Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun Hüsənli kəndindən olan şəhid Mehralı Əliyevin və Qaradağlı kəndindən olan şəhid Sərdar Ələkbərovun ailə üzvlərini qəbul edib, onların problemləri, qayğıları ilə maraqlanıb və müraciətlərini dinləyib. Hüsənli kənd sakini, şəhid övladı Elman Qənimətli ev növbəsi, şəhid oğlu Qaradağlı kənd sakini Ruslan Ələkbərov isə məşğulluq problemi ilə bağlı müraciət ediblər.
Qənimətli Elman Mehralı oğluna anası Həsənova Raziyyə Həbib qızının ev növbəsinə götürülməsi ilə bağlı məlumat verilib, Ruslan Ələkbərovun məşğulluq probleminin həll olunması Məşğulluq Mərkəzinə tövsiyə edilib.
Rayon rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın Milli Ordusunun qazandığı qələbədən, torpaqlarımızın işğaldan azad olunmasından, dövlət səviyyəsində şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıdan söhbət açıb, Daha ətraflı »
-
10SenXəbərlər İCRA BAŞÇISI ŞƏHİD AİLƏLƏRİNİ QƏBUL ETDİ üçün şərhlər bağlıdır
-
10SenTərtər RİH-də KÖNÜLLÜLƏRLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon icra hakimiyyətində fəaliyyət göstərən könüllülərlə görüşüb. Karantin qaydalarına uyğun olaraq keçirilən görüşdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkə rəhbəri cənab İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən gənclər üçün geniş şəkildə proqramlar icra olunduğunu, gənclər siyasətinin uğurla davam etdiyini, Azərbaycan gənclərinin ölkə başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini və könüllülərimizin fəaliyyətinin çox önəmli olduğunu bildirib və “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi məsələsini nəzərə çatdırıb. Qeyd edib ki, bu gün ölkəmizdə keçirilən beynəlxalq tədbirləri, dünya və Avropa miqyaslı idman yarışlarını könüllülərsiz təsəvvür etmək mümkün deyil.
Rayon rəhbəri dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq Daha ətraflı » -
10SenSəhiyyə VAKSİNASİYA UĞURLA DAVAM EDİR üçün şərhlər bağlıdır
“Azərbaycan Respublikasında “COVID-19” xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Stra-tegiyası”na uyğun olaraq Tərtər rayonunda əhalinin peyvənd olunması kampaniyası uğurla davam edir.
Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mərkəzi xəstəxanasının həkim heyyəti rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində də əhalinin gündəlik vaksinasiyadan keçirilməsini təmin edir.
İndiyədək rayon sakinlərinə 57 min 714 doza vaksin vurulub. Birinci doza üzrə vaksinasiya olunanların sayı 34 min 126, ikinci doza üzrə vaksinasiya olunanların sayı isə 23 min 588 nəfərdir. Bu gün Tərtər rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 53 % təşkil edir.
Əhali arasında aparılan maarifləndirmə tədbirləri öz nəticəsini verir, sakinlər özləri vaksin olunmaq üçün rayon mərkəzi xəstəxanasına və yaşayış məntəqələrindəki tibb müəssisələrinə müraciət edirlər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vaksinasiya Daha ətraflı » -
10SenXəbərlər MEDAL TƏQDİM EDİLDİ üçün şərhlər bağlıdır
Tərtər rayonunun Köçərli kənd sakini, ll qrup Vətən müharibəsi qazisi Hacıyev Ruslan Rafiq oğlu Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 2374 nömrəli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Bu münasibət ilə qazi rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayevlə birlikdə qazini qəbul edib.
Rayon rəhbəri Ruslan Hacıyevi Ali Baş Komandan tərəfindən Vətən müharibəsində göstərdiyi “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunması münasibəti ilə təbrik edərək, medalı sahibinə təqdim edib.
Qazi qazilərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. -
10SenHərbi vətənpərvərlik Şəhidlər unudulmur, biz də unutmayaq! üçün şərhlər bağlıdır
“HƏYATDA QƏHRƏMANLIĞA HƏMİŞƏ YER VAR”
Müdafiə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Anar Vaqif oğlu Əliyevin doğum gününə həsr olunmuş “Həyatda qəhrəmanlığa həmişə yer var” adlı vətənpərvərlik tədbiri keçirilib.
