Şəhid Abbasov Elvin Şamil oğlu əslən Umudlu kəndindəndir. Birinci Qarabağ müharibəsi zamanı ailəsi Ağdərə rayonunun Umudlu kəndindən məcburi köçkün düşüb. Bərdə rayonunun Hacılı kəndində yaşasalar da, Tərtər rayonu Umudlu kənd inzibati ərazi dairəsində qeydiyyata götürülüblər. Elvin Abbasov isə 1993-cü il mayın 6-da Tərtərdə anadan olub. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidməti uğurla başa çatıb. Hərbidə olan nizam-intizam qulluq müddətində Elvini özünə cəlb edib, orduda xidmət etmək marağı yaradıb. Əsgəri borcunu verib qayıtdıqdan az sonra müddətdən artıq xidmətə yazılır. Daxili qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstədə baş çavuş kimi fəaliyyət göstərir. Vətən müharibəsi başlayanda artıq 8 il idi ki, müddətdən artıq xidmət edirdi. Bu müddətdə hərbi işi daha mükəmməl mənimsəmişdi. Yarasalar adlandırılan bölükdə ona xüsusi ad verilmişdi –“Boyka” adı ilə tanınırdı. Döyüş hazırlığı və hərbi bacarığı ilə fərqlənirdi “Boyka”.
Tarixə Vətən müharibəsinin ilk günü kimi yazılan 27 sentyabr 2020-ci il. Elvin Abbasov şiddətli döyüşlərin getdiyi əraziyə – Cəbrayıl istiqamətinə göndərilir. Onun döyüş yolu Cəbrayıldan, Xocavənddən, Zəngilandan, Daşaltıdan, Hadrutdan keçib. Bu ərazilərdə güclü döyüşlərdən öz şücaəti ilə çıxıb “Boyka”. Daha ətraflı »
-
07YanHərbi vətənpərvərlik “BOYKA” ADI İLƏ TANINAN ŞƏHİD üçün şərhlər bağlıdır
-
07YanHərbi vətənpərvərlik UNUTMAYAQ üçün şərhlər bağlıdır
Yanvarda doğulan şəhidlərimiz
Hüseynov Eşqin Cəsarət oğlu- 20 yanvar 1998-ci ildə Hüsənli kəndində doğulub.
Hüseynov Anar Rəhim oğlu- 9 yanvar 1997-ci ildə Tərtər şəhərində doğulub.
Məmmədov Taleh Arif oğlu- 1 yanvar 1999-cu ildə Hüsənlidə dünyaya göz açıb.
İsmayıllı Şamil Kamil oğlu- 4 yanvar 1993-cü ildə Dəmirçilər kəndində doğulub.
Əhmədzadə Mürşüd Müdahil oğlu- 4 yanvar 2000-ci ildə Evoğlu kəndində anadan olub -
07YanHərbi vətənpərvərlik QAZİLƏRİMİZ üçün şərhlər bağlıdır
DÖYÜŞÇÜ XƏYYAM
Xəyyam Hüseyinli 1994-cü il iyun ayının 26-da Tərtərdə anadan olub. 1 saylı tam orta məktəbdə oxuyub. Əskəri xidmətini başa vurduqdan sonra bir müddət Rusiyada yaşayıb. Lakin doğma el-obadan ayrı qala bilməyib.Yenidən boya-başa çatdığı Tərtərə qayıdıb. Qərarlaşdırıb ki, müddətdən artıq xidmətə yazılsın. General Polad Həşimovun şəhid olması xəbəri Xəyyamın bu istəyini, mənfur erməniyə qarşı nifrət hissini birə-on artırıb. Odur ki, rayon hərbi komissarlığına müraciət edərək könüllü hərbi hissəyə müddətdən artıq xidmətə yazılır. 18 iyul 2020-ci il tarixdən qeydiyyata götürülür, lakin hərbi hissəyə təyin olunması biraz ləngidilmişdi. Bəlkə də ananın yeganə övladı olduğu üçün təyinatı gecikdirilirdi.
