AY XANIM NƏNƏLƏR, XATIN NƏNƏLƏR
(Əlövsət Saldaşın “A köhnə kişilər, köhnə kişilər” şeirinə cavab)
| Əlimiz uzalı qalıb ismətə,
Tuş oldu ömrümüz hansı qismətə? İndiki nənələr gəlmir nisbətə, Ay xanım nənələr, xatın nənələr. |
Hər tərəf qan-qada, hər tərəf şivən,
Qəhətə çəkilib etibar, güvən. Barmaqla sayılır sevilən, sevən, Ay xanım nənələr, xatın nənələr.
|
Hanı ismət dolu həyalı çağlar?
O namus yaylıqlar, qeyrət papaqlar? Gəlin, dilinizdə dinsin bulaqlar, Ay xanım nənələr, xatın nənələr. |
| Qızlar sinə açıq, gəlinlər boya,
Hardadır o ismət, o abır-haya? Şeytan da mat qalıb belə dünyaya, Ay xanım nənələr, xatın nənələr. |
Gəlin, bir səhmana salın dünyanı,
Bu sərsəm, ağıldan yalın dünyanı . Ölümün cəngindən alın dünyanı. Ay xanım nənələr, xatın nənələr.
|
Hənələr dünyanın başında tacdır,
Gəlin, zəmanəmiz sizə möhtacdır, Ürəklər qayğıya, sevgiyə acdır, Ay xanım nənələr, xatın nənələr.
|
| Getdi sizin ilə urvatlı dünya,
Quranlı, İncilli, Tövratlı dünya. O şirin nağıllı, ovqatlı dünya… Ay xanım nənələr, xatın nənələr. |
On iki taxtalı tumanlar getdi,
Sevgiyə, vəfaya gümanlar getdi. Sizinlə birlikdə imanlar getdi, Ay xanım nənələr, xatın nənələr.
|
Gəlin, özünüzü yetirin, gəlin,
Qucaq nənnimizi gətirin, gəlin. O uşaq Tofiqi götürün, gəlin, Ay xanım nənələr, xatın nənələr, Ay xanım nənələr, xatın nənələr. Tofiq YUSİF |

