21Sen
Tarixdə 21 sentyabr Sülh günü kimi qeyd edilir.
Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
BMT Nyu-Yorkdakı Baş Qərargahındakı Yaponiyanın hədiyyəsi olan “Sülh zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər 21 sentyabrda “Sülh Zəngi” nin çalınması ilə sülh gününə başlanılır.
Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb, hər dərdinə-sərinə həyan çıxıb. Azərbaycan xalqı müharibə, dava-dalaş arzulamayıb və özü də müharibə başlatmayıb. Daha ətraflı »
21Sen
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər Rayon nümayəndəliyinin könüllüləri ilə birgə Qarabağ Müharibəsi vete-ranı Qazyan kənd sakini “Azərbaycan Bayrağı” ordenli Nəzərov Əhliman Məstalı oğlu ilə görüşü keçirildi. Bu görüşdə məqsəd “Qəhramanları tanıdaq” devizi altında Qarabağ müharibəsində fədakarlıq göstərmiş veteran və qazi-lərimizi xalqa tanıtmaq və onların keçdiyi döyüş yolunu bir daha yada salmaqdır.
Tədbirdə keçmiş döyüşçülər Qazyan kənd tam orta məktəbində kənddən şəhid olmuş oğulların xatirəsinə ucaldılmış abidəni ziyarət etdilər. Sonra qəhraman döyüşçü Əhliman Nəzərovun evində çay süfrəsi arxasında pandemiyanın şərtləri gözlənilməklə maraqlı söhbətlər aparıldı. Könüllülər adından rayon gənclərinin nümayəndəsi Naxçıvan Dövlət Universitetinin könüllüsü Güləsər Əliyeva maraqlı suallarla qəhraman eloğlumuza müraciət edərək, müasir gəncliyə tövsiy-yələrini söyləməyi xahiş etdi. Tədbir diskussiya şəklində keçirildi. Burada Tovuz istiqamətində ermənilərin təxribat xarakterli hücumlarından və yeni işğalçılıq siyasətindən də bəhs edildi.
Tədbirdən sonra Türkiyə və Azərbaycanın birlikdə ucaldılmış dövlət bayraqlarının qarşısında xatirə şəkilləri çəkdirildi.
“Yeni Tərtər”
21Sen
ÖZ İŞİNİN AĞASI OLMAQ
GƏNC FERMER AQŞİN NEMƏTOV: “MƏN ÖZ QAZANCIMI BU SAHƏDƏ TAPMIŞAM VƏ BU İŞİ GÖRMƏK ÜÇÜN KİMSƏ MƏNƏ GÖSTƏRİŞ VERMİR”
Çalışırıq ki, hər həftə sizin görüşünüzə yeni bir zəhmət adamı, halal əməyi ilə kənd təsərrüfatını şəxsi qazanc, biznes mənbəyinə çevirən bir vətəndaşla gələk. Rubrikamızın əsas məqsədi də kənd təsərrüfatına marağı artırmaq, dövlətimizin kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və önəmə dəstək olmaqdır. Əgər biz təbii sərvətlərlə dolu torpaqlarımızı əkib-becərsək, gənc nəsildə kənd tə-sərrüfatı sahəsinə marağı artıra bilsək, bununla ölkəmizin də maddi ehtiyatlarına qatqı vermiş olarıq. Bu sahədə əmək qoyan təsərrüfatçılarımızdan biri də Tərtər rayonunda əkinçilik və maldarlıqla məşğul olan Aqşin Nemətovdur. Rubrikamızın bu dəfəki qonağı olan Aqşin Nemətov təsərrüfat biznesini öz zəhməti və alın təri ilə qurub yaradan insanlardandır.
“Hərbi xidmətdən gələndən təsərrüfatla məşğulam”
– Aqşin bəy, əvvəlcə bir qədər özünüz haqda məlumat verin.
– Mənim 27 yaşım var, Tərtər rayonunun İsmayılbəyli kəndində dünyaya gəlmişəm.
– Neçə vaxtdır, kənd təsərrüfatı ilə məşğul olursuz?
