Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə icra olunan “Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində növbəti maarifləndirmə tədbiri Tərtər rayonunda keçirilib.
Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin mütəxəssisləri Baytarlıq ElmiTədqiqat İnstitutunun alimləri ilə birgə Bəyimsarov kəndindəki heyvandarlıq təsərrüfatında və İrəvanlı kəndindəki quşçuluq təsərrüfatında “Kənd təsərrüfatı heyvanlarının və quşlarının mövsümi xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri” mövzusunda elmi praktiki seminar keçiriblər. Pandemiya şəraitinin tələblərinə əməl etməklə keçirilən tədbirdə heyvandarlıq üzrə fəaliyyət göstərən fermer və aqrar sahə mütəxəssisləri, həmçinin Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun nümayəndəsi iştirak ediblər.
Mütəxəssislər bölgə fermerlərinə dəstək məqsədi ilə iribuynuzlu və xırdabuynuzlu heyvanların, quşların mövsümi xəstəlikləri, onlara qarşı mübarizə tədbirləri barədə geniş məlumatlar veriblər. Daha ətraflı »
-
26FevKənd Təsərufatı MAARİFLƏNDİRMƏ TƏDBİRİ üçün şərhlər bağlıdır
-
26FevDigər XOCALI FACİƏSİNDƏN 29 İL ÖTÜR üçün şərhlər bağlıdır
1992-ci il 26 fevral hadisələrinin 29-cu il dönümü tamam olur.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhəri mühasirəyə alındı və düşmən saysız-hesabsız texnika ilə hücuma keçdi. Mərmilərin partlayışından topların gurultusundan yer-göy titrəyir, qulaq tutulurdu. Hər tərəf od içində idi. Erməni vəhşiliklərindən yaxa qurtarmaq məqsədilə dağlara qaçan onlarla insan donaraq öldü, bir çoxları müxtəlif əzalarını itirərək ömürlük şikəst qaldı. Onların arasında qadın da vardı, qoca da, körpə uşaq da.
Qəhrəman oğullarımız bu qeyri-bərabər döyüşdə qalib gəlməyin mümkün olmadığını yaxşı başa düşsələrdə, bir an olsun belə tərəddüd etmədən döyüşə atılır, qəhrəmancasına həlak olurdular. Şəhidlik-vətənpərvərliyin ən uca zirvəsidir. Daha ətraflı » -
26FevDigər TƏRTƏR RAYON PROKURORLUĞUNUN MÜLKİ SAKİNLƏRƏ MÜRACİƏTİ üçün şərhlər bağlıdır
Məlum olduğu kimi Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı Vətən müharibəsində parlaq qələbələr qazanaraq, rəşadətli ordumuz tərəfindən işğal altındakı torpaqlarımız azad edilmişdir.
Mənfur düşmən işğal dövründə şəhər və kəndlərimizi, tarixi, dini, milli-mədəniyyət abidələrimizi dağıdaraq məhv etməklə yanaşı, eyni zamanda beynəlxalq humanitar hüquq normalarının tələblərinə zidd olaraq bütün əraziləri minalamışdır.
Azad edilmiş torpaqlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən minatəmizləmə işləri birinci dərəcəli vəzifə elan olunmaqla, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı planlı surətdə davam edir.
Baş Prokurorluq və digər dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, işğaldan azad olunmuş ərazilərə icazəsiz daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Daha ətraflı » -
26Fevİdman 5 MART BƏDƏN TƏRBİYƏSİ GÜNÜDÜR üçün şərhlər bağlıdır
Hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur.
Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi ilə bağlı 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb,
İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil olunub. Daha ətraflı » -
26FevDigər Şəhidlər unudulmur, biz də unutmayaq üçün şərhlər bağlıdır
44 günlük Vətən müharibəsində rayonumuzun Səhlabad kəndindən iki nəfər şəhid olub. Aslanlı Orxan Şahmar oğlu və Ağayev İntiqam Hüseyn oğlu. Hər ikisi subay idi. İkisi də atalarını vaxtsız itirmiş, ana himayəsində böyümüşdülər. Hər iki şəhid Səhlabad kənd qəbristanlığında dəfn olunub və “Vətən uğrunda” medalı ilə təltif ediliblər.
