Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Avq
    Digər VÜQAR HEYY!… HARDASAN, OĞUL?! üçün şərhlər bağlıdır

    Ata harayı

    Ailəmiz yaxşı yaşayırdı. Qardaşlarımın vaxtsız vəfatı bizi xeyli müddət sarsıtsa da, yaralarımız qismən də olsa qaysaqlamışdı. Şükürlər olsun ki, uşaqları böyümüş, hamısı ali təhsil almışlar. İndi onlar müstəqil yaşaya bilirlər. Ailəli olanlar da var. Uzun müddət atasız qalan bu beş övladın böyüməsində qardaşlarım Məhəmmədlə Maarifin qayğılarından bu gün də bizi tanıyanların hamısı hörmətlə danışır.
    Mart ayının ilk günləri arxada qalmışdı. Hamı böyük həvəslə çərşənbələri qeyd edir, insanlar görüşdükcə Novruzun gəlişi münasibəti ilə bir-birini təbrik edir, xoş arzularını bildirirdilər. Belə xoşbəxt ailələrin biri də biz idik. Ətraf rayonlarda yaşasalar da, çox vaxt çərşənbələrdə, xüsusən də bayram axşamında övladlarımızın hamısı, həmçinin üçü öz ailə üzvüləri ilə bizimlə birlikdə olur, axşamdan xeyli keçənə qədər oturub söhbət edər, olub-keçənlərdən, xatirələrdən danışardıq.
    Sözün düzü, başqa vaxtlarda da uşaqlarımız gəlib-gedərdilər. Ancaq Novruz bayramı axşamlarındakı qələbəlik, hər kəsin söylədiyi fikirlər, yaddaqalan danışıqlar heç vaxt unudulmurdu, gələn ilin Novruz bayramına kimi xatırlanırdı.
    İnanırdıq ki, bu il də əvvəlki illərdəki kimi olacaq. Hamı ailəsi ilə gələcək, qızım Samirə ilə Səbuhinin ailəsi də bizə qoşulacaq. Nəvələrin çox sevdiyi tonqal başındakı sevinc dolu gülüşmələrindən sonra yumurta döyüşəcəklər. Nəvələr heç olmasa 2-3 qonşuya torba atacaqlar. Bu işi ən çox İlqarın oğlu İsmayıl və qızı Rəna sevirdi. Daha ətraflı »

  • 21Avq
    Digər MÜQƏDDƏS SEVGİ üçün şərhlər bağlıdır

    Vətən–gözdür, biz–kiprik–
    Vətənimizin keşiyini çəkirik.
                                                            Məmməd ASLAN

    Bir güllə səsindən vaxtilə təlaşlanan camaatın indi başına od yağırdı, mərmi tökülürdü, yan-yörəsində raketlər partlayırdı, evlər dağılırdı, insanlar ölürdü, lakin qorxmurdular, çəkinmirdilər–artıq bu qan-qadaya öyrəşmişdilər, bu tükürpədici partlayış səslərinə, güllə vıyıltılarına vərdiş etmişdilər. Adi vaxtlarda itdən-pişikdən qorxan adamlar nə erməni quldurlarından, nə onların zirehli texnikalarından, nə də avtomatlarından qorxurdular.
    Tərtərdə böyük də, uşaq da, kişi də, qadın da belə bir mühitdə–ölümlə həyatın arasında yaşayır və döyüşürdülər.
    Çətin günlər adamın canını bərkidir, iradəsini möhkəmləndirir və qorxu hissini azaldır. Tərtərin özü bir alınmaz “Çənlibel” qalasına, tərtərlilər isə Koroğlunun igidlərinə dönmüşdülər. Sayseçmə oğullarımız səngərlərdə düşmənə qarşı ölüm-dirim mübarizəsi aparır, sıravi vətəndaşlarımız isə onlara arxa-dayaq olurdu–səngərdə döyüşən igidlərə yemək aparır, siqaret daşıyır, isti pal-paltar, əlcək paylayırdılar. Döyüşçü–xalq birliyi yaranmışdı.
    O vaxt adları dillər əzbəri olan ərənlərimizdən Vəzir Orucov, Elman Hüseynov, Pənah Məmmədov, Suliddin Yusibov, Ədalət Paşayev, Mehrac Mahmudov, Nizami Heydərov, Fəqan Qurbanov, Çingiz İsmayılov, Sakif Orucov kimi vuruşan oğulların arasında qorxmaz, cəsur, vətənpərvər bir döyüşçü də vardı–Rövşən Məmmədov…
    Son zamanlar sosial şəbəkələrdə bu ada tez-tez rast gəlirdim. Diqqətimi çəkən onun vətənpərvərlik ruhu ilə dolu sözləri idi. Hiss edirdim ki, bu adam Vətənə, Torpağa qırılmaz tellərlə bağlıdır, ürəyi Azərbaycana sevgi ilə doludur. O, özü, qanı, ruhu boyda Vətən torpağıdır! Daha ətraflı »

