2018-ci ildə dövlətimizin başçısının rəhbərliyilə çox uğurlu proqramlar həyata keçirilib. Bütün sahələrdə tətbiq olunan uğurlu Dövlət proqramlarının icrası bir daha Azərbaycanın tərəqqisinin sürətlə getməsini göstərir.
Azərbaycan elektrik enerjisi ilə özünü və başqa ölkələri təmin edir. Günbəgün bu enerjiyə tələbatımız çoxaldığı üçün möhtərəm Prezidentimiz yeni elektrik stansiyalarının tikintisi və bərpası ilə bağlı bir çox layihələrin həyata keçirilməsi üçün lazımi tapşırıqlar verib. Bununla da həm özümüzün enerjiyə olan tələbatımız tənzimlənir və həm də xaricə ixrac etməklə dövlətimiz xeyli gəlir əldə edir.
Ölkəmiz qaz hasilatı ilə 95 faiz təmin olunub. Son zamanlar bir çox ucqar kəndlərimizdə də qaz çəkilişi başa çatıb. Lakin Prezidentimiz bununla kifayətlənmir yeni layihələrin hazırlanıb həyata keçirilməsini vacib sayır.
İçməli su təminatı 70 faizdir. Suvarma ilə əlaqədar islahatların keçirilməsi kənd əhalisinin maddi-rifahının yüksəlməsinə səbəb olub. Son illərdə Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları tikilib. Yollarımız abadlaşdırılıb, 1200 kilometr yol çəkilib, 600 kəndin yolları abadlaşdırılıb. Dəmir yolu strukturlarında da böyük işlər görülüb.
Ölkəmiz surətlə tərəqqi edir, yüzlərlə məktəb, tibb müəssisələri tikilir və təmir olunur. Azərbaycanda yüksək səviyyədə gedən tikinti-quruculuq işləri ölkəmizə miqrasiya prosesinin baş verməsinə təkan verib. Bu həm də xarici siyasətin də yaxşı bəhrə verməsinə səbəb olub. Bütün bu deyilənlərə baxmayaraq dövlətimizin başçısı daim Azərbaycanın yüksək inkişafı üçün görüləsi işlərin çox olduğunu deyir. Xalqımız Prezidentimizə arxalanaraq, respublikamızın daha da inkişaf edəcəyinə, çiçəklənəcəyinə inanır. 2019-cu ildə növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı qəbul edilib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev göstərib ki, bu il üçüncü proqramın icrası başa çatdı. Proqram demək olar ki, artıqlaması ilə icra edildi. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapıb ki, qarşımızda duran bütün vəzifələr icra edilsin.
Nübar MEHDİZADƏ