Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30İyl
    Digər Milli Mətbuat və Jurnalistika Günü üçün şərhlər bağlıdır

                                                 MEDİA NÜMAYƏNDƏLƏRİ MÜKAFATLANDIRILIB

     

     

     

     

     

    Azərbaycan Mətbuat Şurası 22 iyul – Milli Mətbuat Gününü kütləvi informasiya vasitələrinin Qarabağ bölgəsi üzrə müxbirləri ilə birgə qeyd edib. Bu münasibətlə Tərtərdə Mətbuat Şurası və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə toplantı keçirilib.Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək, media nümayəndələrinə Milli Mətbuat Günü ilə bağlı təbriklərini çatdırıb, 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğaldan qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən danışıb. Müharibə zamanı jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilirdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetiriblər.Bu missiya eyni zamanda vahid hədəf uğrunda dövlət və media əməkdaşlığı baxımından nümunə idi.Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da bölgələrdəki KİV əməkdaşlarını 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik edib, əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatımızın Azərbaycan xalqının formalaşmasında, ictimai fikir tariximizdə oynadığı misilsiz roldan söz açıb. Daha ətraflı »

  • 30İyl
    Xəbərlər “YENİ TƏRTƏR” QƏZETİNİN ƏMƏKDAŞLARI TƏLTİF OLUNUB üçün şərhlər bağlıdır

    Rayon rəhbəri ”Yeni Tərtər” qəzeti redaksiyasında olub, qəzetin kollevtivini və onların timsalında milli mətbuatımızın çoxsaylı nümayəndələrini, eləcə də oxucuları əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür. Bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.
    İkinci Qarabağ savaşı zamanı informasiya müharibəsində jurnalistlərimiz qələmlərindən silah kimi istifadə etdilər.Həqiqətləri, düşmən təxribatlarını bütün dünyaya çatdırdılar. Yazıları, cəbhə bölgəsindən verdikləri canlı reportajları ilə həmişə ön cəbhədə oldular.
    Sonra qəzetin baş redaktoru Tofiq Yusif milli mətbuatımızın tarixindən söz açıb. Bildirib ki, Azərbaycanın ilk milli mətbu orqanının adı “Əkinçi” olsa da, əsas məqsəd xalqı maarifləndirmək, mütərəqqi ideyaları onlara çatdırmaq idi. Əlbəttə, çar Rusiyasının məmurları bu məqsədi çox tez anladılar və buna görə də “Əkinçi”nin ömrü uzun olmadı. Lakin Həsən bəy Zərdabi əsas məqsədinə çatmışdı. Sonralar onun çağırışına qoşulan onlarla mətbu orqan “Əkinçi”nin yolunu davam etdirdilər.
    Bu gün rayonumuzun “Ye-ni Tərtər” qəzeti də öz sələflərinin ənənələrinə sadiq qalaraq, insanların maarifləndirilməsinə çalışır. Jurnalistlərimizin üzərinə məsul vəzifələr düşür. Sonra bildirib ki, “Yeni Tərtər” bölgə qəzeti olsa da, respublika mətbuatı sırasında onun özünəməxsus yeri var. Belə ki, qəzetin çap variantı ilə yanaşı, onun elektron saytı da fəaliyyət göstərir. Bu da rayonun sosial-iqtisadi həyatında baş verən yenilikləri geniş oxucu kütləsinə çatdırır.
    Redaksiyanın əməkdaşları mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.
    Tədbirin sonunda rayon rəhbəri tərəfindən redaksiyanın əməkdaşlarına qurban payı, pul mükafatı və fəxri fərmanlar təqdim edilib.