YARIMÇIQ QALMIŞ ARZULAR
22 yaş! Arzuların çiçək açdığı, ömrün bahar çağı. Elə özü də baharda doğulmuşdu. Arzuları da bahar kimi təzə təriydi. Ürəyində açılmamış qönçə sevgisi varıydı. Anasını tezliklə elçi göndərəcəkdi sevdiyi qızın qapısına, nişan qoyduracaqdı. Amma…
Bu 22 yaşlı oğlan Səhlabad kəndində doğulmuş, orada böyüyüb boya-başa çatmış Ağayev İntiqam Hüseyn oğlu idi. 12 yaşında atasını ağır xəstəlikdən itirmiş, anası Gülnarənin himayəsində böyümüşdü.
Kənd məktəbinin doqqu-zuncu sinfini bitirdikdən sonra rayonumuzdakı texniki peşə məktəbinə daxil olaraq çilingər-sürücü peşəsinə yiyələnmişdi. Bu məktəbi bitirdikdən sonra əsgəri borcunu Daha ətraflı » -
26FevDigər XATİRƏLƏRLƏ BAŞ-BAŞA QALAN ANA üçün şərhlər bağlıdır
Talenin acı qisməti onun üzünə uşaqlığından gülməmişdi. Hələ birinci sinifdə oxuyarkən, acı xəbər onu qoynuna almışdı. Atası Şahmar bazarın yaxınlığında qırılıb yerə düşmüş elektirk xəttindən gərginlik altına düşərək dünyasını dəyimişdi. O gündən bacısı və Orxan ananın himayəsində böyümüşdülər. Bəsti ana övladlarının gözütox böyümələri, ehtiyacsız yaşamaları üçün özünü oda-közə vurmuşdu ki, uşaqlar atalarının olmadığına xiffət etməsinlər. Lakin atanın yoxluğu hər an özünü büruzə verirdi.
Orxan böyüdükcə anasının çox əziyyət çəkdiyinin şahidi olurdu. Həmişə düşünürdü ki, kaş mənim də atam sağ olaydı, ya da bir qardaşım olaydı, mənə arxa-dayaq durardı. Ona görə də can atırdı ki, evə qazanc gətirsin. Bu fikirlə də Səhlabad kənd orta məktəbini bitirdikdən sonra fərdi işlərlə məşğul olmağa başladı. Orxanın bu təəssübkeşliyi ananı çox sevindirirdi.
Oğlunun qeyrətinə, kişilik qüruruna baxıb fərəhlənirdi. İnanırdı ki, camaat arasında xətir-hörmət qazanan oğlu həmişə üzünü ağ edib, anaya baş ucalığı gətirəcəkdi. Orxanını və Nigarını ağır zəhmətlə böyüdən ana yanılmamışdı.
Orxan hərbi xidmətini Naxçıvanda çəkmişdi. Əsgərliyini başa vurub gələndə ana fəxr etmişdi. Onu evinin kişisi hesab edirdi. Bir müddətdən sonra oğlunu evləndirmək qərarına gəlmişdi. Lakin Orxan: “Hələ tezdi”- deyərək, qəti qərarını vermışdı. Ananın gözləri xoşladığı qızlarda qalsa da, oğlunun razılığını ala bilmirdi. Beləcə günlər, aylar bir-birini əvəz edirdi. Orxan qazanc gətirməyi, yaxşı şərait qurmağı, ana isə oğluna gəlin gətirməyi, oğul-uşaq sahibi etməyi düşünürdülər. Bu arzuların pərvazlandığı, qol-qanad acmaq istədiyi bir zamanda ailəyə bir dərd-qəm yığını töküldü, bu ocağın üzərinə bir qara bulud çökdü…
2020-ci il sentyabrın 21-i. Mənfur ermənilərin həmləsinin qarşısını almaq üçün ölkə rəhbərinin səfərbərlik müraciətinə xalqımızın bütün vətənpərvər oğulları kimi Orxan da qoşuldu.
