki, Qarabağ savaşı başlayanda Azərbaycanın igid oğulları vətənin müdafiəsinə qalxdı. Mən də torpaqlarımızın ərazi bütövlüyü uğrunda savaşa qoşulmaq üçün özünümüdafiə batalyonuna yazıldım. Torpaqlarımızın müdafiəsində mənim də özüməməxsus fəaliyyətim olub. Bu gün rayonumuzun yüzlərlə Qarabağ müharibəsi veteranı sırasında mən də varam. Bizim hər birimiz Prezident təqaüdü alırıq. Daim dövlətin qayğısını öz üzərimizdə hiss edirik. Fevral ayının sonlarında Prezident İlham Əliyevin təqaüdlərin artırılması ilə əlaqədər verdiyi Sərəncam Qarabağ müharibəsi qazilərinin ürəyincə olub. Bu sərəncamlar bizim güzəranımızın daha da yaxşılaşmasına səbəb olacaqdır və bizim Vətən eşqimizi daha da artıracaqdır.
Bütün bu qayğı və diqqətə görə Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm.
Rövşən MƏMMƏDOV,
Qarabağ müharibəsi veteranı
Nicat İsgəndərov Aprel döyüşləri şəhididir. Füzuli ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Başqa şəhidlərimiz kimi o, da heç zaman unudulmur. Dövlətimiz tərəfindən şəhid ailələrinə daim qayğı göstərilir. Adları əbədiləşdirilir. Bir şəhid ailəsi kimi dövlətin dəstəyini daim hiss edirik.
Son günlərdə ölkə Prezidenti İlham Əliyevin ardıcıl olaraq imzaladığı sərəncamlar bizim də Prezidentimizə olan sevgimizi qat-qat artırıb. Oğlumuzu Vətən uğrunda itirsək də qürur hissi keçiririk. Çünki dövlətimiz və xalqımız öz şəhidini unutmayaraq onun qəhrəmanlığına sonsuz dəyər verir. Şəhid ailələrinə bitdəfəıik 11 min manat məbləğində sosial müavinətin verilməsi bu təbəqədən olan insanlarn etiyaclarının ödənilməsinə ölkə başçısı tərəfindən yönəlmiş diqqət və qayğıdır. Bizə göstərilən bu diqqət və qayğıya görə ölkə rəhbəri İlham Əliyevə və şəhid analarının yanında olan ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlığımı bildirirəm.
Maya İSGƏNDƏROVA,
şəhid anası,
Tərtər şəhəri
İnsanların sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində atılan addımlar mənim də ürəyimcə olub. Mən 2-ci qrup Qarabağ müharibəsi əliliyəm. Qarabağ müharibəsində mən də döyüş yoldaşlarımla birgə torpaqlarımızın azadlığı uğrunda fədakarcasına döyüşmüşəm, vətənə layiqincə xidmət etmişəm.
Ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və Qarabağ müharibəsi veteranlarına daim diqqət və qayğı göstərir. Son zamanlarda əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzalanmış sərəncamlar bu qayğının parlaq təzahürüdür. Bu, on minlərlə insanın rifah halının yüksəlməsinə səbəb olacaq. Qarabağ müharibəsi əlili kimi bu maddi və mənəvi dəstəyə görə Prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm.
Nizami BƏRDARİ,
2-ci qrup Qarabağ müharibəsi əlili
Problemli kreditlərin həlli ilə bağlı ölkə başçısının bu günlərdə imzaladığı fərman birinci və ikinci devolvasiyalar zamanı banklardan və bank olmayan kredit təşkilatlarından xarici valyuta ilə 10000 ABŞ dollarına qədər (17000 manat AZN) kredit götürən faizi ilə bərabər tam ödəyən və ödəyə bilməyən 100 minlərlə ölkə vətəndaşına maddi və mənəvi dəstək olmuşdur. Bu fərmandan irəli gələn vəzifəılərin icrasına artıq başlanmışdır. Bütün proseslər elektron qaydada yerinə yetirildiyindən vətəndaşlar heç bir əziyyət çəkmədən artıq ödədikləri faizləri geri alacaq və borc yükündən xilas ola biləcəklər. Bu sahədə məhkəmələrdə və icraatda olan 300 mindən çox iş geri qaytarılacaq. Bu addım həm də kredit yükü olan insanları düşdükləri psixoloji gərginlikdən xilas edəcəkdir.
Bu xeyirxah addıma görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə bütün tərtərlər adından razılığımı bildirirəm.
Zərnişan TANRIVERDİYEVA,
Tərtər şəhər sakini