06Sen
Bir dəli gəlib dostlarına danışır:
– Dünən taksi şoferinə atdım
Necə?
– Pulu verdim, amma minmədim.
* * *
Bir gün bir dəli çıxır söyüd ağacına.
Dostu deyir: – Hara çıxırsan?
– Armud yeməyə.
Dostu deyir:
Axı, bu söyüd ağacıdır.
– Nə olsun. Armud cibimdədi.
* * * Daha ətraflı »
06Sen
Uşaqları polis bölməsinə ekskursiyaya aparırlar. Divarların birində Məmmədqulu şəkillər görür. Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!”
Məmmədqulu soruşur:–“Bunları axtarırsız?”
Polis işçisi:
– Bəli
Məmmədqulu:
– Bəs şəkillərini çəkəndə niyə tutmadız?
* * *
Bir gün yol polisi birini saxlayıb deyir.
– Qardaş, xəttin üstündən keçmisən.
Kişi qayıdıb deyir:
– Nə edim, qaldırım altından keçim?
* * *
Zooparkda dayanan yaşlı bir aslanla, azadlıqda olan gənc bir aslan yoldaş olurlar. Daha ətraflı »
06Sen
Adolf Hitler 1938-ci ildə “Time” jurnalı tərəfindən ilin adamı seçilmişdi.
* * *
Səddam Hüseynin məxsusi bir Quran kitabı vardı, bu kitab onun öz qanı ilə yazılmışdı. Bundan ötrü onun yanına daima tibb bacısı və xəttat (kalliqraf) gəlirdi.
* * *
Ölümündən üç ay sonra Çarli Çaplinin cəsədi iki nəfər isveçrəli tərəfindən ailəsindən girov pulu almaq məqsədi ilə qaçırılmışdı. Daha üç ay keçdikdən sonra cinayətkarlar həbs olundu. Eyni hadisənin təkrar baş verməsinin qarşısını almaq üçün qəbirin üstünü betonla örtmüşlər.
* * *
Ən uzunmüddətli kral sülaləsi– Yaponiyadır. İmperator Akixito öz ailəsinin 125-ci törəməsidir.
21Avq

2019-cu ilin altı ayında Tərtər rayonunda ümumi məhsul buraxılışının həcmi 90,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 11 milyon 878,4 min manat təşkil edib ki, onun da 11 milyon 177,4 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Hesabat dövründə 1 milyon 770 min manat dəyərində əsas fondlar istifadəyə verilib. 483-ü daimi olmaqla 951 yeni iş yeri açılıb.
Bu barədə Tərtər rayonunda 2019-cu ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında məlumat verilib. Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun məruzəsində bildirilib ki, ilin altı ayında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Daha ətraflı »
21Avq
Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Kəngərli kəndində oldu. Qəbulda Milli Məclisin deputatı Sahib Alıyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
Əvvəlcə Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov görülən işlər barədə məlumat verdi. Bildirdi ki, Kəngərli kəndinin 324 təsərrüfatı, 1631 nəfər əhalisi var. Burada 175 yerlik tam orta məktəb, kitabxana, körpələr evi–usaq bağçası, poçt, 286 nömrəlik ATS, 4 məişət xidməti obyekti, 8 ticarət və ictimai iaşə obyekti fəaliyyət göstərir.
Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Onlar ötən il hər hektardan 38 sentner buğda, 41 sentner arpa, 40 sentner pambıq istehsal ediblər. 465 kq barama təhvil veriblər.
Bu il isə 98 hektar buğda, 26 hektar arpa, 20 hektar pambıq əkiblər. Kəngərlilər hər hektardan 41 sentner taxıl, 28 sentner arpa təhvil veriblər. 500 kq barama istehsal ediblər. Daha ətraflı »
21Avq

