Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Dek
    Xəbərlər TƏRTƏRDƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtərdə Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqi və payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı görüş keçirilib. Rayon Gənclər Mərkəzində keçirilən görüşdə Kənd Təsərrüfatı nazirinin müavini İlham Quluyev, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, yerli Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri, rayon icra hakimiyyəti strukturlarının məsul şəxsləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri, Tərtər və Ağdam rayonlarından olan fermerlər iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiy-yətinin başçısı Müstəqim Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı Daha ətraflı »

  • 19Dek
    Kənd Təsərufatı TƏRTƏR MƏHSULU RUSİYAYA İXRAC OLUNACAQ üçün şərhlər bağlıdır

    Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü iş aparılır, müasir istehsal sahələri yara-dılır.
    Belə təsərrüfatlardan biri rayonun Soyulan kəndi ərazisində yaradılan istixana kompleksidir. “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərə-findən yaradılan kompleksin tikintisinə keçən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 2 hektar olan komplek-sin 1 hektarında istixana təsərrüfatı təşkil olunub.
    Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, inşa edilib. İstixanada müasir avadanlıqlar, damla suvarma sistemi quraşdırılıb. Suvarma, isitmə, havalandırma sistemlə-ri tam avtomatlaşdırılmış şəkildə ida-rə olunur. Kompleksin fəaliyyətə başlaması ilə ilkin mərhələdə rayondan olan 15 nəfər daimi işlə təmin edilib. İllik istehsal gücü 200 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Artıq oktyabr ayında pomidor şitilləri əkilib. Bitkilərin inkişafı qənaətbəxşdir. İlk məhsul yığımına 2020-ci il yanvarın əvvəllərində başlanacaq. İstehsal edilən məhsul daxili bazara çıxarılmaqla yanaşı, Rusiyaya da ixrac olunacaq.

  • 19Dek
    Digər Respublika mətbuatının səhifələrində üçün şərhlər bağlıdır

    TƏRTƏR GƏNCLƏRİ SABAHA İNAMLA BAXIRLAR

    Uğurlu illər sırasında mühüm ictimai-si-yasi hadisələrlə, yüksək sosial-iqtisadi inkişaf tempi ilə yadda qalacaq 2019-cu il artıq başa çatmaq üzrədir. 2019-cu ilin qürurverici töhfələri cəbhə bölgəsi olan Tərtər rayonunda da diqqət çəkir.
    Prezident İlham Əli-yevin cəbhə bölgələrinə xüsusi qayğı və diqqəti sayəsində son illər Tərtərin siması müqayisə edilməyəcək dərə-cədə dəyişib gözəlləşmiş, rayon mərkəzi də, kəndlər də abad görkəm almış, bölgə əhalisinin güzəranı, həyat səviyyəsi əsaslı şəkildə yaxşılaşmışdır.
    Dövlətin davamlı qayğısından güc alan tərtərli gənclər yeni quruculuq dövrünün fəal iştirakçılarıdır. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında qarşıya qoyulan vəzifələr rayon gənclər və idman idarəsi olaraq bizim fə-aliyyətimizə yeni və aydın istiqamət verir. Biz tikinti, abadlıqquruculuq işlərində fəal iştirak etməklə, kənd təsərrüfatının müxtəlif sahələrində çalışaraq ölkənin Ərzaq Təhlükəsizliyi Proqramına sanballı töhfələr verməklə yanaşı, yüksək intellektual səviyyəyə malik, vətəni canından artıq sevən yeni nəsil yetişdirilməsinə böyük önəm veririk. Uğurla reallaşan təşkilati, ideoloji işin nəticələri isə fərəhlidir. Öl-kəmizin nüfuzlu ali məktəblərinə qəbul olunan tərtərli məzunların sayı ildənilə artmaqdadır. Bu il təkcə Bakı Dövlət Universitetinə qəbul olunan tər-tərli gənclərin sayı 50 nəfərdən çoxdur. Dövlətin, eyni zamanda Heydər Əliyev Fondunun qayğısı ilə rayonumuzda onlarla məktəb, uşaq bağçası tikilib istifadəyə verilmiş, təhsilin maddi-texniki ba-zası əsaslı şəkildə möhkəmlənmişdir. Daha ətraflı »

