Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy
    Digər Gəlin müzakirə edək! üçün şərhlər bağlıdır

                                           ÖYRƏNDİKLƏRİMİZ, ÖYRƏTDİKLƏRİMİZ

    Öyəndiklərimiz də öyrətdiklərimiz də heç zaman gec və ya tez olmur. Bəzən düşünürük ki, hər ikisində gec, ya da tezdir. Əlbəttə, yaxşı bilirik ki, öyrənməyin də öyrətməyin də yaşı və zamanı yoxdur. Onun hər ikisi başqa biolji tələblərimiz kimi zəruridir, vacibdir. Lakin həm öyrənərkən, həm öyrədərkən bilməliyik ki, nəyi niyə öyrənirik, və yaxud nəyi niyə öyrədirik. Əlbəttə, xeyirlini, faydalını öyrənməli, öyrəndiyimizi də öyrətməliyik. İnsanlığımız üçün öyrənməli, insanlıq üçün öyrətməliyik. Lakin, görək insanlıq naminə öyrəndiyimizi istədiyimiz kimi öyrədə bilirikmi? Hər birimizin dünyagörüşləri, qavrama qabiliyyətləri, münasibətləri muxtəlif olduğu kimi, öyrənmə və öyrətmə bacarıqları da müxtəlif olur. Öyrənməyimiz də öyrətməyimiz də fərdidən başlayıb ümumiyə doğru yönəlir. Təkcə məqsəd və fikrimiz doğruya, faydalıya doğru yönləndirməyi bacaraq.
    Bu gün həyatımız o qədər qaynar və mürəkkəbdir ki, çoxluqlar və qeyriadiliklər içərisində mat qalmaq, xeyrli-xeyrsizi tapmaqda, xüsusilə öyrənəcəklərimiz və öyrətdiklərimizdə çətinliklərlə qarşılaşırıq. Görmək, eşitmək və danışmaq bizə sadə gələ bilər. Lakin, bunlar bizim düşündüyümüz qədər də asan deyildir. Bu poseslər bizim təfəkkürümüzdə necə formalaşır və onları necə çatdırırıq.
    Həyatda qarşılaşdığımız irili, xırdalı, yaxşılı-yamanlı gördüklərimizi və eşitdiklərimizi anladığımız kimi danışmağa adət etmişik. Bu bizim həm öyrəndiyimiz, həm də öyrətdiyimiz hesab olunur. İstəyirik ki, qarşımızdakı fərdlər də elə bizim kimi düşünüb, bizim kimi qavrasın. Bəzən öyrəndiyimizdə də öyrətdiyimizdə də yanlışlıqlar olur.
    Sadə bir misal: Bir ailənin 6 nəfər üzvü var. (daha çox da ola bilər). Baba-nənə, ata-ana, oğul-qız. Hərənin həyata müxtəlif baxışı, qavraması, görməsi, eşitməsi və danışması. Eyni əhvalatmı, hadisəmi – nə olur olsun hər kəsin yanaşması muxtəlifdir. Hər birimiz deyirik ağıllı olaq, savadlı olaq. Daha ətraflı »

  • 19Noy
    Milli-mənəvi dəyərlər İslam dünyası üçün şərhlər bağlıdır

                                                                 CADU-TİLSİM-SEHR

    Din ilə əlaqəsi olmayan dualar və hərəkətlərlə ruh üzərinə təsir etmək. Buna ərəbcədə “sehr” adı da verilir. Bir insanı istənilən şeyi etməyə sövq edən gizli qüvvət, təbiətə zidd hallar meydana gətirən təsirlər. Bunları edənlərə “cadugər” deyilir. Cadunu belə təsvir etmək mümkündür hər hansı bir mənfəət uğruna başqasına zərər verməyə yönəlik məşru olmayan yollarla bir sıra gizli qüvvələri istiqamətləndirərək edilən və həqiqətə uyğun gəlməyən göz bağlıcılıq, hoqqabazlıq, oyunçuluq şəklindəki işlər. Gözbağcılıq, hoqqabazlıq kimi oyunlarla insanları aldadan şəxsə cadugər, bu kəslərin etdiyi işə cadu, bu işin peşə halına gətirilməsinə də cadugərlik deyilir. Cadugərlik, İslamdan öncə Ərəblərdə, Rumlarda, Hindlilərdə, Misirlilərdə məşhur idi. Xüsusilə Hz. Musa zamanında cadugərlik etibarlı bir peşə idi. Hz. Süleyman zamanında da məşhur idi. Sehrin özünə görə xüsusiyyətləri və növləri vardır.
    Qara cadu: Əsl sehr bu olub bəzi kimsələr, pərilərin və xüsusilə Daha ətraflı »