  • 21Avq
    Digər VƏTƏN KİMİ DİYAR OLMAZ üçün şərhlər bağlıdır

    Azərbaycanın yaxşı təlim keçmiş əsgərləri və güclü texnika ilə təmin olunmuş ordusu var. Xalqımız ölkə rəhbərliyinə arxalanır və hər zaman güvəndə olduğunu hiss edir. Respublikamızda ordu quruculuğu inkişaf edir.
    Torpaqlarımızın müdafiəsində hər zaman tərtərlilər cəsarətlə döyüşüblər.
    Bu günlərdə fədakarlıqla vətəninin keşiyində dayanan bir müsahibim oldu– Məzahir Əlif oğlu Əliyev. O, 1975-ci ilin avqustun 1-də Kəlbəcər rayonunun Kilsəli kəndində zəhmətkeş ailədə anadan olub. 1978-ci ildə ailələri Tərtər rayonuna köçüb. Burada böyüyüb boya-başa çatmasına baxmayaraq, Kəlbəcəri və İstisuyu həmişə xatırlayır. Orta təhsilini Tərtərdə alan Məzahir hal-hazırda rayonumuzun Bayandur kəndində yaşayır. Ailəlidir, 2 övladı var. Şəxsi təsərrüfatı ilə məşğul olur. Təqaüddədir.
    O, vətən qarşısında müqəddəs vəzifəsini yerinə yetirdiyindən danışdı:
    –1993-cü ildə Tərtər komissarlığından həqiqi hərbi xidmətə çağırıldım. 18 yaşından 702 nömrəli Füzuli bölgəsində əsgərlikdə oldum. Təcrübəli döyüşçülərlə bir yerdə Vətənə xidmət göstərdim, 1994-cü ilin yanvar ayında Füzuli istiqamətində hücum vaxtı yanıma mərmi düşdü və qantuziya aldım. 1997-ci ildən hərbi hissədən tərxis olundum. II qrup Qarabağ Müharibəsi əliliyəm. Daha ətraflı »

  • 09Avq
    Digər İLHAM ƏLİYEVİN YANINDA SOSİAL-İQTİSADİ SAHƏ İLƏ BAĞLI MÜŞAVİRƏ KEÇİRİLİB üçün şərhlər bağlıdır

    Müşavirədə çıxış edən Prezident İlham ƏLİYEV dedi:
    -İlin əvvəlində qarşımıza qoyduğumuz vəzifələr icra edilir, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir.
    İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır. Daha ətraflı »

  • 09Avq
    Tərtər RİH-də QAYNAQ KƏNDİNDƏ SƏYYAR QƏBUL-GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Qaynaq kəndində keçirildi. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə Qaynaq kənd İƏD üzrə nümayəndə Məzahir Süleymanov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Qaynaq kəndinin 474 təsərrüfatı, 1040 nəfər əhalisi var. Kənddə 140 yerlik bir ümumi orta məktəb, kitabxana , tibb məntəqəsi, poçt, 286 nömrəlik ATS, 4 ticarət köşkü, 4 məişət xidməti obyekti fəaliyyət göstərir.
    Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar ötən il dövlətə hər hektardan 456 ton buğda, 480 ton arpa, 7770 ton pambıq, 2359 ton çuğundur təhvil veriblər. 342 kq barama istehsal ediblər.
    Bu il isə qaynaqlılar 80 hektarda buğda, 120 hektarda arpa, 45 hektarda çuğundur, 274 hektarda pambıq əkiblər. 343 ton taxıl, 366 ton arpa tədarük ediblər. 502 kq barama istehsal olunub.
    Hazırda pambıq tarlalarında becərmə işləri ilə məşğuldurlar, kollar daraq bağlayıb, bol məhsul olacağı gözlənilir.
    Sonra sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı, “Qırmızı Əmək Bayrağı” ordenli, “Azərbaycan Daha ətraflı »

