Bir dəli gəlib dostlarına danışır:
– Dünən taksi şoferinə atdım
Necə?
– Pulu verdim, amma minmədim.
* * *
Bir gün bir dəli çıxır söyüd ağacına.
Dostu deyir: – Hara çıxırsan?
– Armud yeməyə.
Dostu deyir:
Axı, bu söyüd ağacıdır.
– Nə olsun. Armud cibimdədi.
* * *
Bir dəli nərdivanın yuxarısına çıxıb, divara mismar vurmaq istəyir. Aşağıdan nərdivanı tutmuş o biri dəli deyir:
– Çəkicdən möhkəm tutmusanmı?
– Hə, nədir ki,?
– Heç, nərdivanı götürmək istəyirəm.
* * *
Bir dəli dostundan soruşur:
– Görəsən adamın başına mismar vurmaq olar?
O birisi cavab verir:
– Bilmirəm. İstəyirsən, gəl yoxlayaq.
İri bir mismar, bir dənə də çəkic tapırlar. Dəlinin biri mismarın ucunu o biri dəlinin başına söykəyib çəkiclə üstündən var gücü ilə vurmaq istəyəndə dostu deyir:
– Gözlə ha, çəkic başıma dəyər.
* * *
Bir dəli evlərinə məktub yazır: “Vəziyyətimiz çox yaxşıdır. Hər gün hovuzda çimirik. Həkim deyir ki, özünüzü yaxşı aparsanız hovuza su da buraxacağıq”.
* * *
Bir dəli o birisindən soruşur:
– Dədənin qəlyanı var?
– Hə, var, nədir ki?
– Heç… Söhbətdir də, eləyirik.
* * *
Bir gün dəlixana sakini müdirə şikayət eləyir:
– Mənim otaq yoldaşım başına vedrə keçirir, əllərini də toka taxıb deyir: “Lampoçkayam, yandım, söndüm, yandım, söndüm. Məni yatmağa qoymur”.
Müdir də cavabında deyir:
– Sən ona fikir vermə, yat.
Dəli deyir:
– Heç işıqda da yatmaq olar ?
* * *
Bir gün dəlixanaya yoxlama komissiyası gəlir.
Bu komissiya üzvlərindən biri dəlixana müdirinə müraciət edir:
– Bu dəlixanadakı dəlilər niyə hərəsi sükan əvəzinə əlinə bir şey götürüb maşın sürürlər?
Baş həkim əlinə qovluğu götürərək deyir:
– Otur getdik görək düz deyirsən?