  • 19Noy
    Digər MARAQLI MƏLUMATLAR üçün şərhlər bağlıdır

    -Saat icad edilməmişdən əvvəl müəyyən bir vaxt ərzində yanmaya hazırlanmış şam saatları var idi. Zəng qurmaq lazım olduğu zaman şama iki tərəfdən mıx keçirilir, şam o səviyyəyə qədər yanır və mıxlar bir-birinə dəyərək səs çıxarırdı.
    -Əgər baharatlı bir şey yedikdən sonra bir çay qaşığı şəkər yesəniz, o sizin hərarətinizi azaldacaq.
    -Almaniyada bir çox qocalar evinin önüdə yaşlı vətəndaşların qaçıb getməsinin qarşısını almaq üçün saxta dayanacaqlar var.
    -Bütün qütb ayıları solaxay olur.
    -Fillər bellərindəki dəri qırışıqlıqlarını ağcaqanadları öldürmək üçün istifadə edirlər.
    -Bir qaba çoxlu fıstıq yığsanız,bir müddət sonra özü partlayacaqdır.
    -Çində uşaqlar anadan olduğu andan 1 yaşında sayılırlar.
    -Arıların başlarında 3 kiçik, ön tərəfdə isə 2 böyük göz olmaqla, 5 gözləri var.
    -Sinqapurda sakkız çeynəmək və ya saxlamaq qadağandır.
    -Zürafə dili ilə qulağını təmizləyə bilir.
    -Qədim Misirlilər pişikləri öldükləri zaman qaşları dibindən kəliyərək yas saxlayırdılar.
    -Kenquru sürüsü ingiliscə “mob” yəni “şəbəkə” adlandırılır
    -İnsanın burnu və qulaqları ömrü boyu böyüdüyü halda, gözləri heç vaxt böyüməz.
    -Bir ilbiz 1 millik yolu 115 günə gedə bilər. Daha ətraflı »

  • 19Noy
    Ədəbiyyat PAYIZ MÖCÜZƏLƏRİ üçün şərhlər bağlıdır

    Payızın möcüzələri
    Bax ulduzlar nur çiləyir,
    Bu yer hara, qüssə hara?
    Qızıl payız nəğmə deyir
    Qızıl qəlbli insanlara!
                                                              (Nəbi Xəzri)

    Hər gülün, hər çiçəyin, öz gözəlliyi olduğu kimi hər fəslin də öz gözəlliyi var. Fəsillər havasıyla, mənzərələrilə bir-birindən fərqlənir. Qış fəsli soyuğu qarı ilə, yaz fəsli təbiətin oyanışı ilə, yay qızmar günəşi, dənizi ilə, payız fəsli isə küləyi və yağışı ilə. Ətrafımdakı insanların hər biri ayrı-ayrı fəsilləri sevirlər – kimisi meyvəsinə görə, kimisi gül-çiçəyinə görə, kimisi qızılı rənginə görə, kimisi havasına görə və sair. Mən də payız fəslini çox sevirəm elə buna görə də bu fəsil haqqında yazmaq istədim.
    Payız fəsli ilin 3-cü fəslidir. Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan təqvimə görə sentyabrın 23-də payız fəsli girir. Havalar yavaş-yavaş soyumağa başlayır. 21 dekabra qədər davam edən payız fəsli yayla qış arasında bir körpüdür sanki. Daha ətraflı »

  • 17Noy
    Digər AZƏRBAYCANA ƏLAVƏ GÜC VERƏN MÜHARİBƏNİN İLK SAATLARINDAN BAŞLAYARAQ SON DƏQİQƏLƏRİNƏ QƏDƏR QARDAŞ TÜRKİYƏNİN GÖSTƏRDİYİ DƏSTƏK VƏ MƏNƏVİ DAYAQDIR üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı Türk Dünyasının Ali Ordeni ilə təltif edilib. Qarabağın azad edilməsi işində göstərilən səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təltif olunan Prezident İlham Əliyev öz təşəkkürünü bildirərkən dedi: “Bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.”;

    Azərbaycana əlavə güc verən müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər qardaş Türkiyənin göstərdiyi dəstək və mənəvi dayaqdır. Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın: “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” – bizə əlavə güc verdi.

