Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0
Arxiv
-
21Sen
Salam, Azərbaycan əsgəri, salam!
Ey odlar yurdunun polad sipəri!
Ey millətin vuran qolu, dayağı!
Vətən qalası, Vətən əsgəri!
|
Ümidim, pənahım, sabahım əsgər!
Həyatım, xoş günüm, rifahım əsgər!
Ey mənim ən güclü silahım əsgər!
Qüdrətlisən, titrət yeri, göyləri |
Ey qartal caynaqlım, Həzi ürəklim!
Cavanşir biləklim, Babək biləklim!
Ey mənim qırıcım, topum, tüfəngim!
Qaytar Qarabağı, sən çal zəfəri!
|
Düşmənin üstünə hücum zəfərdir,
Əsgər köməyi silah, səngərdi.
Yamandı yurd dərdi, Qarabağ dərdi!
Hücum yalnız hücum, millət əsgəri! |
İgid babaları sən sal yadına,
Zəfər çələngisən odlar yurduna
Qaytar Qarabağı, çat muradına!
Ey millət əsgəri, millət təpəri! |
Səbrimiz qalmadı, doymuşuq cana,
“Allahu Əkbər!”-de, atıl meydana!
Qoy yağı düşmənlər boyansın qana!
Qovun Qarabağdan erməniləri!
Sabir PAPRAVƏNDLİ
|
Hər əsgər, komandir odlu şimşəkdir,
Bütün oğulların şirdi, pələngdi.
Qələbə üçünsə hücum gərəkdi,
Hücum et, hücum et, gətir zəfəri |
|
Müəllif: Redaktor, 10:03