Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Mar
    Sosial Yeni Azərbaycan Partiyası dünənin, bugünün və sabahın partiyası olduğunu sübut edir üçün şərhlər bağlıdır

    Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında YAP ölkəmizin, xalqımızın həyatında olduqca təsirli rol oynaya biləcəyini qısa zaman kəsiyində inamla nümayiş etdirdi. Partiyanın yarandığı dövrdə hər şeydən dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz addımlar atmaq tələb olunurdu. Ulu Öndər Heydər Əliyev siyasi irsini yaşadaraq həm dövlətə, həm Yeni Azərbaycan Partiyasına rəhbərliyi dövründə milli inkişaf və maraqlarımızın qorunması istiqamətində yorulmadan fəaliyyət göstərən Prezidenti cənab İlham Əliyev ölkəmizi yeni bir keyfiyyət mərhələsinə yüksəltdi.  Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinin gücü və tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası qısa zamanda ümumxalq partiyasına çevrilmişdir. Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkəmizin daxili və xarici siyasətinin təmin edilməsində , eləcə də   ölkənin inkişaf strategiyasının qurulmasında əvəzsiz rol oynamışdır.

    2021-ci il 5 mart tarixində YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilmiş Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar və qarşıya qoyulmuş məqsədləri partiyanın yeni inkişaf modelinin  başlanğıcı hesab etmək olar. Daha ətraflı »

  • 10Mar
    Sosial Şəhid analarını təbrik ediblər üçün şərhlər bağlıdır

    8 mart  2022- ci il tarixdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bir qrup partiya fəalı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar  2016- cı ilin Aprel döyüşlərində və  44 günlük Vətən müharibəsində  şəhidlik zirvəsinə ucalan şəhidlərimizin valideyinlərini ziyarət edərək,  şəhid analarını təbrik edib, onlara  bayram hədiyyələri təqdim etmişdir. Şəhid valideyinləri ilə söhbətlər zamanı vurğulanmışdır ki,  məhz Azərbaycan analarının əsl vətənpərvər övladlar yetişdirmələri sayəsində Vətən müharibəsində qələbə əldə olunaraq torpaqlarımız yağı düşmənlərdən azad edilmişdir. Şəhid anaları göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident , Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təşəkkürlərini bildirmişlər.

  • 10Mar
    Sosial Azərbaycan cəmiyyətində qadınların rolu və nüfuzu durmadan artmaqdadır üçün şərhlər bağlıdır

    Zərif cinsin nümayəndələri güclü  iradələri ilə milli azadlıq hərəkatının ön sıralarında vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda mətinliklə mübarizə aparıblar . Bu gün Azərbaycan qadını yeni bir cəmiyyətin fəal qurucusu olaraq  hər bir sahədə- idarəetmədə qanunverici orqanlarda , xarici siyasətdə ölkəmizi ləyaqətlə təmsil edir. Bir sözlə qadınlarımızın cəmiyyətdə olduqca böyük rolu var. Bu günki cəmiyyət dünənki qadınların , anaların tərbiyəsinin məhsuludur.Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz o qədər inkişaf etmiş olar.

    Ölkəmizdə dövlət qadın siyasətinin əsas prisiplərini müəyyən edilməsini dövlət səviyyəsinə qaldırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.Bu siyasət Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz , Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir

    E. G. Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

                                                                                                                                                                             

     

  • 09Mar
    Sosial Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiqləyir üçün şərhlər bağlıdır

    2020-ci il martın 10-da altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Ali Baş Komandan altıncı çağırış Milli Məclisin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdırıb. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.

    Prezident İlham Əliyev onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşıb. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən Ali Baş Komandan vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar. Daha ətraflı »

  • 09Mar
    Xəbərlər Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının mütləq prioritetidir üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar kompleks xarakter daşıyır, ardıcıl və məqsədyönlüdür. Dövlət başçısının islahatlar kursu Azərbaycanın bugünkü inkişafını təmin, gələcək strateji hədəflərinin gerçəkləşməsini isə mümkün edən faktorlardandır.

    Ümumiyyətlə, yeni nəsil islahatlar kursunun və milli inkişafın Azərbaycan modelinin müəllifi olan Prezident İlham Əliyev dünyada innovativ baxışlara, kreativ siyasi düşüncəyə malik, modern idarəetmə sistemi yaradan lider kimi tanınır. Dövlət başçısının siyasətinin proqressiv nəticələri özünü bütün sahələrin inkişafına nail olunmasında göstərir. Sistemli və çoxşaxəli səciyyə daşıyan institusional, kadr və struktur islahatları idarəetmənin səmərəliliyi və çevikliyinin artmasını təmin etməklə yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsinə xidmət göstərir. Bu, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir tendensiyalara və siyasi trendlərə cavab verən suveren ölkə kimi irəliləməsini – milli hədəfləri reallaşdırmasını təmin edir.

    İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın formalaşması, siyasi dialoq prosesinin dərinləşdirilməsi, yeni siyasi partiyaların qeydiyyatdan keçməsi, vətəndaş cəmiyyəti təsisatının inkişafına xidmət edən addımların atılması həm Azərbaycanın mühüm prioritetləri reallaşdırmasına, həm də milli həmrəyliyin gücləndirilməsinə təkan verib. Daha ətraflı »

  • 09Mar
    Digər Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub üçün şərhlər bağlıdır

     

     

     

     

     

     

    Dünya mədəniyyəti xəzinəsinə nadir incilər bəxş etmiş xalqımızın mənəvi dəyərlərinin formalaşmasında və inkişafında qadınlarımızın böyük rolu olub. Eyni zamanda, Azərbaycan qadınları tariximizin bütün dövrlərində xalqımızın taleyüklü məsələlərinin həll edilməsinə öz sanballı töhfələrini veriblər. Onların bir çoxunun adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılıb.