27 sentyabr 2020-ci il. Qəddar ermənilər öz məkrli siyasətlərini yeritməyə başladılar.Ərazilərimizi iriçaplı silahlarla atəşə tutdular. Atılan top və raketlərin səsindən qulaq tutulurdu. Elə ilk anlardan dinc əhaliyə ziyanlıq vurulur, dağıntı və itkilər olurdu. Xəyyam isə hələ də hərbi hissədə deyildi. İki gün şəhərdən kənara çıxmayan sakinlərlə bərabər qalır. Könüllü olaraq yaralı və şəhid olmuş sakinlərin daşınmasına öz köməkliyini göstərir. 29 sentyabrda onu könüllü olaraq “N” saylı hərbi hissənin həmlə bölüyündə qumbaraatan komandiri təyin edirlər. Bir neçə gün təlim keçdikdən sonra oktyabrın 3-dən mənfur düşmənlə döyüşə qatılır. Talış, Suqovuşan və Ağdərə istiqamətində gedən qanlı döyüşlərin fəal iştirakçısına çevrilir. Ürəyindəki nifrətini düşmənə göstərməyin artıq vaxtı idi. Odur ki, döyüş yoldaşlarını tək qoymayaraq igidliklə vuruşurdu.
Oktyabrın 7-də Ağdərə istiqamətində aparılan döyüş zamanı snayper gülləsindən yaralanan Xəyyamı hərbi hospitala çatdırırlar. Bir neçə gün müalicə götürdükdən sonra yarası sağalmamış 12 oktyabrdan hərbi hissəyə qayıdıb, döyüşünü davam etdirir. Özü bu barədə deyir: Daha ətraflı » -
07YanHərbi vətənpərvərlik ŞƏHİD QƏNBƏR QƏNBƏRLİNİN ADINI DAŞIYAN SİNİF üçün şərhlər bağlıdır
Şəhər 6 saylı tam orta məktəbində 44 günlük Vətən Müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalan baş leytenant, Murov fatehi, Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Qənbər Qənbərlinin adına verilmiş sinfin açılışı olub.
Tədbirdə Qənbər Qənbərlinin valideynləri, şəhid ailələri, qazilər, veteranlar, müəllimlər və şagirdlər iştirak ediblər.
Məktəbin dil-ədəbiyyat müəllimi, V “b” sinfinin rəhbəri, Əməkdar müəllim Tahirə Quliyeva bildirib ki, məqsəd şəhidimizin adını əbədiləşdirmək, bugünkü şagirdlərimizə Qənbər Qənbərlinin və onun timsalında minlərlə şəhidimizin keçdiyi ömür yolunu tanıtmaq, böyüyən nəsli vətənpərvərlik Daha ətraflı » -
07YanHərbi vətənpərvərlik UNUDULMAMAQ HİSSİNİ YAŞATDILAR üçün şərhlər bağlıdır
Daim özünün xeyirxah ənənələri ilə seçilən şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagird kollektivlərinin üzvləri, valideynlər qazi və şəhid ailələrində olublar. Direktor əvəzi İntiqam Nuriyevin, müavinlərdən Ziyafət Rüstəmovanın, Tofiqə Ələkbərovanın, Ələmdar Eminovun, müəllimlərdən Ramilə Heydərovanın, Aliyə Balakişiyevanın, Ülviy-yə Məmmədovanın, Mehriban Məmmədovanın və başqalarının, həmçinin şagird və valideynlərin bu təşəbbüsdə yaxından iştirak etmələri həmrəyliyimizin daha bir nümunəsi oldu. Onlar həmin ailələrdə olaraq bu insanlara unudulmamaq hissini yaşatdılar, şagirdlərə isə unutqan olmamağı aşıladılar.
Məktəbin direkitor müavini Ziyafət Rüstəmova deyir ki, şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında mənəvi borcumuzu azacıq da olsa ödədiyimiz üçün rahatlıq tapdıq.
Şəhid ailələrinin üzvləri və qazilər isə qonaqlara öz təşəkkürlərini bildirərək söyləyiblər ki, dövlətimiz onlara hər cür maddi və mənəvi dəstək göstərir. Bununla yanaşı, şəhid analarının da, qazilərimizin də bu həmrəyliyə böyük ehtiyacı var. Çünki ən böyük dərd birlikdə çəkiləndə bir az yüngülləşir. Belə görüşlərin şagirdlərin vətənpərvərlik tərbiyəsinə də böyük təsiri var.
