Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Fev
    Xəbərlər YAP rayon təşkilatında üçün şərhlər bağlıdır

                                                                               Hesabat-seçki yığıncaqları keçirilir

    Fevral ayının 15 dən başlayaraq, YAP rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Artıq Hüsənli Qazyan, Yuxarı Qapanlı, Qaynaq və digər təşkilatlarda hesabat-seçki yığıncaqlarının keçirilməsi başa çatıb. Ərazi partiya təşkilatlarının yığıncaqlarında YAP rayon təşkilatının sədri Eldar Əsədov və təşkilatın məsul işçiləri iştirak ediblər.

    Yığancaqlarda ərazi partiya təşkilatlarının sədrləri YAP-ın VII qurultayından sonrakı dövr ərzindəki fəaliyyətləri barədə hesabat veriblər. Qeyd olunub ki, onlar öz işlərini VII qurultayda qəbul olunmuş yeni Nizamnamə və Proqrama və yerli təşkilatlar haqqında əsasnamənin tələblərinə uyğun qurmağa çalışırlar.
    Ərazi partiya təşkilatları Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin təbliği, əhaliyə dolğun şəkildə çatdırılması üçün öz fəaliyyətlərinin səmərəliliyini daha da artırıblar. Partiyanın boy sırasının artırılması da diqqət mərkəzində saxlanılan məsələlərdən biridir. Partiyaya qəbul zamanı siyasi cəhətdən yetkin, mübariz, savadlı, çalışdıqları sahədə fəallıqları ilə seçilən gənclərin partiya sıralarına qəbul olmasına üstünlük verilir.
    Yığıncaqlarda üzvlük haqlarının toplanması və digər cari məsələlər barədə də çıxışlar olub.
    Həmçinin ərazi partiya təşkilatlarının yeni sədr və müavinləri seçilib.

  • 28Fev
    Digər XOCALI-30 üçün şərhlər bağlıdır

                                                                                         BİR XALQIN FƏRYADI

    Tarix düşmən qüvvələrin dinc əhaliyə kütləvi divan tutmasının çox nümunəsinə şahiddir: qırmancla, xəncərlə, qılıncla, ən uzağı güllə ilə… Məğlub edilmiş, çarəsiz insanları tabe etmək o qədər də çətin deyil, buna nə güllə lazımdır, nə də mərmi. 10 min nəfərlik bir şəhərin üstünə müasir silahların bütün növləri ilə hücum etmək, qaçıb canını qurtarmaq istəyənləri isə hər yerdə pusquya salıb gülləbaran etmək nümunəsini isə tarixə özünü zavallı kimi qələmə verib, ali bir xalq olduğunu zənn edən erməni yırtıcı toplumu “hədiyyə” etdi. Bu amansız qətliamı ağlını tamamilə itirmiş, təpədən-dırnağadək silahlanmış erməni millətçi faşistləri dünyaya qorxub-çəkinmədən nümayiş etdirdilər. Bu müdhiş “insan ovu”nu öz iyrənc və xəyanətlərlə dolu tarixlərinə “zəfər” kimi yazan təcavüzkar Ermənistan ərazisində millətçi dövlət qurduğu Azərbaycanın Xocalı şəhərini 1992-ci ilin 25–26 fevral geçəsində yer üzündən sildi, onun dinc əhalisinə qarşı tarixin ən amansız soyqırımını törətdi. O gecə və sonrakı günlərdə işgəncə ilə qətlə yetirilən yüzlərlə soydaşımızın günahsız şəhidliyinin çoxsaylı şahidləri tarixin ən dəhşətli insan qırğınından keçdilər. Onların hər dəfə söylədikləri Xocalı yaramızın qurumayan qanı timsalındadır.
    Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Daha ətraflı »