  • 19Dek
    Tərtər RİH-də KÖÇƏRLİ KƏNDİNDƏ QƏBUL-GÖRÜŞ OLDU üçün şərhlər bağlıdır

    Görüşdə rayon icra haki-miyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.
    Əvvəlcə rayon rəhbəri 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə böyük sosial addımlar atıldığını, keçirilən islahatlar nəticəsində əhalinin bütün təbəqələrinin, xüsusilə, aztəminatlı və sağlamlıq imkanları məhdud insanların rifahlarının yaxşılaşdığını qeyd etdi.
    Rayon rəhbəri şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əmək-haqqının 180 manatdan 250 manata çatdırılmasını, minimum pensiyanın, tələbələrin təqaüdlərinin əhə-miyyətli dərəcədə artırılmasını, qaçqınlar və məcburi köçkünlər də daxil ol-maqla bütün növ müavnət-lərin 100 faiz həcmində qaldırıldığını diqqətə çatdırdı. Daha ətraflı »

  • 19Dek
    Sosial KÜÇƏLƏR ABADLAŞIR üçün şərhlər bağlıdır

    Düşmənlə 48 kilometrlik təmas xəttində yerləşən Tərtər rayonu günü-gündən abadlaşır, gözəlləşir və müasirləşir. Rayon mərkəzində və kəndlərdə yeni binalar tikilir, küçələr salınır və yaşıllıqlar çoxaldılır. Görülən işlər son zamanlar yaşayış məntə-qələrinin simasını büsbütün dəyişmişdir.
    Tərtər şəhərində bir-birinin ardınca görülən işlər sakinlərin rahatlığını təmin edir. Küçələr təmir olunur, qaydaya salınır, asfaltlanır, səliqəsəhman işləri görülür, yollar çəkilir, işıqlanma sistemi quraşdırılır. Şəhidlərimizdən Azərbaycanın Milli Qəhrəmanı Vəzur Orucovun, Nicat İskəndərovun, Mehrac Mahmudovun, Mübariz İbrahimovun, Ədalət Paşayevin adlarına verilmiş küçələr son zamanlar əsaslı şəkildə təmir olunaraq nizama salınıb.
    Bəsti Bağırova küçəsində tikinti, abadlıq və quruculuq işlərinə başlanılıb. Daha ətraflı »

  • 19Dek
    Milli-mənəvi dəyərlər MƏNƏVİYYAT BAYRAĞIMIZ üçün şərhlər bağlıdır

    “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
    Heydər ƏLİYEV
    Dil milli-mənəvi dəyərlərimizə aid olduğu üçün adətlərimiz və mədəniyyətimizlə eyni sırada dayanır.
    Xalqımızın yaşadığı yer adlarının(Dərbənd, Göyçə, Təbriz və s.) ana dilimizdə olması sübut edir ki, Azərbaycanın qədim tarixi vardır.
    Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarım-qrupuna daxildir. Qədim zamanlarda dilimiz ərəb və fars dillərinin təsiri altında olsa da, orta əsr dövründən başlayaraq İmədəddin Nə-simi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və s. şairlərin yaradıcılıqları ilə Azərbaycan dilində yazmaq ənənəsi saray dilini üstələdi. Cəlil Məmmədquluzadə “Anamın Kita-bı” pyesində yad dillərdən istifadə edən adamların si-masında dil məsələsini daha qabarıq şəkildə əks et-dirib. Böyük dramaturq “Azərbaycan” məqaləsində yazırdı:
    Dilim nə dilidir?
    –Azərbaycan dilidir.
    İctimai xadim Sultan Məcid Qənizadə Azərbaycan dili haqqında deyirdi: “Həqiqətən bu dil öz təbiətinə görə çox elastikdir və asanlıqla zərif üslubi formalara düşmə bacarı-ğına malik olmaqla öz xü-susiyyətləri ilə fəxr edə bilər. Bu xüsusiyyətlər öz mahiyyətinə görə çox ma-raqlıdır… Buradakı xüsusiyyətlərə bənzər hadi-sələrə hər hansı bir başqa dildə az təsadüf etmək olar”.
    Azərbaycan dilinin inki-şaf dövrləri: Daha ətraflı »

