Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Sen
    Digər BMT-nin DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİNİN ÖLKƏMİZDƏ HƏYATA KEÇİRİLMƏSİ MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDİR üçün şərhlər bağlıdır

    BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tarixi zəfərdən sonra qalib ölkəmizin regionda yaratdığı yeni reallıqlar fonunda dünyaya və beynəlxalq ictimaiyyətə bir sıra mühüm mesajlar verdi.

    Dövlət başçısının çıxışında toxunduğu mövzular beynəlxalq arenada, bir sıra nüfuzlu kütləvi informasiya vasitələri tərəfindən diqqətlə izlənmiş, təhlillər əsasında geniş məqalə və analitik şəhrlər yazılmışdır. Geniş oxucu kütləsinə malik portalların, media qurumlarının oxuculara təqdim etdiyi materiallarda qeyd olunub ki, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yolla həll etdi, ərazi bütövlüyünü və tarixi Daha ətraflı »

  • 28Sen
    Digər AZƏRBAYCAN MÜHARİBƏYƏ HƏR ZAMAN HAZIR OLUB, BİZİ DAYANDIRAN AMİL MƏSULİYYƏTLİ ÖLKƏ OLMAĞIMIZ, BEYNƏLXALQ HÜQUQ VƏ TƏŞKİLATLARA OLAN İNAMIMIZ İDİ üçün şərhlər bağlıdır

    Sentyabr ayının 24–də Rusiya Federasiyasının nüfuzlu “Nasionalnaya oborona” jurnalında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin jurnalın baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi çap edilib. Bu müsahibə nəinki Pusiya, eləcə də dünyanın bir sıra ölkələrinin mətbuatında geniş şəkildə işıqlandırılıb, bütün aparıcı mətbuat orqanları Azərbaycan Liderinin müsahibəsindən mühüm məqamları ön səhifələrə çıxarıblar. Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı və xarici ölkələrin rusdilli oxucularına təqdim olunub.

    Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya jurnalınaverdiyi müsahibədə əsas tezislər bundan ibarətdir ki, Azərbaycan müharibədə çox böyük qələbə qazandı, işğalçını cəzalandırdı, işğalçı böyük itgilər verdi və yenə də əgər təxribat haqqında düşünərlərsə, Azərbaycan “Dəmir Yumruq” əməliyyatını dayandığı yerdən davam etdirməyə hazırdır.

    Müsahibəsində cənab Prezidentin Ermənistana başqa ismarıcları da açıqladı. Bu da ondan ibarət idi ki, əsas şərtlərimiz bəllidir, sülh danışıqları başlamalı, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sərhədlərin müəyyənləşməsi istiqamətində danışıqlar başlamalı və Zəngəzur dəhlizi açılmalıdır. Hansı ki, bunlar edilməsə yenə də Ermənistanın vəziyyəti ağır olacaq, müharibə riski bölgədə yenə də artacaqdır. Daha ətraflı »

  • 24Sen
    Digər AZƏRBAYCAN XALQI UZUN İLLƏR BOYU HƏQİQƏTİN VƏ TARİXİ ƏDALƏTİN TƏNTƏNƏSİNİ GÖZLƏYİRDİ üçün şərhlər bağlıdır

    Ermənistan-Azərbaycan münaqişəsinin dərin tarixi kökləri vardır. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi.1920-ci ilin axırlarında Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra ermənilər əsrlərlə Daha ətraflı »

  • 20Sen
    Tərtər RİH-də İCRA BAŞÇISININ QƏBULU üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov karantin qaydalarının tələblərinə uyğun olaraq vətəndaşları qəbul edib.
    Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunub, icra hakimiyyətinin səla-hiyyətləri çərçivəsində olan bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    İcra başçısına vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin ləngidilməsi, mənzillərinə təkrar baxışın keçirilməsi, Vətən mühari-bəsində evlərinə dəyən ziyanla bağlı kompensasiya ala bilməmələri, suvarma, işlə təminat, yeni tikilmiş evlərin işıq, su, qaz ilə təmin edilməsi ilə bağlı müraciətlər olunub.
    İcra başçısı vətəndaşlara onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödəniləcəyini bildirib.
    Rayon sakinləri görülən işlərə görə öz minnətdarlıqlarını bildiriblər.