Bu cür tədbirlər yalnız bayramlarda deyil, ilboyu davam etdiriləcək.“Yeni Tərtər”
-
07YanKəndlərimiz UMUDLU XATİRƏLƏRİNDƏN üçün şərhlər bağlıdır
AĞAC KÖLGƏSİ
Yolçular artıq xeyli yol qət etmişdilər. El yolu nə qədər maraqlı, ətraf nə qədər mənzərəli olsa da, yorğunluq hiss edilməkdə idi. Bir tərəfdən də isti onları təntidir, aclıq hissi baş qaldırırdı. Döngəni burulanda yolun solunda, meşənin ətəyində qayalara söykənmiş üçbucaq şəkilli bir düzəngah göründü. Ortalıqda qol-budaqlı bir agac da vardı.Yaxınlaşanda gördülər ki, agacın kökgəsində qırmızı daşların arasından bir bulaq çağlayır. Deməli, bu Daşbulaq idi və Sərsəngə lap az, kəndə isə yeddi-səkkiz kilometr qalırdı. Əl-üzlərini yudular, bulağın sərin suyundan doyunca içdilər. Ağacın dibindəki daşların üstündə oturub dinclərini almağa başladılar. Düzəngahda qayanın dibinə bir köç düşmüşdü. Səyyar alaçıq qurulmuşdu. Alaçığın yanında bir qadın sac asıb yuxa bişirirdi. Qadın birdən sacın arxasından qalxdı. Sonra əlində bir ağ bükülü onlara yaxınlaşdı. Əlindəki süfrəni onların qənşərindəki yastı daşın üstünə açdı və dinməzcə də qayıdıb getdi. Yolçular isti yuxaya bükülmüş qoyun pendirini ləzzətlə yeyib qalxdılar və yollarına davam etdilər. Heç kim heç nə demədi. Sözə ehtiyac yox idi. Mənzil Umudlu kəndinə idi. Təyinat almış bu iki gənc müəllim gəlib Umudlu məktəbinə yetişdilər. Onların ömür yolları dogma məktəbin ömür yoluyla qoşalaşaraq 1991-ci ildən davam etdi. Daha ətraflı »
-
29DekHərbi vətənpərvərlik ƏBƏDİ MİNNƏTDARIQ üçün şərhlər bağlıdır
Bütün həyatını Azərbaycanın çiçəklənməsinə həsr edən Ulu Öndərin indi ruhu şaddır. Onun ən müqəddəs arzuları həyata keçib. Qarabağımız azaddır. Ölkəmizin ərazi bütövlüyü təmin edilib. Bu torpaqlarda bərpa-quruculuq işləri aparılır. Tezliklə məcburi köçkünlərin ata-baba yurdlarına qayıtması təmin ediləcək. Dünya heyranlıqla Azərbaycanda görülən işləri izləyir. Çünki atılan addımlar, xüsusilə Zəngəzur dəhlizinin açılması təkcə Azər-baycanın tranzit və logistika imkanlarını genişləndirmir, Zəngəzur dəhlizinin açılma-sı ilə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyəti daha da artacaq.
2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram”.
Zaman bu sözlərin nə qədər doğru olduğunu bir daha təsdiqlədi. Bu gün Azərbaycan Ümummilli Liderimizin layiqli siyasi davamçısı İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən parlaq dövrünü yaşayır.Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi münasibəti ilə xalqa müraciətində demişdir: “Mən bu gün eyni zamanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır”.
Ulu Öndər Azərbaycan Ordusunu yaratdı, İlham Əliyev isə bu Ordunu dünyanın ən güclüləri sırasına çıxararaq, illərlə ürəyimizdə bəslədiyimiz arzuları gerçəkləşdirdi. Vətənimizin güçünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi. Verdiyi vədə şərəflə əməl edən sevimli Prezidentimizə əbədi minnətdarıq.“Yeni Tərtər”
-
29DekHərbi vətənpərvərlik ƏMİN-AMANLIQ ŞƏRAİTİNDƏ YAŞAYIRIQ üçün şərhlər bağlıdır
2021-ci ili yola salmağa hazırlaşırıq. Hamımız əminliklə deyə bilərik ki, bu il xalqımız üçün çox uğurlu və əhəmiyyətli oldu. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə diplomatik sahədə qazandığı uğurlar Qələbəmizi daha da möhkəmləndirdi. Xüsusilə onun dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitindəki unudulmaz çıxışı, Azərbaycanın xeyrinə qəbul olunmuş Bəyannamə sevimli Prezidentimizin daha bir parlaq diplomatik qələbəsidir.