  • 28Fev
    Digər XOCALI–30 İL ƏVVƏL QANLA YAZILMIŞ TARİX üçün şərhlər bağlıdır

                                                      Bu faciə heç zaman unudulmayacaq

    30 il əvvəl fevralın 26-da dünyanın gözü qarşısında tarixdə öz amansızlığı, qəddarlığı ilə seçilən ən dəhşətli soyqırım – Xocalı faciəsi törədilib. Bu soyqırım nəticəsində şəhərin 613 sakini, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, 150 nəfərin taleyi barədə hələ də məlumat yoxdur. Öz havadarlarının köməyinə arxalanan mənfur düşmən xalqımıza bu müsibəti yaşatmaqla, azərbaycanlıların gözünü qırmaq, beləliklə də torpaqlarımızı işğal etmək məqsədini güdürdü. Lakin onlar öz niyyətlərinə çata bilmədilər. Ək-sinə, bu dəhşətli faciə düşmənə olan nifrəti daha da artırdı və bu amal uğrunda mübarizədə xalqımızı birləşdirdi. Nəticədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəmi 44 gün ərzində işğal altında olan torpaq-larımızı geri aldıq. Ədalət bərpa olundu və biz haqlı olduğumuzu bütün dünyaya sübut etdik.
    Ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması üçün kifayət qədər məqsədyönlü işlər görülməmişdi. Daim məzlum xalq rolunda çıxış edən ermənilər isə hətta burada baş verən hadisələri dünyaya erməni xalqının müsibəti kimi təqdim edirdilər. Xocalı faciəsi barədə həqiqətlərin dünya birliyinin diqqətinə çatdırılmasında, onun soyqırım kimi tanıdılmasında başlıca rol Heydər Əliyev Fonduna və şəxsən Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Fond bütün dünyada “Xocalıya ədalət” kampaniyasını keçirir və bu faciənin soyqırım kimi tanıdılmasına nail olur. Bu kampaniyanın təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Daha ətraflı »

  • 28Fev
    Xəbərlər Müzəffər Prezidentimiz və Ordumuz bizi qaranlıq gecədən işıqlı gündüzə çıxardı üçün şərhlər bağlıdır

    Zülmün topu var, gülləsi var, qalası varsa,
    Haqqın da bükülməz qolu, dönməz üzü vardır
    Göz yumma günəşdən nə qədər nuri qalarsa,
    Sönməz, əbədi hər gecə-nin gündüzü vardır!

    1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər. Dinc əhaliyə erməni silahlı dəstələri divan tutdular.
    Xocalıya 3 istiqamətdən hücum edildiyindən əliyalın əhali Əsgəran istiqamətində qaçmağa məcbur olmuşdu. Qarlı aşırımları keçə bilməyən, meşələrdə donmuş, taqətdən düşmüş insanların çoxu erməni silahlı dəstələri tərəfindən xüsusi amansızlıqla məhv edilmişdi.
    Bu qətliam Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə siyasəti idi. Daha ətraflı »

  • 28Fev
    Digər Bir məktubun izi ilə üçün şərhlər bağlıdır

                               XOCALI HADİSƏLƏRİNİN ŞAHİDİ BU GÜN QAZİ VƏ ƏSGƏR ANASIDIR

             Qaysaq bağlamayan yaralar
    Bu qadın rayonumuzda məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaşayan Leyla Qəmbərovadır. Onun haqqında məqaləni redaksiyamıza 3 saylı orta məktəbin V sinif şagirdi Hüseyn İsayev tarix müəllimi Kifayət Kərimova ilə birlikdə gətirmişdi.
    Hüseynin məktubundan öyrəndik ki, 8 yaşında ailəsi ilə birlikdə Xocalı müsibətləri ilə üzləşən Leyla xanım, baş verənləri bu gün də anbaan yaşayır.
    Məktubun izi ilə Qəmbərovlar ailəsinin qonağı olduq və onların həm keçmişi, həm də bu günü haqqında söhbətlərini dinlədik.
    Leyla xanımın dediklərindən:
    – Əvvəlcə biz Xankəndində yaşayırdıq. Ailədə 3 bacı, 1 qardaş idik. Atam bizə görə çox narahat olurdu. Çünki elə bir gün yox idi ki, ermənilər nəsə bir təxribat törətməsinlər. Nəhayət, atam bizi də götürüb Xocalıya köçmək qərarına gəldi. Xocalıda bizim kimi ailələr çox idi. Heç kimin ağlına da gəlməzdi ki, günlərin birində burada məskunlaşan dinc sakinlərin başına od ələnəcək, evləri yerlə-yeksan olacaq. Daha ətraflı »

  • 28Fev
    Kənd təsərrüfatı Kənd təsərrüfatı üçün şərhlər bağlıdır

                                                                Yaz-tarla işlərinə başlanılıb

    Artıq havada yazın ətri duyulmaqdadır. Novruzun müjdəcisi olan çərşənbələr başlayıb. Bu isə o deməkdir ki, kəndlilər yenidən tarlalara, bağlara üz tutaraq, yaz tarla işlərinə start veriblər.
    Onu da qeyd etmək istəyirəm ki, rayonumuzun torpaqları qibtəolunacaq dərəcədə bərəkətli və məhsuldardır. İqlimi əkin üçün əlverişlidir, insanları yorulmazdır. Ona görə də ildən-ilə rayonun bitkiçilik üzrə göstəriciləri ürəkaçan olur.
    Elə bu il də qabaqcıllığı əldə saxlamaq və ayrı-ayrı sahələrdə yüksək nəticələr əldə et-mək üçün işlərə başlanılmışdır.
    İlk növbədə rayon üzrə 8706 hektar sahədə əkilmiş taxıl zəmilərindəki vəziyyət barədə danışmaq istəyirəm. Əkin işləri yüksək səviyyədə və aqrotexniki qaydalar əsasında aparıldığından, taxılçılarımız yüksək bitiş alıblar. Bitiş suyunun verilməsi başa çatıb. Bəzi faraş taxıl əkini sahələrində yemləmə gübrəsinin verilməsi, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri yerinə yetirilir.
    Bağçılıqla məşğul olan təsərrüfatlarda da işlərin qızğın vaxtıdır. Daha ətraflı »