     

  • 20Sen
    Xəbərlər DEPUTATLA GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
    Həlli mümkün məsələlər operativ sürətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar verilib.
    Qəbulda iştirak edən vətəndaşlar Milli Məclisin deputatı Sahib Alıyevlə fikir mübadiləsi aparıblar.
    Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

  • 20Sen
    Xəbərlər KOB DOSTU FƏALİYYƏTƏ BAŞLAYIB üçün şərhlər bağlıdır

    Qarabağ iqtisadi rayonu üzrə sayca ikinci Kiçik və Orta Biznesin Dostu (KOB dostu) Tərtər rayonunda fəaliyyətə başlayıb. Tərtər Gənclər Mərkəzində fəaliyyət göstərəcək KOB dostu müvafiq rayonla yanaşı, ətraf şəhər və rayonların sahibkarlarına da biznes sahəsində dəstək və xidmətlər göstərəcək.
    Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı, Tərtər Rayon İcra Hakimiyyətinin, sahibkarların və onlara xidmət göstərən müvafiq qurumların nümayəndələrinin iştirakı ilə KOB dostu rayonun biznes ictimaiyyətinə təqdim edilib, iştirakçılar KOB dostu ofisində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
    KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB dostu mexanizmi və Agentliyin digər dəstək və xidmətləri barədə sahibkarlara məlumat verib, onları KOB dostu ilə fəal əməkdaşlığa dəvət edib. Qeyd olunub ki, KOB dostu Tərtər rayonunda sahibkarlıq fəaliyyətinin inkişafı, yeni biznes subyektlərinin yaradılması, sahibkarların maraqlarının müdafiəsi və s. kimi istiqamətlərdə dəstək Daha ətraflı »

  • 20Sen
    Xəbərlər ŞƏHİDLƏRİN AD GÜNLƏRİ üçün şərhlər bağlıdır

                                                               Məmmədli Sənan Səlim oğlu

    Tərtər rayonunun Qaradağlı kəndindən olan, 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədli Sənan Səlim oğlunun ad günündə xatirəsinə inşa edilən bulağın açılışı olub.
    Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Karantin qaydalarına uyğun təşkil olunan açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov şəhid Sənan Məmmədlinin qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Sonra o, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gün ərzində başa çatan qələbənin tarixi əhəmiyyətini qeyd edib. Daha ətraflı »

  • 20Sen

    Xəbərlər üçün şərhlər bağlıdır

                                                         Qənbərli Qənbər Bəhruz oğlu

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının, SHXÇDX-nin Tərtər rayon şöbəsinin nümayəndələri, və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra nümayəndələr şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəliydi. Bir qız övladı yadigar qalıb.
    Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli ermənilərin işğalı altındakı ərazilərin azad edilməsi uğrunda gedən döyüşlərdə sentyabrın 27-də şəhid olub. Murovdağ istiqamətində gedən gərgin döyüşlərdə şəhid olan Qənbər Qənbərlinin nəşi uzun müddət tapılmayıb. 22 may 2021-ci ildə nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
    Döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu Daha ətraflı »

  • 20Sen

    Xəbərlər üçün şərhlər bağlıdır

                                                                     Əzizov Ayşad Qaryağdı oğlu

    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Tərtər rayon şöbəsinin, veteranlar təşkilatlarının nümayəndələri və qazilər şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra şəhidin yaşadığı evə gedərək ailəsinin qayğıları ilə maraqlanıblar.
    Əzizov Ayşad Qaryağdı oğlu 5 sentyabr 1990-cı ildə Tərtər rayonunun Əskipara kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Ayşad 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Sentyabrın 27-də Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

     

  • 20Sen
    Tərtər RİH-də MEDAL SAHİBİNƏ ÇATDIRILDI üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Qaraağacı kənd sakini, Vətən müharibəsi iştirakçısı Abdullayev İsmət Həmid oğlu Azərbaycan Respublikası Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.
    Bu münasibət ilə İsmət Abdullayev rayon icra hakimiyyətinə dəvət olunub. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Tərtər rayon şöbəsinin rəis müavini Ramil Qarayev və İctimai Nəzarət Koalisiyasının Tərtər rayon şöbəsinin sədri Nəcmiyyə Zeynalzadə ilə birlikdə Vətən müharibəsi iştirakçısını qəbul edib.
    Rayon rəhbəri İsmət Abdullayevi Vətən müharibəsində göstərdiyi şücaətə görə Ali Baş Komandan tərəfindən “Cəsur döyüşçü” medallı ilə təltif edilməsi münasibəti ilə təbrik edərək medalı sahibinə təqdim edib.