    Azərbaycanda da 8 Mart – Beynəlxalq Qadınlar Günü rəsmi bayram günü kimi qeyd olunur. Hər il 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan Pespublikasının Prezidenti, cənab İlham Əliyev bütün Azərbaycan qadınlarını təbrik edərək, onların bir qrupuna fəxri adlar verir, digər bir qrupu isə orden və ya medallarla təltif edir.

    Bəşər tarixi sübut edir ki, tərəqqisində qadınların da rol oynadıqları cəmiyyətin inkişaf dərəcəsi daha sivilizasiyalı, modern, sürətli xarakterə malikdir. İradə və mərdliyi, saflığı və sədaqəti, zəka və müdrikliyi ilə seçilən Azərbaycan qadını tarix boyu cəmiyyətimizin milli-mənəvi dəyərlər sisteminin formalaşaraq inkişaf etməsində, eləcə də ümumi tərəqqisində müstəsna rol oynayıb və oynamaqdadır. Bu mənada təsadüfi deyil ki, zəngin bir keçmişə malik Azərbaycan xalqının tarixində adını qızıl hərflərlə əks etdirən qadınlarımızın sayı kifayət qədərdir. Daha ətraflı »

  • 05Mar
    Digər BAYRAMINIZ MÜBARƏK, ƏZİZ QADINLAR! üçün şərhlər bağlıdır

    8 Mart tarixinin ilk dəfə dünyanın müxtəlif ölkələrində Beynəlxalq Qadınlar Günü kimi qeyd edilməsindən 112 il ötür. Həmin gün dünyanın bir çox guşələrində qeyd edilərək, qadınlara sevgi və hörmət rəmzinə çevrilib.
    Azərbaycan o ölkələrdəndir ki, burada ana, qadın həmişə uca tutulub. Həm də ölkəmizin adı dünyada ilk dəfə qadınların səsvermə hüququnu tanımış bir dövlət kimi tarixə düşüb.
    Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev, ölkəmizdə qadın fəallığının inkişafını, cəmiyyətimizdə onların rolunun yüksəldilməsini daim diqqət mərkəzində saxlamışdır.
    1998-ci ilin iyununda qadın fəalları ilə görüşü zamanı Ulu Öndər deyirdi: “Mən bütün fəaliyyətimdə həmişə qadınlara arxalanmışam, onları özümün dayağım hesab etmişəm. Bunlar sadəcə sözlər deyildir, mən onları sınaqdan keçirmişəm. Mənim həyatımın çox ağır və çətin anları olubdur. Bütün bu mərhələlərdə qadınlar özlərini həmişə çox etibarlı göstəriblər və sınaqlardan şərəflə çıxıblar. Mən əminəm ki, Azərbaycanda hüquqi, Daha ətraflı »

  • 05Mar
    Hərbi vətənpərvərlik Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun 70 illiyi qeyd olunub üçün şərhlər bağlıdır

    Rayonumuzda Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, rayon ictimaiyyətinin nümayəndələri, Tərtər Cümə məscidinin axundu, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak ediblər.
    Əvvəlcə Milli Qəhrəmanın və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, qəhrəmanın büstü önünə tər gül dəstələri qoyulub.
    Tədbir iştirakçılarına Elman Hüseynovun həyat və döyüş yolu haqqında məlumat verilib. Qeyd olunub ki, Elman Hüseynov 28 fevral 1952-ci ildə Tərtər rayonunun Azadqaraqoyunlu kəndində anadan olub. 1968-ci ildə Azadqaraqoyunlu kənd tam orta məktəbini bitirib. Azərbaycan Dövlət Politexnik İnstitutunun məzunudur. 1973-1975-ci illərdə Gürcüstanın Axalkalaki şəhərində zabit kimi xidmət edib. 1980-1982-ci illərdə Bakı Ali Partiya Məktəbində təhsil alıb. 1982-1990-cı illərdə Tərtər rayonunda müxtəlif məsul vəzifələrdə çalışıb. Daha ətraflı »

  • 05Mar
    Xəbərlər YAP Tərtər Rayon Təşkilatında üçün şərhlər bağlıdır

                                                              Hesabat məruzələri dinlənilib

    Rayon təşkilatının Rəcəbli, Borsunlu, Aztelekom İstehsalat Birliyi , Poçtampt, “Yeni Tərtər“ qəzeti və “Kapital” Bank ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.
    Yığıncaqda öncə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənilib. Məruzə ətrafında çıxış edənlər ərazi partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətlərini qənaətbəxş qiymətləndiriblər.
    Hesabat yığıncaqlarında təşkilati məsələlərə də ba-xılıb, ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Hesabat- seçki yığıncaqlarında iştirak edən YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və rayon təşkilatının məsul şəxsləri yeni seçilən sədr və sədr müavinlərini təbrik edib, onlara işlərində uğurlar arzulayıblar.

    “Yeni Tərtər”

     

     

  • 05Mar
    Xəbərlər Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə tikilmiş bulağın açılışı olub üçün şərhlər bağlıdır

    Açılış mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Tədbirdə ilk olaraq şəhidlərin xatirəsinə ucaldılmış bulağın önünə gül dəstələri düzülüb, vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi yad edilib, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
    Sonra rayon rəhbəri çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan və tarixə 44 günlük müharibə kimi düşən Vətən müharibəsindən, Milli Ordunun qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Daha ətraflı »