Müqəddəs Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi rayonumuzda da böyük təntənə ilə qeyd edildi.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hər bir tərtərlini dünya müsəlmanlarının müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etdi, hamıya səmimi arzu və diləklərini yetirdi.
Sonra əvvəlcədən müəyyən edilmiş kəsim məntəqələrində qurbanlar kəsildi, ənənələrə uyğun olaraq dini mərasimləri başladı.
Şəhid ailələrinə, əlillərə, ağsaqqallara, müharibə veteranlarına, Çernobıl əlillərinə, tənha və kimsəsizlərə, aztəminatlı ailələrə, təmas xəttinə yaxın yerləşən kəndlərin sakinlərinə, Şıxarx qəsəbəsində yaşayan məcburi köçkünlərə qurban payları verildi.
Rayon ərazisində yerləşən hərbi hissələrə də qurban payı göndərildi.
Qurban bayramı mərasimində iştirak edən sakinlər onlara göstərilən maddi və mənəvi dəstəyə görə ölkə rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
“Yeni Tərtər”
21Avq
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində xidmət edən hərbi qulluqçularla görüşüb.
Əməliyyat şəraitinin vəziyyəti barədə məruzələri dinlədikdən sonra Müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.
Bölmələrdəki şəraitlə tanış olan nazir ön xətdə xidmət edən hərbi qulluqçularla da görüşüb, şəxsi heyəti Qurban bayramı münasibətilə təbrik edib, onların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini nəzərə çatdırıb.
Sonda Müdafiə naziri şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.
21Avq
HALAL ZƏHMƏTİN BƏHRƏSİ
Nankor ermənilər havadarlarının köməyi ilə Laçını işğal edəndə rayon əhalisi respublikanın bütün bölgələrinə səpələndi. Mirzə Cümşüdov ailəsi ilə Tərtər rayonunun İsmayılbəyli kəndinə üz tutdu. Tərtərdə də atəş səsləri tez-tez eşidilirdi. Düşmən səngərlərindən atılan top mərmiləri evləri dağıdır, mülki adamlar həlak olurdu. Ancaq hər dəfə də düşmən əks-həmlə ilə susdurulur, layiqli cavab alırdı.
Mirzə də çətinliklərə, məhrumiyyətlərə dözüb tablaşdı. Günlər aylara, aylar illərə calandıqca qaməti dikəldi, sabaha inamı artdı. Mehrini torpağa saldı. Həvəslə əkin-biçin işlərinə qoşuldu. İsti yuvasından, rahat ev-eşiyindən perik salınan ailə çoxdan istifadəsiz qalan uçuq-sökük bir tarla düşərgəsinə sığındı. Beləcə, Mirzə hər şeyə sıfırdan başladı. Ülfət bağladığı torpaqdan güc alıb əkib-biçdi, ailəsinin ruzisi üçün hər əziyyətə qatlaşdı.
İndi o ağrı-acılarla, çətinliklərlə dolu günlər arxada qalıb. Bu gün Tərtərdə qabaqcıl əmək adamlarından söz düşəndə Mirzə Cümşüdovun da adı birincilər sırasında ehtiramla çəkilir.
Mirzə Cümşüdovun fermer təsərrüfatı əsasən taxıl toxumçuluğu üzrə ixtisaslaşmışdır. Təsərrüfatın istifadəsində 68 hektar torpaq sahəsi var. Bu il 40 hektar sahədə taxıl əkib-becərmişlər. 208 ton taxıl istehsal edilmiş, orta məhsuldarlıq hər hektarda 52 sentner olmuşdur. Bu, rayonun təsərrüfatları arasında yüksək nəticələrdən sayılır. Daha ətraflı »
21Avq

(Nekroloq əvəzi)
Mən onunla cəmi bir neçə dəfə görüşmüşdüm, amma yaddaşıma ömürlük həkk olunmuşdu. Çünki hamıdan fərqli görkəmi, yerişi, oturuşu-duruşu və danışıq tərzi vardı. Onun kim olduğunu biləndə, açığını deyim ki, bir az da qürur duymuşdum, fərəhlənmişdim. Ürəyimdə demişdim: “Halal olsun Tərtər torpağına və onun yetişdirdiyi oğullara!”.
Onu rəhmətlik dostum “Qızıl Mahir”in parkda olan çayxanasında da axşamtərəfi hərdən görürdüm. 1-2 nəfər dostu ilə sakitcə gələr və hiss olunmadan da durub çıxıb gedərdilər. Adamlar ona maraqla baxar, biri-birilərinə işarə edər, nəsə pıçıldaşardılar. Müşahidələrim camaat arasında bu adama böyük hörmət bəslənildiyini təsdiqləyirdi.
Yavaş-yavaş mən də onunla maraqlandım və bəzi məlumatlar öyrənə bildim.
Bu adam öz doğma tərtərlimiz Marif Həsənov idi. İdman aləmində dünyaca məşhur olan bir insan! Tərtəri beynəlxalq aləmə tanıdan hünərli və qeyrətli bir oğul!
Sonralar onun tərcümeyi-halı ilə də yaxından tanış oldum.
Həsənov Marif Bayram oğlu 1956-cı il avqust ayının 21-də Tərtər şəhərində anadan olub. 1963-1973-cü illərdə Tərtər şəhər 1 saylı tam orta məktəbində təhsil alıb. Daha ətraflı »
21Avq
SOSİAL ŞƏBƏKƏLƏRİN ADƏT-ƏNƏNƏLƏRİMİZƏ TƏSİRİ
Azərbaycan xalqının özünəməxsus mədəniyyəti, musiqisi, adətləri və vətənpərvərlik duyğuları vardır. Bir çox ölkələr Azərbaycanın mədəniyyət sahəsindən bəhrələnir.
Azərbaycan Respublikası mədəniyyətlər və dinlərarası dialoqu dəstəkləyən beynəlxalq tədbirlərə ev sahibliyi edir.
Mətbuat, televiziyalar gənclərdə milli-mənlik şüurunun formalaşmasında böyük əhəmiyyət daşıyır. Vətənə, valideynlərə bağlılıq, milli adət ənənələrə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərindən hesab olunur. Böyük nəsil gənclərin tərbiyəsi ilə ciddi məşğul olmalı, Azərbaycana layiqli övlad olmağı aşılamalıdır. Milli-mənəvi dəyərlərin qorunmasında həm ailənin, həm də cəmiyyətin böyük rolu vardır.
Hansı ölkədə yaşamasından asılı olmayaraq vətəndaşlarımız öz adət-ənənələrimizi, dilimizi, mənəviyyatımızı və dəyərlərimizi qoruyub saxlamalıdır. Hazırda Azərbaycan tolerantlığa nümunə olan ölkədir. Başqa millətlərə xoş münasibət göstərilməsi xalqımızın qonaqpərvərliyi, mehribanlığıdır.
Ölkəmiz öz süfrə mədəniyyəti ilə dünya dövlətləri arasında tanınır. Bizim milli bayramlarımız da mənəvi dəyərlərimizdən hesab olunur. Məsələn, Novruz bayramı heç bir ölkədə Azərbaycandakı kimi təmtəraqlı keçirilmir. Daha ətraflı »
Yeni ismarıclar