  • 09Avq
    Tərtər RİH-də GƏNCLƏR REAL QÜVVƏDİR üçün şərhlər bağlıdır

    Rayon Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyinin yaranmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
    Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, nazirliyin yaranması münasibəti ilə hər kəsi təbrik etdi. Rayon rəhbəri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışdı. 1994-cü il iyul ayının 26-da ulu öndər Heydər Əliyevin ölkə gənclərinin vahid təşkilat altında birləşdirmək məqsədilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması haqqında sərəncam imzaladığını, ölkə gənclərinin I və II forumlarında iştirak edərək, proqram xarakterli çıxışlar etdiyini iştirakçıların nəzərinə çatdırdı.
    2 fevralın Azərbaycan gəncləri günü, 2007-ci ilin “Gənclər ili” elan edilməsi, dövlət proqramlarının qəbulu, “Dövlət gənclər siyasəti haqqında” fərman və geniş fəaliyyət proqramların təsdiq edilməsi ulu öndərin gənclərə olan böyük Daha ətraflı »

  • 09Avq
    Səhiyyə Xaricdə yaşayan həmyerlimiz üçün şərhlər bağlıdır

    21 YAŞINDAN TƏRTƏRLİ QIZ 6 İLDİR ALMANİYADA HƏKİMDİR

    Yaxın günlərin söhbətidir. Adəti üzrə boş vaxtımda sosial şəbəkəni nəzərdən keçirirdim. Xəbər lentində bir paylaşım varıydı: “Tərtərli qız 21 yaşından Almaniyada 6 ildir həkim işləyir”. Gənc qızın şəklinə çox diqqət yetirsəm də tanıya bilmədim. Elə orada facebook sə-hifəmdə maraqlandım, axtarış edib tapdım. Öyrəndim ki, rayonumuzun tanınmış pedaqoqlarından biri–“Əməkdar müəllim” Zümrüd Zamanovanın qızıdır. Ertəsi gün iş otağından telefonla Zümrüd müəllimlə əlaqə saxlayıb, qızı barəsində yazmaq istədiyimi söylədim. Ana kimi məmnun olduğunu bildirdi.
    Bazar ertəsi iş vaxtının başlamasından iki saat keçmiş Tərlan Mehdizadənin atası Şahin müəllim redaksiyada idi. Atanın gözlərindən və danışığından qürur hissi duyulurdu. Suallara fəxrlə cavab verirdi:
    –Qızım Tərlan anamın adını daşıyır. Hələ ibtidai sinifdə oxuyarkən həkim olmaq arzusunda idi. İllər ötdükcə bu arzu qızımı özünə daha çox cəlb etdi. 2008-ci ildə şəhər 6 saylı tam orta məktəbi fərqlənmə ilə bitirdi və yüksək balla Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsinə qəbul oldu. 2014-cü ildə bu universiteti müvəffəqiyyətlə başa vurdu.
    Bəs necə oldu ki, Almaniyada işləyəsi oldu?
    Ata qürurla dilləndi:
    –Hələ orta məktəbdə oxuyarkən anası ingilis dili müəllimi olduğundan bu dili çox gözəl bilirdi. Alman dilini isə universitetin 3-cü kursundan sonra öyrəndi. Universiteti bitirdik-dən sonra interna zamanı Al-maniyanın Hamburq bölgəsinin Şverin şəhərində 2 ay təcrübə keçdi. Sonra klinikanın rəhbərliyi tərəfindən orada qalıb işləməsi təklif olundu. Daha ətraflı »

  • 09Avq
    Səhiyyə Həkim məsləhəti üçün şərhlər bağlıdır

    YAY FƏSLİNDƏ BAŞ VERƏN XƏSTƏLİKLƏR

    Keçən dəfə bütün fəsillərdə baş verən xəstəliklər haqqında az da olsa məlumat vermişdim. İndi isə yay fəslində baş verən xəstəliklərdən danışmaq istədim.
    Yay fəslində ən geniş yayılan xəstəliklər mədə-bağırsaq infeksiyalarıdır. Bunun üçün içdiyimiz suların, habelə yediyimiz qidaların yuyulduğu suların təmiz və filtirlənmiş olması əhəmiyyətlidir. Həmçinin bu infeksiyalar insana yaxşı bişməmiş ət, süd, yumurta və digər heyvan məhsulları, çirkli su vasitəsilə keçə bilər. Ümumi olaraq bu xəstəliklər ishal, yüksək temperatur, ürək bulanma, qusma, qarında sancılar və s. kimi əlamətlərlə müşahidə olunur. Bir pediatr kimi valideynlərə tövsiyəm ət, süd, yumurta və digər heyvan mənşəli məhsulların suda yaxşı qaynadılması, heyvanlarla və ya onların çiy məhsulları ilə təmasda olarkən gigiyena qaydalarına əməl edilməsi, uşaqların əllərinin tez-tez yuyulması qaydalarına riayət olunmasıdır.
    Bildiyimiz kimi yayda uşaqların ən sevdiyi qida dondurmadır. Mən 5 yaşa qədər uşaqlara dondurma verilməsini düzgün hesab etmirəm. Çünki 1-5 yaş dövrü uşaqlarda limfoid toxumanın sürətlə inkişaf etdiyi dövrdür. Bu səbəbdən həmin yaş qrupunda olan uşaqların dondurma qəbul etməsində hər zaman risk var. Tərkibində süd məhsulları olduğundan salmo-nelyoz yoluxması, dondurma nəticəsində udlaqda iltihabi xəstəliklərin yaranması təhlükəsi mövcuddur. Daha ətraflı »

