19Apr
Ədilzadə Vüsal Valeh oğlu 2003-cü ildə Tərtər şəhərində anadan olub. Səhləbad kənd tam orta məktəbinin 9-cu sinif şagirdidir.
Vüsal poeziya həvəskarıdır.
Onun “Mübariz” şeiri Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr edilib.
Hiss olunur ki, Vüsal Ədilzadə duyğularını poetik bir dillə ifadə edə bilər. Bunun üçün çox çalışmalı, mütaliə etməli, klassik və müasir azman şairlərimizin yaradıcılıqlarını mükəmməl öyrənməlidir.
Biz Vüsala uğurlar diləyirik!
“Yeni Tərtər” Daha ətraflı »
10Apr

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Düyərli kəndində oldu.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.
Düyərli kənd İƏD üzrə nümayəndə Ramiz Zeynalov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verdi. Daha ətraflı »
10Apr

31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Tərtər rayonunda anım tədbiri keçirilib.
Şəhidlər abidə kompleksinin önündə keçirilən tədbirdə soyqırım qurbanlarının xatirəsi yad edilib, abidənin önünə gül-çiçək dəstələri düzülüb. Şəhidlərin ruhuna dualar oxunub. Sonra tədbir iştirakçıları sərgiyə baxıblar.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. 1905-1907-ci illərdə Bakıda və digər bölgələrdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin öz məkrli niyyətlərini reallaşdırmaq üçün başladıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. 1915-ci ildən 1920-ci ilədək olan dövrə təsadüf edən ikinci mərhələdə erməni quldur dəstələri yenə də Bakıda və qəzalarda misli görünməmiş qətliamlar həyata Daha ətraflı »
10Apr
AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI VƏZİR ORUCOVUN ANIM MƏRASİMİ
Tərtər şəhərində Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirildi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları əvvəcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Şəhidlərin ruhuna dua oxundu.
Sonra tədbir YAP rayon təşkilatının iclas zalında davam etdirildi.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vəzir Orucovun həyatı və qəhrəmanlıqla dolu döyüş yolu barədə ətraflı məlumat verdi.
Vəzir Orucov 22 mart 1993-cü ildə Ağdərənin “Qlobus” yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olub. Bakı şəhərində “Şəhidlər Xiyabanın”da dəfn edilmişdir.
1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Daha ətraflı »
10Apr
2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş həmyerlimiz Nicat İsgəndərov şəhidlik zirvəsinə ucalmışdır. Bu münasibətlə rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, keçmiş döyüşçülər, təhsil aldığı məktəbin kollektivi və ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət ediblər.
Məktəblilər tərəfindən dövlət himni səslənib, vətənə, dövlətə, şəhidlərimizə həsr olunmuş şeirlər söylənib.
Sonra nümayəndələr şəhidin evində olub, ailə üzvləri ilə birlikdə çay süfrəsi arxasında şəhidlə bağlı xatirələrini bölüşüblər. Daha ətraflı »
10Apr
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə hərbi vətənpərvərlik həftəsinə start verilib. Bu münasibətlə “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “N” saylı hərbi hissənin əsgərlərinin Tərtər rayonuna ekskursiyası təşkil edilib.
Əvvəlcə əsgərlər Tərtər şəhərinin Mərkəzi Meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, sonra tarix-diyarşünaslıq muzeyində xalqımızın tarixini, mədəniyyətini özündə əks etdirən eksponatlarla tanış olublar. Ekskursiya çərçivəsində əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki Daha ətraflı »
10Apr
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib. Daha ətraflı »
10Apr
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Tərtər rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirib. Aksiya Bakı Britaniya Məktəbini təmsil edən, xüsusi dəvət olunmuş qonaq Filip Roşun iştirakı ilə təşkil edilib. Tədbirdə BAMF prezidenti Umud Mirzəyev, vitse-prezident Ramil Əzizov, prezidentin köməkçisi, politoloq Anastasiya Lavrina və layihə koordinatoru Çingiz Rəhmanov iştirak ediblər. Tədbirə həmçinin, Tərtər Rayonu İcra Hakimiyyətinin nümayəndəsi və müxtəlif məktəblərdən müəllimlər də qatılıb. Həsənqaya kəndini ziyarət etdikdən və yerli sakinlərlə görüşlərdən sonra iştirakçılar BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzinə toplanıblar.
Tədbirdə müxtəlif yaş qruplarından olan 100 uşaq iştirak edib. Onların əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən Şıxarx və Həsənqaya kəndlərindən olan qaçqın və məcburi köçkün uşaqlarıdır.
BAMF-ın prezidenti Umud Mirzəyev tədbiri giriş nitqi ilə açaraq iştirakçıları salamlayıb. O, uşaqların təhsilinin inkişafını yaxşılaşdırmaq məqsədi ilə keçirilən tədbirin və Bakı Britaniya məktəbi ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Daha ətraflı »
10Apr
KƏLBƏCƏRƏ SARI BAXAN HƏSRƏT DOLU GÖZLƏR
Kəlbəcər rayonunun işğalından 26 il ötür. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcər rayonunun işğalı o vaxt üçün Qarabağ müharibəsində Azərbaycanın ən böyük hərbi-strateji məğlubiyyəti idi. Bununla Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi faktiki olaraq başa çatdı. İndi respublikanın bütün rayonlarında köçkün həyatı yaşayan kəlbəcərlilər tezliklə doğma yurda qayıtmaq, mənfur düşmənin darmadağın etdiyi bu cənnət diyarı yenidən öz əvvəlki görkəminə qaytarmaq arzusu ilə yaşayırlar.
Arəstə Mürsəlova da Kəlbəcər həsrəti çəkənlərdəndir. O, Yanşaq kəndindəndir. 1938-ci ildə dağlar qoynunda dünyaya gəlib. Buz bulaqların suyu, təmiz dağ havası ilə böyüyüb, orada yaşayıb xoş günlərini. Ev-eşik, oğul-qız yiyəsi, etibarlı həyat yoldaşı olub Arəstə nənə. Mənfur qonşularımızın xəyanəti nəticəsində qaçqın ömrü yaşamağa məhkum olunub indi.
Arəstə nənə Kəlbəcərin əsir olunmasından söz salanda gözlərindən yaşı sel kimi axıdır. Ürəyi qübar edərək söyləyir. Mən təkcə Kəlbəcəri yox, ömür-gün yoldaşımı da orada qoyub gəlmişəm. Daha ətraflı »
10Apr
Ümumdünya Səhiyyə Təşkilatı–Səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin günü Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil qərargahı Cenevrədə yerləşir.
Üzv dövlətlərin sayı 190-dır. ÜST-nın əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
ÜST-İcariyyə Komitəsinin 133-cü sessiyasında Azərbaycan Birinci Vitse Prezident vəzifəsinə yekdilliklə qəbul edilmişdir. Daha ətraflı »
Yeni ismarıclar