Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,746
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn
    Şəhidlər Mənəvi borc üçün şərhlər bağlıdır

    Şəhid övladının toy şənliyi

    Rayonumuzun Seydimli kəndindən olan Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Raqif Aslan oğlunun övladı Məmmədov Ceyhunun toy mərasimi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar iştirak ediblər.
    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy şənliyində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
    Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
    Məmmədov Raqif Aslan oğlu 1963-cü il dekabr ayının 27-də Tərtər rayonunun Seydimli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra 1982-1984-cü illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Sürücülük ixtisasına yiyələnmiş və yaşadığı N.Nərimanov adına kolxozda sürücü işləmişdir. Qarabağ uğrunda müharibənin şiddətləndiyi bir vaxtda, 1993-cü ilin no-yabr ayının 7-də rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına səfərbər edilir. Bu hərbi hissənin tərkibində Ağdərə bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1993-cü il dekabr ayının 30-da Akop-Kamari kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur.
    Evli idi. Aygün adlı bir qızı, Ceyhun adlı bir oğlu var. Seydimli kənd qəbiristanlığında dəfn olunub.

     

     

  • 13İyn
    Qazilərimiz Rayon rəhbəri Vətən müharibəsi əlilinin övladlarının kiçik toy məclisində iştirak edib üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Evoğlu kəndində üçüncü dərəcəli Vətən müharibəsi əlili Məhəbbət Niftalıyevin övladları Ömər və Əkbərin kiçik toy mərasimi keçirilib.
    Kiçik toy mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Vətən müharibəsi qaziləri, veteranları, kənd sakinləri iştirak ediblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək qazinin övladlarına xeyir-dua verib, bildirib ki, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə onlara borcluyuq. İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük. Bu, bizim mənəvi borcumuzdur.
    Qeyd edək ki, üçüncü dərəcəli Vətən müharibəsi əlili Məhəbbət Niftalıyev Azər-baycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və Baş nazir Əli Əsədovun Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.
    Vətən müharibəsi əlili onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.

     

  • 13İyn
    Xəbərlər Növbəti iməcilik aksiyası üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməcilik aksiyası keçirilib.
    İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
    Aksiya çərçivəsində Tərtər şəhəri ərazisində olan alaq otları biçilərək təmizlənib, ağacların dibləri bellənərək yumşaldılıb, mövsümi budama işləri aparılıb, ağaclar və gül kolları suvarılıb, ərazidə olan tullantılar toplanaraq götürülüb.
    İməciliyin keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiy-yətdə ekoloji mədəniyyəti, təbiətə qayğını təbliğ etmək ənənələrinin davam etdirilməsi və ətraf mühitin qorunmasından ibarətdir.

     

  • 13İyn
    Digər Rayon xəbərləri üçün şərhlər bağlıdır

    400 NƏFƏR DAİMİ ƏSASLARLA İŞLƏYİR

    Son illər iri şəhərlərlə yanaşı kəndlərimizin də iqtisadiyyatı möhkəmlənir, yeni istehsal müəssisələri yaradılır ki, bu da öz növbəsində işsizliyin aradan qaldırılmasına kömək edir.
    “Vəkiloğlu”MMC PATRON brendi olaraq 2009-cu ildə yaradılıb. Şirkətin emal-istehsal bölməsi və baş ofisi 1,2 hektar olmaqla bizim kənddə yerləşir. 15 ildən çoxdur fəaliyyət göstərir. Patron şirkətinin 20-dən çox çeşidi var. Patron günəbaxan tumlarından başqa, fıstıq, şirniyyat, kukuruz və suxarı kimi məhsullar da istehsal edilir. Məhsulların dəniz duzu ilə duzlanması texnologiyası ilk dəfə şirkət tərəfindən həyata keçirilib. Məhsullar tam gigiyenik qaydalar çərçivəsində istehsal olunaraq, müştərilərə təklif edilir. Şirkətdə 400 nəfər işçi daimi əsaslarla işləyir.
    Kəndimizdə belə müəssisənin fəaliyyət göstərməsi təkcə bizim kənd sakinləri tərəfindən deyil, bütün tərtərlilər tərəfindən razılıqla qarşılanır.
    Tərtərlilər ölkə Prezidenti cənab İlham Əliyevin qayğısını daim hiss edir və buna görə öz təşəkkürlərini bildirirlər.