  • 28Fev
    Sosial Redaksiyamızın poçtundan üçün şərhlər bağlıdır

                                                                         “Patron” həm iş, həm də ümid yerimizdir

    Mən Xoruzlu kəndində yaşayıram. Bura bərəkətli torpaqları və zəhmətkeş insanları ilə seçilir.
    Ölkəmiz müstəqillik əldə etdikdən sonra aparılan iqtisadi islahatlar bizim kəndimizə də öz müsbət təsirini göstərib. Belə ki, indi Xoruzlu özünün günəbaxan tumları sexləri ilə nəinki rayonumuzda, respublikamızda şöhrət qazanıb. Bunlardan mən “Patron”u, yəni “Vəkiloğlu MMC”-ni xüsusi qeyd etmək istərdim. “Patron”un sayəsində biz əkdiyimiz günəbaxan məhsulunu sərfəli qiymətə sata bilirik.
    Özündə mehriban bir kollektivi, böyük işçi qüvvəsini birləşdirən “Patron”un rəhbərliyi burada çalışanlara xüsusi diqqət və qayğı göstərir.
    “Patron” haqqında çox şey yazmaq olar. Mən də öz fikrimi bir neçə şeir misrası ilə ifadə etmək istərdim.

    Bizim ümidimiz, dayağımızsan,
    Qoy həmişə üzün gülsün, ay “Patron”.
    Allah başımızdan əskik etməsin,
    Sənin ömrün uzun olsun, ay “Patron”.
    Xəstə də, kasıb da gətirir pənah,
    Desəm əl tutmursan, eylərəm günah.
    Sənə bu sərvəti bəxş edən Allah,
    Sənə min bərəkət versin, ay “Patron”.
                                                              Rəhman Mürsəlov

     

     

  • 28Fev
    Xəbərlər Gəlin ehtiyatlı olaq! üçün şərhlər bağlıdır

                                                                           Monitorinqlər aparılır

    Covid-19-un mutasiyaya uğramış “Omicron” virusunun yayılma təhlükəsinə qarşı mübarizə tədbirlərinin aparılması və karantin rejimi qaydalarına ciddi əməl olunması məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin əməkdaşları və yaradılmış Mobil Qrupun üzvləri tərəfindən şəhərimizdə növbəti monitorinq aparılmışdır.
    Monitorinq zamanı şəhər sakinləri, ticarət və ictimai iaşə obyektlərinin sahibləri ilə maarifləndirici söhbətlər aparılmış, tibbi maskadan, gigiyenik vasitələrdən istifadə etməyin və booster dozadan keçməyin vacibliyi bir daha qeyd olunmuşdur.
    Qeyd edək ki, bu cür tədbirlərin əsas məqsədi əhalinin sağlamlığı, sanitariya-gigiyena və sanitar-epidemioloji qaydalarla bağlı məsuliyyət hissinin artırılmasıdır.

  • 28Fev
    Xəbərlər XOCALI–30 üçün şərhlər bağlıdır

                                                     “Əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi

    Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərinin şa-girdləri arasında “Əsrin faciəsi” adlı inşa yazı müsabiqəsi keçirilib. Əvvəlcə azadlığımız, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, YAP rayon təşkilatının sədri Eldar Əsədov və Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Emin Quliyev cıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı törədilən amansız qətliamdan danışıblar.
    Bir akademik saat ərzində şagirdlər ürəklərindən süzülüb gələn və hər birini həyəcanlandıran cümlələri ağ kağıza köçürərək, faciə haqqında bildiklərini yazıblar.
    Qaliblər rayon təhsil şöbəsinin diplomları ilə təltif olunublar.

  • 28Fev
    Xəbərlər Şagirdlərin əl işlərinə baxış keçirilib üçün şərhlər bağlıdır

    Gənclər Mərkəzində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi şagirdlərin gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəvan Həsənov, Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov, Təhsil şöbəsinin nümayəndəsi Mahir Qurbanov və 37 məktəbin şagirdi iştirak ediblər.
    Əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Emin Pənahov çıxış edərək, Xocalı faciəsinin xalqımız tərəfindən heç zaman unudulmayacağını diqqqətə çatdırıb. Sonra Xocalı soyqırı-mı haqqında həqiqətlərin dünyaya tanıdılması ilə bağlı şagirdlərin əl işlərinə baxış keçirilib və qaliblər müəyyən edilib. Qaliblər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif ediliblər.