Bakı şəhərində ikinci Şəhidlər xiyabanına toplaşan Müdafiə Nazirliyinin rəsmiləri, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordunun, Tərtər və Kəlbəcər rayonlarının, eləcə də qeyri-hökumət təşkilatlarının nümayəndələri, şəhidin ailə üzvləri, Vətən müharibəsi iştirakçıları, qazilər, gənclər və məktəblilər əvvəlcə şəhidin məzarını ziyarət edib, qarşısına əklillər qoyub, güllər düzüb, xatirəsini ehtiramla yad ediblər. Vətən uğrunda, Daha ətraflı » -
10SenXəbərlər HESABAT KONFRANSI üçün şərhlər bağlıdır
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin yürütdüyü müdrik və milli maraqlara söykənən siyasət müstəqil Azərbaycanımızın daha da çiçəklənməsinə, regionların yeniləşməsinə, əhalinin rifah halının yüksəlməsinə yol açıb. Həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri və nüfuzlu beynəlxalq təşkilatları tərəfindən yaxın tərəfdaş qismində qəbul olunmasını şərtləndirib. Daha ətraflı »
-
10SenDigər NAXÇIVAN VƏ ŞƏRUR-DƏRƏLƏYƏZ QIRĞINI (1905-1906-cı illər) üçün şərhlər bağlıdır
XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində azərbaycanlılara qarşı törədilən qırğınların ssenarisi ermənilərin XIX əsrin sonunda Şərqi Ana-doluda əldə etdikləri təcrübəyə əsaslanırdı. “Hnçak” və “Daşnaksutyun” partiyalarının silahlı dəstələri azərbaycanlı kəndlərinə hücum edir, qırğınlar törədir, boşaldılmış kəndlərdə Türkiyədən gələn erməni ailələrini məskunlaşdırırdılar.
Ermənilər ilk növbədə azlıq təşkil etdikləri və strateji cəhətdən mühüm əhəmiyyət kəsb edən İrəvan, Naxçıvan, Şərur-Dərələyəz, Zəngəzur qəzalarında sayca üstünlüyə malik olmaq istəyirdilər. Daha sonra isə Qarabağda qırğınlar törədərək, həmin əraziləri ələ keçirmək və nəticədə İrəvan və Yelizavetpol (Gəncə) quberniyalarının ərazilərində erməni dövlətinin əsasını qoymaq istəyirdilər. 1905-1906-cı illərdə törədilən bütün qırğınlarınmahiyyətində məhz bu amil dayanırdı.
1905-1906-cı illərdə İrəvan quberniyasında baş verən qırğınlarhəmin dövrün mətbuatında və o dövrün müəlliflərinin əsərlərində geniş şəkildə işıqlandırılmışdır.
XX əsrin əvvəlində Naxçıvan qəzasında mövcud olan 170 kənddən 110-da azərbaycanlılar, 40-da ermənilər, 20 kənddə isə azərbaycanlılarla ermənilər qarışıq şəkildə yaşayırdılar. Naxçıvan qəzasının 101 min nəfər əhalisinin 64 min nəfərini azərbaycanlılar, 34 min nəfərini ermənilər, yerdə qalanını isə digər millətlər təşkil edirdi.