  • 19Dek
    Milli-mənəvi dəyərlər ÇÖRƏK MÜQƏDDƏS NEMƏTDİR üçün şərhlər bağlıdır

    Çörək insanlar üçün mü-qəddəs nemətdir. Belə deyirlər ki, dünyaya əvvəl çörək sonra Quran gəlib. Ona görə də çörəyə Quran kimi hörmət edirik.
    Körpəlikdən valideynlərimizdən və müəllimlərimizdən eşitmişik ki, ayaq altında çörək parça-sı gördükdə götürərək, öpüb gözlərimizin üstünə qoyaq.
    Çörəyi and yeri bilirik. Bir yerdə çörək yeyən insanların bir-birinə xüsusi bağlılığı olur. And içəndə “çörək haqqı!”, “bərəkət haqqı!” deyirik. El arasında bu müqəddəs nemətlə bağlı xeyli atalar sözləri vardır: “Çörək itirən, çörək tapmaz”, “Çörəyi ver çörəkçiyə, bir çörək də üstəlik”, “Çörəyi tək yeyən yükün özü çəkər”, “Çörəyi torpaqdan al kiminsə ağzından yox”. Hətta namərd adamların haqqında “Çörəyi dizinin üstündədi”, “Çörəkitirən”, “Çörəkiti-rən çörək tapmaz”, “Bir tikəni bilməyən min tikəni də bilməz”, “Tikəni görməyən yekəni də görməz”, yaxşı adamların barəsində isə “Çörək verən adam” deyimləri var.
    Hal-hazırda mağazalarımızda çeşid-çeşid çörək satılır. Buğda unundan hazırlanan çörəyin müxtəlif növləri vardır: ağ çörək, səngək, yuxa, lavaş, fətir, xamralı, ləzgi çörəyi, kəpək çö-rəyi və s. 1941-1945-ci illərdə xalqımız çörək-dən çox ehtiyac çəkib. Çətinliyə baxmayaraq, camaat son tikə çörəklərini də cəbhəyə yollayırdı. Daha ətraflı »

  • 19Dek
    Mədəniyyət “UMUDLU” FOLKLOR EVİNİN TAPINTILARI üçün şərhlər bağlıdır

    Zaman-zaman qanımıza, canımıza hopan incəsənət mədəniyyətimiz və musiqi incilərimiz var. Ruhumuuoxşayan sazımız, muğamımız əsrlərnən yaşayıb, bu günümüzə kimi öz ecazkarlığını saxlayıb, klassik sənətçilərimizin ifalarından süzülərək müasir gəncliyimizə ərmağan olub.
    Sözümü sazdan, muğamdan salmağım nahaqdan deyildi. Yaxın günlərin söhbətidir. Facebook səhi-fəmi nəzərdən keçirirdim. “Umudlu” Folklor Evinin paylaşdığı bir video ilə qarşılaşdım. Heyrət məni bürüdü. 2 oğlan uşağı çıxış edirdi. Biri gözəl saz çalırdı, biri isə əlində qaval oxuyurdu. Bu yeniyetmələrin çıxışları xoşuma gəldiyindən təkrarən onla-rın ifalarını bir də izləyəsi oldum və sonra əlaqə sax-layaraq onları redaksiyaya dəvət etdim.
    Müəyyən vaxt keçmişdi. Bir gün iş otağının qapısı döyüldü. İçəri tanımadığım bir qadın və iki nəfər azyaşlı oğlan girdi. Qadın dilləndi: “Mən demişdim ki, vaxt eliyib gətirəcəm. Sözümü yerinə yetirdim”.
    Uşaqların birinin əlində saz, birinin əlində qavalı görəndə gələnlərin kim olduğunu anladım. Əvvəcə qadınla tanış oldum, söhbətdən öyrəndim ki, “Umudlu” Folklor Evinin müdiri Könül Niftaliyevadır. O, Şuşa Mədəni-Maarif texnikumunun klub işçisi, özfəaliyyət xalq çalğı alətləri orkestrinin rəhbəri fakültəsini bitirdikdən sonra Umudlu kən-di əsir düşməmişdən əvvəl folklor evində bədii rəhbər işləyib. Hazırda isə Şıxarx qəsəbəsindəki musiqi məktəbində fəaliyyət göstərən “Umudlu” Folklor Evinin müdiri işləyir. O, folklor evinin fəaliyyətini günün tələbləri səviyyəsinə çatdırmaq məqsədilə orta təhsil müəssisələrində Daha ətraflı »

