29Okt
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul olunublar.
İcra hakimiyyətinin səlahiyyətləri çərçivəsində bəzi problemlər yerində həll olunub, bəzilərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
29Okt
Tərtərdə Vətən müharibəsi şəhidləri Məmmədov Mehdi Elçin oğlunun, Həsənli Zəlimxan Rafiq oğlunun, Şəmilov Azər Elyas oğlunun, Əlizadə Elşən Faiq oğlunun, Quluzadə Elmin Şəmsi oğlunun, Mənsimli İntiqam Rövşən oğlunun, İsaxlı Anar Rəsul oğlunun, İsmayıllı şamil Kamil oğlunun, Məhərrəmli Fuad Habil oğlunun, Məmmədli Sənan Səlim oğlunun Məmmədov Elşən Dağıstan oğlunun, mülki şəhidlər Orucov Pərviz Novruz oğlunun, Əmirov İsgəndər Yelmar oğlunun, Rüstəmov Vasif Bahadur oğlunun, Zamanov Şakir Xasay oğlunun, Quliyev Anar Tofiq oğlunun, Axundov Ədalət Zahid oğlunun il mərasimləri keçirilib.
Mərasimlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Mərasimlərdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb.
Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirik.
29Okt
Tərtər rayonunda 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini əbədiləşdirmək üçün ardıcıl tədbirlər həyata keçirilir. Küçələrə şəhid adları verilir, abidələri ucaldılır, xatirə bulaqları tikilir. Bu günlərdə rayonumuzun Dəmirçilər kəndində şəhid İsmayıllı Şamil Kamil oğlunun xatirəsinə tikilmiş abidənin açılışı olub.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad ediblər.
Mərasimdə çıxış edənlər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ötən il sentyabrın 27-də başlanan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Bildirib ki, Daha ətraflı »
29Okt

Rayonumuzda pandemiya şəraitinin tələblərinə uyğun olaraq “Qarabağ sahibkarlarına maarifçilik dəstəyi: Tərtərlə başlanan yol” mövzusunda “Dəyirmi masa” keçirilib. Tədbir İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə yerli sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə reallaşdırılıb.
Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar. Daha ətraflı »
29Okt
Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası ilə bağlı tarla seminarı keçirilib
Tərtər rayonunun Şıxarx qəsəbəsində Zəfər Gününə həsr olunmuş “AMEA Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının infrastrukturunun bərpası, bölgə üçün yaradılmış buğda və arpa sortlarının toxumçuluğunun təşkili məsələləri” mövzusunda tarla seminarı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
Tədbir iştirakçıları sonra Şəhidlər abidə kompleksi qarşısına tər çiçəklər düzüb, respublikamızın ərazi bütövlüyü uğrunda Daha ətraflı »
29Okt
Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən 2021-ci il iyun-sentyabr ayları aralığında təşkil olunan “Su Resuslarından Davamlı İstifadə” fotomüsabiqəsində Tərtər rayon Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbinin 8-ci sinif şagirdi Aslanova Səkinə Natiq qızı Tərtər rayon ümumtəhsil məktəblərin şagirdləri arasında II yerin qalibi olmuşdur.
Məktəbin direktoru Məzahir Cəfərov tərəfindən Səkinə Aslanova və Layihə rəhbəri, coğrafiya fənn müəllimi Səbuhi Kərimov Fəxri Fərman ilə təltif olunmuşlar.
“Yeni Tərtər”
29Okt
Tərtər rayonuna təşkil olunan mediaturda iştirak edən jurnalistlər rayonda yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Məlumat verilib ki, Tərtər rayonu üzrə bu il həssas əhali qruplarına aid 265 şəxs özünüməşğulluq proqramına cəlb edilib.
29Okt
8 NOYABR-ZƏFƏR GÜNÜ
Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı kimi qalacaqdır. İşğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etmək uğrunda 27 sentyabr tarixində başlanan İkinci Qarabağ – Vətən Müharibəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin kapitulyasiyası ilə sona çatdı. 44 günlük müharibə nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi azad edildi. Noyabrın 8-də Prezidentimiz, Ali Baş Ko-mandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bundan sonra imzalanan üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Əldə olunan razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları döyüşsüz Azərbaycana qaytarıldı. Bununla da xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd-yuvalarına qayıdacaqlar.
8 noyabr. Bu tarix bizim üçün əzizdir, bizim üçün bayramdır, bizim Zəfər Günümüzdür! Çünki, Azərbaycan Respublikası 44 günlük Vətən müharibəsi-nin sonunda zəfər çalan tərəf oldu. Ali Baş Komandanın “Qarabağ Azərbaycandır!” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından-canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin! Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. Daha ətraflı »
29Okt
44 günlük Vətən müharibəsi xalqımızın böyük sevinclə xatırlayacağı, qürurlu bir gündür. Həmin günlər insanlar müharibənin tələblərinə uyğunlaşmış və hərə müsəlləh bir əsgər olmuşdur. Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi çoxəsrlik tarixə malik Azərbaycan dövləti bugünkü kimi heçvaxt güclü olmamışdır. Məhz bu günlərin ən bariz nümunəsi ordu və xalqın birliyi, vəhdəti olmuşdur. Ön cəbhə ilə arxa cəbhə inanılmaz birlik göstərərək babalarımızdan bizə əmanət olan torpaqlarımızı “qara donlu kafirlər”dən təmizləmişdilər. Ölümün gözünə dik baxan mərd oğullar 30 illik işğala son qoyub, Azərbaycan xalqının gücünü və qüdrətini bütün dünyaya bəyan etdilər. Sübuta yetirdilər ki, qəsbkar düşmənin arxasında nə qədər güclər, qüvvələr olursa-olsun, yenə də polad iradəli xalqın qarşısında duruş gətirə bilməzlər. Xalqımıza bu gücü verən torpağa bağlılıq, vətənə sevgi və düşmənə isə nifrət hissi oldu. Vətən sevgisinin qarşısında beton sədlər duruş gətirə bilmədi. Daha ətraflı »
Yeni ismarıclar