Şərur-Dərələyəz qəzasına gəldikdə isə, həmin vaxt qəzada 163 kənd mövcud olmuşdur ki, onlardan 109-u Dərələyəz nahiyəsində, 54-ü isə Şərur nahiyəsində olmuşdur. Şərur nahiyəsində yalnız 6 erməni kəndi və 2 qarışıq kənd, Dərələyəz nahiyəsində isə 23 erməni kəndi və 2 qarışıq kənd mövcud olmuşdur. Şərur-Dərələyəz qəzasının 76 min nəfər əhalisinin 55 min nəfərini azərbaycanlılar, 21 min nəfərini ermənilər təşkil edirdi. Daha ətraflı » -
10SenKənd Təsərufatı Pambıq tarlalarında üçün şərhlər bağlıdır
BOL MƏHSUL GÖZLƏNİLİR
Pambıq universal və texniki bitki olaraq onun böyük xalq təsərrüfatı əhəmiyyəti vardır. Pambığın əhəmiyyəti onun lifverən bitkilər içərisində əsas yer tutmasını təmin edir. Uzun illər ərzində dünyanın toxuculuq sənayesinin istifadə etdiyi lifin 70-80%-ə yaxını pambıqdan alınırdı. Pambıq toxuculuq sənayesində əsas xammal sayılır. Bu bitkinin rayonumuzda əkilməsi ənənəvi bir formaya çevrilib. Bu il Tərtər rayonunda ötən ilə nisbətən 450 hektar artıq ərazidə pambıq əkininin işləri aparılıbdır.Yəni ötən il rayonun təsərrüfatlarında 2981 hektar pambıq əkilmişdirsə, bu il isə hal-hazırda rayonumuzda 1104 nəfər istehsalçı fermer tərəfindən ərazilərdə 3439 hektar pambıq sahəsi əkilmişdir. Bu il MKT Tərtər filialında 1809 hektar, Azərpambıq Tərtər filialında 1630 hektar fermerlərlə müqavilə əsasında pambıq əkininin təminatı işləri yerinə yetirilib. Sahələrdə alaqlara, mənənəyə, çora, pambıq sofkasına, boy tənzimləyicisinə qarşı hər iki şirkətdə Daha ətraflı »
-
10SenƏdəbiyyat NİYƏSİNİ BİLMƏZDİM (Mini hekayə) üçün şərhlər bağlıdır
Kəndimizdə Əliabbas adında bir kişi vardı. Heç kim ona Əliabbas demirdi. Əlabbas deyirdi. Çobanlıq edirdi. Yəni kənd camaatının qoyunlarını otarırdı. Səhər-səhər kimin neçə qoyunu olardı, gətirib ona təhvil verərdi. Maşallah da yaddaşı vardı. Yüz qoyun da versən, bilərdi ki, hansı sənindir. Hər qoyunu da öz adı ilə çağırardı. Kərə qoyun, kürə qoyun, sarımtıl, bozumtul, quyruğu qıvraq, qulağı yarıq, boynu qotazlı, yerişi nazlı. Saymaqla qurtarmaz. Elə ki, qoyunları gətirdilər, qabağa düşüb gedərdi. Qoyunlar da mələşə-mələşə dalınca. Ayın axırında da iki manatdan, üç manatdan pul yığardı.
Əlabbas tək yaşayırdı. Evlənməmişdi. Deyəndə ki, ay Əlabbas, yaşın altmışı keçib, niyə evlənmirsən? Bir xeyli sənə məzlum-məzlum baxardı:
-Sən öylənibsən?
– Evliyəm.
-Əlin yağa-bala batıb?
-Batıb da sözdür. Əlabbas, ailə özgə aləmdir. İşdən gəlirsən, oğul-uşaq Daha ətraflı » -
03SenDigər ŞUŞAYA TAM MƏNADA ZƏNGİN HƏYATI QAYTARMAQ ÜÇÜN BÜTÜN ZƏRURİ ADDIMLAR ATILIR üçün şərhlər bağlıdır
Azad olunmuş torpaqlarımızda dağıdılmış yaşayış məntəqələrinin, şəhərlərin, kəndlərin bərpası surətlə davam edir. Tez-tez informasiya vasitələrindən burada görülən işlər insanlar tərəfindən diqqətlə izlənilir. Cənab Prezident şəxsən özü görülən işlərlə yerində tanış olmaq məqsədilə rayolara səfərlər edir. Bir məqam da diqqət çəkir ki, mədəniyyət abidələri əvvəlki formasında yenidən restavrasiya olunur. Mədəni, tarixi irsimiz bərpa olunmaqla qorunub saxlanılr. Bu qəbildən olan abidələrdən biri kimi İlham Əliyev Molla Pənah Vaqifin məqbərəsinin bərpa edildikdən sonra açılışında iştirak etməsi əlamətdar hadisədir. 30 avqust 2021-ci ildə məqbərənin önündə həm də Vaqif Poeziya Günləri tədbiri keçirildi.
Tədbirdə iştirak edən cənab Prezident məqbərənin ucaldılması haqda qərarın Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini və açılışının da 1982-ci ilin yanvarın 14-də Onun tərəfindən həyata keçirildiyini bildirdi.O dövrki tarixə diqqət çəkən Prezident Sovet ideologiyasının tüğyan etdiyi bir siyasi şəraitdə Daha ətraflı »
Yeni ismarıclar