  • 09Avq
    Sosial İNFRASTRUKTUR LAYİHƏLƏR YERİNƏ YETİRİLİR üçün şərhlər bağlıdır

    2018-ci ildə dövlətimizin başçısının rəhbərliyilə çox uğurlu proqramlar həyata keçirilib. Bütün sahələrdə tətbiq olunan uğurlu Dövlət proqramlarının icrası bir daha Azərbaycanın tərəqqisinin sürətlə getməsini göstərir.
    Azərbaycan elektrik enerjisi ilə özünü və başqa ölkələri təmin edir. Günbəgün bu enerjiyə tələbatımız çoxaldığı üçün möhtərəm Prezidentimiz yeni elektrik stansiyalarının tikintisi və bərpası ilə bağlı bir çox layihələrin həyata keçirilməsi üçün lazımi tapşırıqlar verib. Bununla da həm özümüzün enerjiyə olan tələbatımız tənzimlənir və həm də xaricə ixrac etməklə dövlətimiz xeyli gəlir əldə edir.
    Ölkəmiz qaz hasilatı ilə 95 faiz təmin olunub. Son zamanlar bir çox ucqar kəndlərimizdə də qaz çəkilişi başa çatıb. Lakin Prezidentimiz bununla kifayətlənmir yeni layihələrin hazırlanıb həyata keçirilməsini vacib sayır.
    İçməli su təminatı 70 faizdir. Suvarma ilə əlaqədar islahatların keçirilməsi kənd əhalisinin maddi-rifahının yüksəlməsinə səbəb olub. Son illərdə Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib. Yollarımız abadlaşdırılıb, 1200 kilometr yol çəkilib, 600 kəndin yolları abadlaşdırılıb. Dəmir yolu strukturlarında da böyük işlər görülüb.
    Ölkəmiz surətlə tərəqqi edir, yüzlərlə məktəb, tibb müəssisələri tikilir və təmir olunur. Azərbaycanda yüksək səviyyədə gedən tikinti-quruculuq işləri ölkəmizə miqrasiya prosesinin baş verməsinə təkan verib. Bu həm də xarici siyasətin də Daha ətraflı »

  • 09Avq
    Kənd Təsərufatı PAMBIĞIN BECƏRİLMƏSİNDƏ HƏLLEDİCİ MƏRHƏLƏ üçün şərhlər bağlıdır

    “Ağ qızıl” hesab edilən pambıq strateji bitkilərdən hesab olunur. Pambıq bitkisinin becərilməsində həlledici amillər öz yerini tapmalıdır. Birinci olaraq pambıq bitkisi üçün yer seçmək lazımdır. Yəni, bu bitki suya tələbkar olduğuna görə sututar olan ərazilər seçilməlidir. Növbəli əkinin aparılması daha məqsədəuyğundur. Bu bitkinin becərilməsində əsas həlledici amillərdən qış aratının aparılmasıdır. Dərin şumun aparılması, alağa, ziyanverici və xəstəliklərə qarşı dondurma suyunun vaxtlı-vaxtında verilməsi, mineral gübrələrdən istifadə, səpinqabağı torpağın hazırlanması əsas amillərdəndir. Səpinə qədər əmələ gəlmiş otların məhv edilməsi və mineral gübrələrin sahələrə verilməsi əsas şərtlərdəndir. Buxarlanmanın qarşısını almaq üçün yumşaq və üst səthi hamarlanmış torpaq qatı yaratmaq səpinqabağı torpaq becərilməsində həlledici amillərdən biri sayılır. Toxum materialının yüksək səviyyədə olması çiyidin səpinə hazırlanması, həmçinin əsas lif verən sortların əkilməsi, məsələn, “Gəncə 110”, “Gəncə 78”, “Ağ qızıl”, “Flora”,
    “Flyaş”, “Karizma” bu kimi məhsuldar sortların rayonumuzun fermerləri tərəfindən əkilməsi məhsuldarlığın yuxarı olmasına şərait yaradır. Ona görə də hal-hazırda pambıq tarlalarında “MKT” şirkətinin 2017 hektar ərazisində 5-ci Daha ətraflı »