“Mən mütləq döyüşdə olmalıyam!”- dedi və könüllü olaraq Ordumuzun tərkibinə yazıldı. “N” saylı hərbi hissədə təlimlərə başladı. Sentyabrın 27-də əks-hücum zamanı artıq atıcı-sanitar kimi savaşa qatılmışdı. Daha ətraflı » -
26FevDigər Qazilərimiz üçün şərhlər bağlıdır
CƏSUR DÖYÜŞCÜ
Məlumdur ki, rayonumuz mənfur ermənilərlə 48 km təmas xəttində yerləşir . Hər an camaatımız erməni quldurlarının fitnə-fəsadları ilə üz-üzə qalırdı. 2020-ci il sentyabrın 27-sində ermənilərin növbəti təxribatının qarşısını almaq üçün Ali Baş Komandanın əmri ilə başlanan müharibə bu murdarların əməllərinin son həddi oldu. Yağılar müzəffər ordumuz tərəfindən layiqli cavablarını aldılar. Lakin bu asanlıqla başa gəlmədi. Yüzlərlə zabit və əsgərlərimiz Vətən uğrunda canlarından keçirdilər, bir çoxu isə yarımcan oldular. Ayaqlarını qollarını, gözlərini itirərək əlil qaldılar. Onlar sağlamlıqlarının bərpası üçün aylarla xəstəxanalarda müalicə aldılar, həkim nəzarətində oldular. Ümidləri həkimə qalan ər oğullarımıza hər yerdə rast gəlinir. Belə oğullardan biri Quliyev Beyrək Asif oğludur. Daha ətraflı »
-
26FevKənd Təsərufatı 2021-ci İL YANVARIN 1-i VƏZİYYƏTİNƏ TƏRTƏR RAYONUNDA HEYVANLARIN, QUŞLARIN VƏ ARI AİLƏLƏRİNİN TAM UÇOTUNUN ALINMASININ YEKUNLARI HAQQINDA üçün şərhlər bağlıdır
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin statistik işlər haqqında proqramına uyğun olaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır.
Uçotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 13772 uçot vahidi sorğuya cəlb olunmuşdur.
Ayrı-ayrı mal-qara növləri üzrə heyvandarlığın baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur:
İribuynuzlu mal-qara. 2021-ci il yanvarın 1-i vəziyyətinə rayonda 29400 baş iribuynuzlu mal-qara, o cümlədən 12439 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olaraq 0.9 və 0.8 faiz azalmışdır. Iribuynuzlu mal-qaranın sayı 2017-ci il yanvarın 1-nə nisbətən 2623 baş və ya 9.8 faiz, 2019-cu il yanvarın 1-nə 880 baş və ya 3.1 faiz artmış, 2020-ci il yanvarın 1-nə nisbətən 267 baş və ya 0.9 faiz azalmışdır. Daha ətraflı » -
26FevDigər MƏNİM QƏHRƏMAN TƏRTƏRİM üçün şərhlər bağlıdır
Bir zamanlar hüsnü-camalı ilə hər kəsi valeh edən, yağı düşmənin hücumlarına mərd, mətin dayanan, ermənilərin raketlərindən və mərmilərindən bağrı paramparça olan Tərtərim!
Çox yaxın ötüb-keçən vaxtlarda gözəlliyindən, göz oxşayan əsrarəngiz görkəmindən, yaraşıqlı binalarından, bağbağçandan yazmışdım. Bu gün isə oğlu şəhid olmuş ana kimi məğrurluğundan, şikəst olmuş oğullar kimi qürurundan, şücaətindən söz açacam, mənim igid, qəhraman Tərtərim!
Nankor, mənfur qonşunun ucbatından başın nələr çəkmişdi?
Atılan mərmilər bağrını alqan etdi, hər an başının üstünü təhlükə aldı qucağındakı sakinlərin kimi. Köksün raket, top mərmilərindən dağıldı, deşik-deşik oldu. Lakin qamətin əyilmədi. Daha ətraflı » -
26FevMilli-mənəvi dəyərlər Milli-mənəvi dəyərlərimizi qoruyaq üçün şərhlər bağlıdır
DİN VƏ YALAN
Düz danışmaq və yalanla mübarizə çox böyük əhəmiyyətə malik olan mövzulardandır. İslam dini yalanı şərabdan da çirkin hesab edir. Ancaq bəzi hallarda yalan danışmaq caiz hesab edilir: günahız insanın qətl edilməsi, ölkəyə düşmənin hücum etməsi, möminlər arasında düşmənçilik və nifaq zamanı və s.
Yalançı insan qarşısında-kını aldatmaq üçün ona yalan deyər. Bu, İslam dinində ən böyük günahlardan hesab edilir. Məsumlardan (ə) gələn hədislərdə başqa böyük günahlar olan oğurluq və zinanın adı çəkilir ki, bəzən mömin ona düçar ola bilir. Əgər tövbə etsə bağışlanar. Lakin yalan möminə yaraşmır və ardınca daha böyük bəlalar gətirir.
Yalanın növləri:
– Ciddi deyilən yalan haramdır.
– Zarafatla deyilən yalan iki halda olur: onun zarafat olduğu məlumdursa, haram deyildir. Ancaq elə həddə olmalıdır ki, yalana adət edilməsin. İkinci halda zarafat olduğu məlum deyildirsə, haramdır. Daha ətraflı »
Yeni ismarıclar