    Ölkələrimiz arasındakı birlik, həmrəylik, qarşılıqlı hörmət və məhəbbət əsasında qurulmuş əlaqələr daha da möhkəmlənəcək. Türkiyə son illər ərzində dünya miqyasında güc mərkəzinə çevrilmiş və təkcə bölgədə yox, dünya miqyasında söz sahibinə çevrilmişdir. Türkiyənin gücünü – siyasi, iqtisadi, hərbi gücünü indi dünyada bilməyən yoxdur. Türk dövlətlərin birgə gələcəyi üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır. Daha ətraflı »

  • 15Noy
    Digər YENİ AZƏRBAYCAN PARTİYASI DAYANAQLI İNKİŞAFIN VƏ SİYASİ SABİTLİYİN TƏMİNATÇISIDIR üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər.

    91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Ulu Öndərə müraciət edən məşhur “91-lər”in çox cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Daha ətraflı »

  • 12Noy
    Tərtər RİH-də BOLQARISTANIN NÜMAYƏNDƏ HEYƏTİ TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın dəvəti ilə ölkəmizdə səfərdə olan Bolqarıstanın Ayrı-seçkiliyə qarşı Müdafiə üzrə Komissiyasının sədri Ana Cumaliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti Tərtər rayonunda olub.
    Qonaqlar əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov nümayəndə heyətinə 44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı bölmələri tərəfindən rayonun yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dəymiş zərər barədə məlumat verib.
    Nümayəndə heyəti sonra Tərtər rayonunun yaşayış məntəqələrinə atılmış qadağan olunmuş raketlərin qalıqlarına baxıblar. Daha sonra ötən il oktyabrın 15-də Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə məruz qalmış Tərtər şəhər qəbiristanlığına gediblər. Daha ətraflı »

  • 12Noy
    Digər ZƏFƏR GÜNÜN MÜBARƏK, VƏTƏN! üçün şərhlər bağlıdır

    Noyabrın 8-də Zəfər Günü münasibətilə Tərtər rayonunda yürüş keçirilib.
    Yürüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, qazilər, Qarabağ Müharibəsi veteranları, minlərlə tərtərli iştirak edib.
    Yürüş iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini Daha ətraflı »

  • 12Noy
    Xəbərlər KÜÇƏLƏRƏ ŞƏHİD ADLARI VERİLDİ üçün şərhlər bağlıdır

    Torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş vətən oğulla-rının adlarının əbədiləşdirilməsi məqsədilə Zəfər Günü ərəfəsində rayon mərkəzindəki beş küçəyə qəhrəmanlarımızın adları verilib.
    Həmin küçələr artıq bu gündən etibarən Azərbay-canın Milli Qəhrəmanı General-mayor Polad Həşimovun, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun, Vətən Mü-haribəsi Qəhrəmanı polkovnik-leytenant Anar Əli-yevin, Azərbaycan Bayrağı ordenli Aslan Hüseynovun və Ruslan Şahbazovun adlarını daşıyır.
    Tərtərdə şəhid adlarının əbədiləşdirilməsi rayon sakinləri tərəfindən böyük rəğbət və minnətdarlıqla qarşılanıb.

  • 12Noy
    Xəbərlər ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirilib.
    Əvvəlcə tədbir iştirakçıları Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib. Sonra Dövlət himni səsləndirilib.
    Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ali Baş Komandan İl-ham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında işğalçı erməni ordusunu darmadağın etdiyini, Vətən müharibəsinin cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını söyləyib. Qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qürurla, iftixarla qarşılayır. Əlbəttə, bu tarixi qələbə şəhidlik zirvəsinə ucalan, ağır yaralanan Vətən oğullarının qanı bahasına qazanılıb. Bu insanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Qeyd edib ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz Daha ətraflı »