Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Sen

     

    Tarixdə 21 sentyabr Sülh günü kimi qeyd edilir.
    Sülh günü ilk dəfə 1981-ci ildə BMT tərəfindən təsis edilib. 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif edilən qətnaməyə əsasən məhz sentyabr ayının 21-i Sülh günü, ümumdünya atəşkəs günü kimi təqdim olunur.
    BMT Nyu-Yorkdakı Baş Qərargahındakı Yaponiyanın hədiyyəsi olan “Sülh zəngi” mövcuddur. Zəngin üzərində “Yaşasın Mütləq Dünya Sülhü” sözləri qeyd olunub. 2007-ci ildə BMT-nin baş katibi Pan Gi Mun “Sülh Zəngi”ni çalaraq dünyanı bütün döyüş əməliyyatlarını, ədavəti 24 saat ərzində dayandırmağa və bir dəqiqəlik sükuta çağırıb. Elə həmin tarixdən də hər 21 sentyabrda “Sülh Zəngi” nin çalınması ilə sülh gününə başlanılır.
    Azərbaycan xalqı hər zaman sülhsevər xalq olub. Uzun illər boyu öz qoynunda bütün millətlərə yuva açıb, onlarla qardaş kimi davranıb, hər dərdinə-sərinə həyan çıxıb. Azərbaycan xalqı müharibə, dava-dalaş arzulamayıb və özü də müharibə başlatmayıb. Heç kimin torpağında, malında-mülkündə, sərvətində gözü olmayıb. Əziyyət çəkib, çalışıb, vuruşub, ailəsini, balasını dolandırıb, hətta yad millətdən olan qonşusuna da əl tutub, yardım edib. Azərbaycan xalqı özünə bir inək arzulayanda qonşusuna ikisini arzula-yıb.Təəssüflər olsun ki, hər zaman sülh göyərçini timsalında olan xalqımızın qucaq açıb qoynunda bəslədiyi yad millətlər ona düşmən çıxıb. Malından-mülkündən pay aldıqca torpağına, yurduna da göz dikiblər. Hələ bu azmış kimi,
    qoynunda məskən saldıqları türk eli-nin torpaqlarını da özünün-küləşdirməyə çalışıblar. “Tarixən buralar bizim ata baba yerimiz olub” deyərək zaman-zaman torpaqlarımızı talayıb, işğal ediblər. Tarixi olmayan, yeri-yurdu bilinməyən törəmələr Azər-baycanla yer, torpaq iddiasına çıxıblar.Əfsuslar olsun ki, Azərbaycan da hər zamankı kimi sülh missiyasına sadiq çıxıb. Malından, mülkündən hədiyyə verdiyi kimi torpağından da ərməğan edib, günahsız insanlar qətlə yetirilməsin, qan seli axıdılmasın deyə. Zəngəzuru, Qaraqoyunlunu, İrəvan xanlığını ermənilərə, Borçalı mahalını gürcülərə, Dərbəndi ruslara “pay” verib.
    Payın ardı gəldikcə azğın yağı daha da şirnikib, lap çox torpağımıza sahiblənməyə çalışıb. 1988-ci ildən başlayan mənfur erməni qonşularımız Azərbaycanın dilbər guşəsi olan cənnətməkan Qarabağa sahiblənmək iddiasına düşüblər. Qa-rabağ kəndlərinə hücum çəkərək sakinləri qanlarına qəltan ediblər, el-obalarından didərgin salıblar, əsir götürüblər. Azərbaycanın say-seçmə oğulları, kişidən qeyrətli qızlarını şəhid ediblər. Bu gün ən gözəl rayonlarımız, kəndlərimiz erməni işğalı altındadır. Mənfur düşmən bəlkə də elə zənn edir ki, Azərbaycan bu dəfə də torpağından vaz keçəcək
    , erməniyə peşkəş verəcək. Ancaq yanılırlar ki, daha torpaqdan pay olmaz!!! Azərbaycan ancaq və ancaq sülh tərəfində olduğu üçün qan tökülməsini istəmir. Ar-zulayır ki, sülh yolu ilə öz torpaqlarına, əsirlikdə əzab çəkən əzizlərinə qovuşsun.
    Bu Beynəlxalq Sülh Günündə arzu edirik ki, “Sülh göyərçini” Azərbaycan sülh yolu ilə öz Qarabağına və digər torpaqlarına qovuşsun!

    Müəllif: Redaktor, 11:46

İsmarıclar bağlıdır.