     

  • 30İyl
    Xəbərlər “FƏXRİ FƏRMAN”LAR VERİLİB üçün şərhlər bağlıdır

    Milli Mətbuat Günü ilə əlaqədar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
    Tərtər rayon Gənclər Mərkəzində keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda vermiş Vətən övladlarının və xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni oxunub.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 44 günlük İkinci Qarabağ müharibəsindən, Ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbədən danışıb.
    “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli çıxış edərək Vətən müharibəsi zamanı medianın fəaliyyətindən və rolundan danışıb. Daha ətraflı »

  • 30İyl
    Xəbərlər NÖVBƏTİ TƏDBİR üçün şərhlər bağlıdır

    Heydər Əliyev adına parkda Tərtər rayonunun taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı yaradılmış rayon qərargahının növbəti tədbiri keçirildi.
    Aidiyyəti qurumların əməkdaşlarının, İƏD üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, FHN-nin DYNX-nin Aran Regional DYNİ-nin böyük inspektoru Sadiq Bəbişov, Daha ətraflı »

  • 30İyl
    Xəbərlər HƏDİYYƏLƏR TƏQDİM EDİLİB üçün şərhlər bağlıdır

    1934-cü ildə nəşrə başlamış, 87 illik keşməkeşli ömür yolu keçən Tərtər rayonunun yerli qəzeti milli mətbuatımızı təmsil edən bir qəzetdir. Rayon qəzeti hazırda “Yeni Tərtər” adi ilə nəşr olunur və elektron versiyası 20-dən çox ölkədə on minlərlə izləyici tərəfindən izlənir. Oxucu sevgisi qazanmaq üçün kollektivin üzvləri məsuliyyətlə çalışır. Qəzetin fəaliyyətinə rayon rəhbərliyi yaxından köməklik göstərir. Hər an öz qayğısını əsirgəməyən rayon ic-ra hakimiyyəti qəzet əməkdaşlarının zəhmətini diqqət mərkəzində saxlayır.
    Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının sədri Ramiz Şabanov və Təşkilatın Aparat rəhbəri Kamil Məmmədov Milli mətbuatımızın 146 illiyi ilə əlaqədar redaksiyada olmuş, “Yeni Tərtər” qəzetinin əməkdaşlarını bayram münasibəti ilə təbrik etmişlər. Tədbirdə Ramiz Şabanov və Kamil Məmmədov Milli mətbuatımızın tarixindən danışmış və bu sahədə rayon qəzetinin əvəzsiz Daha ətraflı »

  • 30İyl
    Səhiyyə VAKSİNASİYA PROSESİ üçün şərhlər bağlıdır

    “Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tərtər rayonunda əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
    Tərtər Rayon İcra Hakmiyyətinin təşkilatçılığı ilə Mərkəzi Rayon Xəstəxana-sının həkim heyyəti gündəlik olaraq rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin kütləvi olaraq vaksinasiya olunmasını həyata keçirir.
    İndiyədək rayon sakinlərinə 41 min 437 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 25 min 301, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 16 min 136 nəfərdir.
    Vaksinləşmə prosesinə könüllü olaraq qatılan sakinlər onların sağlamlıqlarının qayğısına qaldıqlarına və yaradılan şəraitə görə minnətdarlıq bildiriblər.

     

  • 30İyl
    Xəbərlər DEZİNFEKSİYA İŞLƏRİ üçün şərhlər bağlıdır

    Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda dezinfeksiya tədbirləri davam etdirilir.
    Bu məqsədlə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər müəyyən edilmiş cədvələ əsasən həyata keçirilir. Tədbirlər planına uyğun olaraq növbəti dezinfeksiya işləri rayon ərazisində yerləşən inzibati binalarda, çoxmənzilli yaşayış binalarında, giriş bloklarında, pilləkənlərdə və insanların kütləvi toplaşdığı digər yerlərdə aparılıb.