  • 19Dek
    Milli-mənəvi dəyərlər İSLAMDA GÖZƏLLİK üçün şərhlər bağlıdır

    Bismillahir Rahmənir Rəhim.
    Mehriban və bağışlayan Allahın adı ilə!
    İslam! Bu əzəmətli və möhtəşəm ad çəkilərkən belə, insanda istəristəməz qəribə bir hiss oyanır. Çünki artıq əsrlərdi ki, bu adı daşıyan dinin nuru bütün dünyaya işıq saçmaqdadır. Bütün səmavi dinlər kimi, islam dini də Təkallahlıq inancına sahibdir. Bu din həm inanc cəhətindən dəyişməz olaraq gəlib günümüzə çatmışdır və həm də kamilliyini qoruyub saxlamaqda davam edir. Demək olar ki, dinimizin kitabı müqəddəs Qurani Kərim hər əsrdə elmə bir yeni töhfə verməkdədir. Hələ yeddinci əsrdə sevimli islam peyğəmbəri Hz. Muhəmməd (s) tərəfindən söylənmiş balıq haqqındakı hədis bu gün də yeni iyirmibirinci əsrdə də öz aktuallığını qoruyub saxlayır.
    Uca Rəbbimiz (c.c) Qurani Kərimdə buyurur. ”Ey inananlar, itaət edin Allaha və Rəsuluna!”
    Əziz islam peyğəmbəri (s) buyurur: ”Mənim sözlərimi Quran ayələri ilə tutuşdurun! Əgər onlar bir-birini tamamlayırsa deməli mənim sözlərimdir, əks təqdirdə onu divara vurun!” (Yəni, əgər hədis və ayələr uyğun gəlmirsə Peyğəmbərin (s) adından uydurulmuş sözlərdir demək. Bəli, çox təəssüf ki, bu gün islamın bədxahları saxta hədisləri çox qabardırlar.
    Dinimizin ən böyük tövsiyyəsi: Daha ətraflı »

  • 19Dek
    İdman İdman üçün şərhlər bağlıdır

    BOKSÇU QIZ

    Eşidəndə heyrətləndim. Zərif, bu balaca qız necə döyüşə bilər, özü də oğlanlarla. Onun valideynləri bu qızcığazın əzil-məsindən, zədələnməsindən ehtiyat etmirlərmi?–deyə tərəddüd etdim. Məşqçi Faiq Məmmədov Aysu haqqında danışdıqca onu görməyə, tanımağa marağım daha da artdı. Bu döyüşkən qızı boksçu Aysunu redaksiyaya dəvət etdim.
    Sabahı Aysu İsmayılova dediyi vaxtda redaksiyanın qonağı oldu. Qaraqaş, qaragöz, saçları oğlansayağı vurulmuş bu qızın yerişində, oturuşunda, duruşunda onu yaşından böyük oğlanların görkəminə oxşatdım. Bu boksçu qızı təsəvvür etdiyim kimi gördüm. Artıq heyrətlənmədim. Əsl idmançılara xas olan bir görkəmi vardır…
    Aysu İsmayılova Səhlabad kənd tam orta məktəbinin şagirdidir. Səkkizinci sinifdə oxuyur. Sadə bir ailənin 2 qız övladından biridir. Özündən böyük bacısı var. Onuncu si-nifdə oxuyur. Söhbətə başlayırıq. Suallarımın əsası bu balaca qızın nə üçün boksçu olmasına səmtlənib.
    –Aysu, neçə yaşından boksla məşğulsan?
    Böyüklərə məxsus formada qaşlarını düyünləyib dilləndi:
    –Hələ kiçik yaşlarımda atamla, əmimlə, dayımla bokslaşmağı xoşlayırdım. Atam da bu həvəsimi görüb məni Faiq müəllimin yanına apardı ki, öyrənim. Amma, ikinci sinifdə oxuyarkən yarışlara qatıldım və oğlanla döyüşdüm. Daha ətraflı »