– 2013-cü ildə hərbi xidməti başa vurub qayıtdım. Daha ətraflı »
21Sen
Mövsüm dəyişikliyi zamanı insan orqanizmində immunitet zəifliyi yaranır. Bunun nəticəsində bronxit, astma, qrip və soyuqdəymə kimi müxtəlif xəstəliklər əmələ gəlir.
Payız xəstəlikləri bəzi insanlarda özünü halsızlıq, yorğunluqla büruzə versə də, bəzilərində yuxusuzluq, iştahsızlıq, depressiya ilə müşahidə olunur.
Yaşlı nəslin nümayəndələrinə, eləcə də ürək-damar, təzyiq oynaması xəstəliklərindən əziyyət çəkənlərə qrip peyvəndi olmalarını məsləhət görürlər. Hər bir fəslin özünəməxsus xəstəlikləri olsa da, payız soyuqdəymə ilə başlayan və ağır fəsadlar yarada bilən xəstəliklər fəslidir. Payızda xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün yayın sonlarından orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Daha ətraflı »
21Sen
AY XANIM NƏNƏLƏR, XATIN NƏNƏLƏR
(Əlövsət Saldaşın “A köhnə kişilər, köhnə kişilər” şeirinə cavab)
Əlimiz uzalı qalıb ismətə,
Tuş oldu ömrümüz hansı qismətə?
İndiki nənələr gəlmir nisbətə,
Ay xanım nənələr, xatın nənələr. |
Hər tərəf qan-qada, hər tərəf şivən,
Qəhətə çəkilib etibar, güvən.
Barmaqla sayılır sevilən, sevən,
Ay xanım nənələr, xatın nənələr.
|
Hanı ismət dolu həyalı çağlar?
O namus yaylıqlar, qeyrət papaqlar?
Gəlin, dilinizdə dinsin bulaqlar,
Ay xanım nənələr, xatın nənələr. |
Qızlar sinə açıq, gəlinlər boya,
Hardadır o ismət, o abır-haya?
Şeytan da mat qalıb belə dünyaya,
Ay xanım nənələr, xatın nənələr. |
Gəlin, bir səhmana salın dünyanı,
Bu sərsəm, ağıldan yalın dünyanı .
Ölümün cəngindən alın dünyanı.
Ay xanım nənələr, xatın nənələr.
|
Hənələr dünyanın başında tacdır,
Gəlin, zəmanəmiz sizə möhtacdır,
Ürəklər qayğıya, sevgiyə acdır,
Ay xanım nənələr, xatın nənələr.
|
Getdi sizin ilə urvatlı dünya,
Quranlı, İncilli, Tövratlı dünya.
O şirin nağıllı, ovqatlı dünya…
Ay xanım nənələr, xatın nənələr. |
On iki taxtalı tumanlar getdi,
Sevgiyə, vəfaya gümanlar getdi.
Sizinlə birlikdə imanlar getdi,
Ay xanım nənələr, xatın nənələr.
|
Gəlin, özünüzü yetirin, gəlin,
Qucaq nənnimizi gətirin, gəlin.
O uşaq Tofiqi götürün, gəlin,
Ay xanım nənələr, xatın nənələr,
Ay xanım nənələr, xatın nənələr.
Tofiq YUSİF |
21Sen
(General-mayor Polad Həşimova)
Polad inamıyla səngərdə yatan,
O enməz bayrağı qürurla tutan,
Lələ-Təpə kimi dastan yaradan,
Aslan biləkliydi General Polad.
|
Düşmənin içinə vahimə salan,
Hər bir əsgərinin qeydinə qalan,
Əzmiylə çoxuna nümunə olan,
Şirin diləkliydi General Polad.
|
İgidlik göstərib, tökdü qanını,
Mübariztək yazdı öz dastanını.
Odlar diyarına verdi canını,
Vətən ürəkliydi General Polad.
Mir Abbas,
Güləbatlı kənd tam orta məktəbinin məzunu |
Yeni ismarıclar