  • 30İyl
    Kənd təsərrüfatı TƏRTƏR RAYONUNDA 2021-ci İLİN MƏHSULU ÜÇÜN KƏND TƏSƏRRÜFATI BİTKİLƏRİ ƏKİNLƏRİNİN QƏTİ UÇOTUNUN YEKUNLARI üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi kollegiyasının 2020-ci il 16 dekabr tarixli, 9/1 nömrəli qərarı ilə təsdiq edilmiş “2021-ci ildə yerli statistika orqanları üçün statistik işlər proqramı”na uyğun olaraq 2021-ci il iyunun 1-i vəziyyətinə rayon ərazisində dövlət və qeyri-dövlət kənd təsərrüfatı müəssisələri, həmçinin ailə kəndli və ev təsərrüfatları da daxil olmaqla bütün təsərrüfat kateqoriyaları üzrə kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir.
    Hesabat məlumatlarına əsasən 2021-ci ilin məhsulu üçün əvvəlki illərdə əkilmiş çoxillik otların əkin sahələri də daxil edilməklə, payızlıq və yazlıq bitkilərin ümumi əkin sahəsi 25550.6 hektar olmuş və keçən illə müqayisədə 22 hektar və yaxud 0.1 faiz azalmışdır.
    Rayon üzrə əkin sahəsinin 9017.7 hektarını və yaxud 35.3 faizini dənli və dənli paxlalı bitkilərin, 5882.7 hektarını və yaxud 23 faizini texniki bitkilərin, 1624 hektarını və yaxud 6.4 faizini kartof, tərəvəz və bostan bitkilərinin, 9026.2 hektarını və yaxud 35.3 faizini yem bitkilərinin əkin sahələri təşkil etmişdir.
    Dənli və dənli paxlalılar. Dənli və dənli paxlalı bitkilərin 5295 hektarı (58.7%) buğda, 3505.2 hektarı (38.9%) arpa, 189.5 hektarı (2.1%) dən üçün qarğıdalı, 2 hektarı noxud, 24 hektarı lobya və 2 hektarı soya əkinlərindən ibarətdir. Daha ətraflı »

  • 30İyl
    Digər “Bala Kirpi”nin sərgüzəştləri üçün şərhlər bağlıdır

                                                                             NAXƏLƏFLƏR

    “Bala Kirpi” yenə şəhəri gəzməyə çıxmışdı. O bilirdi ki, 44 günlük Vətən müharibəsi dövründə Tərtərdə salamat yer qalmayıb, ermənilərin atdıqları top mərmiləri və raketlər rayonu bərbad hala salıb, binalar, təsərrüfatlar, yollar, kommunikasiya xətləri darmadağın edilib, mülki əhalidən xeyli ölən və yaralanan olub. Tərtər şəhəri də daxil olmaqla 40 yaşayış məntəqəsinə 16 min 277 top, tank, “Qrad” mərmiləri düşüb, 21 qadağan olunmuş raket atılıb. Həmin yaşayış məntəqələrində 60 fərdi yaşayış evi və 2 mənzil, 6 sahibkarlıq obyekti, 2 sosial obyekt tamamilə dağıdılıb, 8 nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb, 5017 fərdi yaşayış evi və mənzilə, 301 qeyri-yaşayış sahəsinə, 178 sahibkarlıq obyektinə, 45 sosial obyektə, 30 inzibati binaya, 95 nəqiliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib, 61 baş iri buynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub.
    Vurulan yaraları sağaltmaq üçün dövlət tərəfindən təxirəsalınmaz və genişmiqyaslı tədbirlər görülür, dağıdılmış və ziyan görmüş evlər, mənzilər, obyektlər yenidən tikilir və ya bərpa olunur, dəymiş ziyanın məbləği ödənilir. Bir sözlə, hazırda Tərtər geniş bir tikinti meydançasına bənzəyir, Daha ətraflı »

  • 30İyl
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                           ALLAHIN RƏHMƏTİ

    Allah Öz bəndələrini sevir və onlara qarşı həmişə mehribandır. Bəzən tarixə baxan zaman görürük ki, insanlar vəfasızlıq etməklərinə baxmayaraq, Allah öz sevgisini və məhəbbətini onlardan əsirgəməmiş və on-lara yenə də nemətini nazil etmişdir.
    Buna şahidlik edən çox sayda Quran ayəsi də vardır. “Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər”. (“Bəqərə” 243). Bu haqda Əllamə Təbatəbai buyurur: “Allah zati sevgisinə görə məxluqlarını sevir. Allah bütün məxluqları kimi, insanı da xəlq etmişdir. Allah bəndələrini sevdiyi üçün bəzi təqsirlərini gör-məməzliyə vurur.
    Bəndələrinin tövbəsini qəbul edir və eyblərini gizlədir. Lakin layiqli deyildir ki, bəndələr Allahın lütfündən suiistifadə etsinlər. Tövbə yolunda süstlük göstərsinlər.
    Əgər bir gün İlahi lütf bəndəyə şamil olmazsa, bu zaman İlahi əzab ətəyindən yapışar. İlahi məhrumiyyətə düçar olar. Daha ətraflı »