Kəndimizin sakinləri uzun illər müharibə şəraitində ermənilərlə üz-üzə yaşayırdılar. Ona görə də 30 ildən artıq bir müddətdə biz heç bir bayramı keçirə bilmirdik. Kənd daim atəşə tutulurdu. Şəhid verirdik, yaralananlar olurdu.
Vətən müharibəsində də həmkəndlilərimizdən qazilər oldu, evlərimiz dağıldı, amma qalib xalq kimi qürurumuz artdı, həyatımız başdan-başa dəyişdi.
Dağılmış evlər möhtərəm Prezidentimizin qayğı və diqqəti nəticəsində bərpa olunur, insanların həyatı öz axarına düşür.
2021-ci ildən xoş hisslərlə ayrılırıq. Əminik ki, 2022-ci il daha gözəl olacaq. İşğaldan azad edilmiş torpaqlarımızda sürətlə aparılan tikinti-quruculuq işləri, Zəngəzur dəhlizinin açılması doğma Azərbaycanımızın qüdrətini artıracaq.Fitat Əliyeva,
Qapanlı kənd tam orta
məktəbinin direktoru -
29DekHərbi vətənpərvərlik 2021-ci İL YADDAŞIMIZDA NECƏ QALDI? üçün şərhlər bağlıdır
44 günlük Vətən müharibəsində ermənilərin ən çox atəşə tutduqları rayonlardan biri bizim Tərtər idi. Təsadüfi deyil ki, buranı “ikinci Stalinqrad” adlandırırlar. İnsanlar evlərində, küçələrdə, hətta öz doğmalarını dəfn edərkən qəbristanlıqda həlak olur, yaralanırdılar. Evlər dağılır, küçələr, obyektlər, müəssisələr bərbad hala düşürdü. Lakin qəddar düşmən istəyinə nail ola bilmədi. Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın sonsuz qayğısı və diqqəti sayəsində qəhrəman tərtərlilər müharibədən sonrakı dövrdə həm əmək meydanında, həm tikinti-quruculuq işlərində daha böyük həvəslə çalışaraq, bir sıra uğurlara imza atıblar.
ƏN UNUDULMAZ HADİSƏ
Cari ilin oktyabr ayının 3-də ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Tərtər rayonuna səfəri rayon sakinləri üçün ilin ən yaddaqalan hadisəsidir.
Dövlətimizin başçısının Tərtər rayonunun Talış kəndində və Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaltması şəhid analarının yaralı ürəklərinə bir məlhəm oldu. İllərlə bu torpaqların həsrəti ilə yaşayan insanların qəlbini sevindirdi, qurub-yaratmaq, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərində yorulmadan çalışmaq əzmini artırdı.
Səfər zamanı dövlətimizin başçısı Tərtərin Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışını etdi. Doğma yurdlarından məcburi köçkün düşən insanlar 30 ildən çox bir müddətdə bura həsrətlə baxaraq, nə zaman həmin yollarla geri dönəcəkləri barədə düşünmüşlər. Prezidentimiz həmçinin Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlini qoydu. Daha ətraflı » -
29DekXəbərlər “AZƏRBAYCAN SON 18 İLDƏ” ADLI KONFRANS KEÇİRİLİB üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycan son 18 ildə” adlı konfrans keçirilib. Konfransda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə təşkilatlarının rəhbərləri, qazilər, müharibə veteranları və YAP ərazi ilk partiya təşkilatlarının sədrləri iştirak ediblər.
Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq, məruzə üçün sözü YAP Tərtər Rayon Təşkilatının sədri səlahiyyətlərini icra edən Ramiz Şabanova verib.
Ramiz Şabanov bildirib ki, Azərbaycan 2-ci dəfə müstəqillik qazandıqdan sonra biz nəinki inkişaf etmiş ölkələrə çata bilmişik, hətta bəzi göstəricilər üzrə onlardan irəlidəyik. Daha ətraflı »
Yeni ismarıclar