    Elçin QASIMOV,
    Tərtər rayonunun Xoruzlu kəndinin sakini

     

     

  • 13İyn
    Xəbərlər SUBARTEZİAN QUYULARI SAKİNLƏRİN İSTİFADƏSİNƏ VERİLDİ üçün şərhlər bağlıdır

    İsti yay günlərində kəndimizdəki subartezian quyularından biri işləmirdi. Rayon rəhbəri əhali ilə görüş keçirərkən, bu məsələni onun diqqətinə çatdırdıq.
    Səyyar-qəbul görüşdə əlaqədar təşkilatın rəhbərinə tapşırıq verildi və problem ləngimədən həllini tapdı. Belə ki, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən subartezian quyusunun nasos aqreqatı təmir olunaraq sakinlərin istifadəsinə verildi.
    Bundan başqa, kəndimizdəki köhnə subartezian quyularından birinin bərpa edilməsi böyük razılıq hissi ilə qarşılanıb.
    Suvarmada yaranan problemlərin vaxtında aradan qaldırılması bol kənd təsərrüfatı məhsulları istehsal etməyimizə kömək olur.

    Müşfiq ƏLİYEV,
    Hüsənli kəndinin sakini

  • 13İyn
    Xəbərlər SU İTKİSİNİN QARŞISI ALINDI üçün şərhlər bağlıdır

    Kənddə yaşayanların qayğıları heç zaman bitmir. Bunlardan ən başlıcası suvarma ilə bağlıdır. Kəndlinin suyu varsa, üzü güləcək, məhsulu bol olacaq.
    Bu məqsədlə son vaxtlar rayonumuzda sudan səmərəli və qənaətlə istifadə edilməsinə böyük diqqət göstərilir. Elə bizim kəndə gələn suvarma arxının təmizlənməsi də buna misaldır. Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin maşın-mexanizmləri tərəfindən arx lildən təmizləndikdən sonra suyumuz xeyli artıb. Bundan sonra şəhid atası Bəhruz Qasımovun rayon rəhbərinə müraciəti əsasında suvarma arxı təmizlənən zaman ətrafa tökülmüş lil qatı da ərazidən götürülüb.
    Hal-hazırda tarlalarda işin qızğın çağıdır. Belə vaxtlarda həyatımızda bir problem yarananda, uzağa gedib vaxt itirmək lazım deyil.
    Ölkə başçısı, möhtərəm Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında rayon rəhbəri ayrı-ayrı idarə və müəssisə rəhbərləri ilə birlikdə vaxtaşırı yerlərdə olur, qayğılarımızla maraqlanır, operativ həll edirlər. Belə münasibət insanlarda rahatlıq hissi yaradır.

    Rahil TAPDIQOV,
    Kəngərli kəndinin sakini

  • 13İyn
    Digər EVLƏRİMİZ HƏR ZAMAN İŞIQLIDIR üçün şərhlər bağlıdır

    Yaşadığımız küçənin elektrik xətti köhnə olduğundan, küləkli, yağışlı havada bu sahədə narahatçılıq yaranırdı.
    Bu yaxınlarda rayon rəhbərinin tapşırığı əsasında əlaqədar təşkilat qısa müddətdə problemi həll etdi. Belə ki Tərtər rayon Elektrik Şəbəkəsi tərəfindən 1 ədəd 0.4 kv-luq SİP kabel çəkilərək, köhnəlmiş elektrik dirəyi və yararsız kabellər yenisi ilə əvəz olundu.
    İndi havanın necə keçməsindən asılı olmayaraq, evlərimiz daim işıqlıdır. Həmçinin hər hansı bir təhlükənin olması da aradan qaldırılıb. Göstərilən qayğıya görə rayon rəhbərinə və elektrik şəbəkəsinin işçilərinə təşəkkürümüzü bildirirk.

    Halay NƏCƏFOV,
    şəhid atası, Buruc kəndi

  • 13İyn
    Digər Bizə yazırlar üçün şərhlər bağlıdır

    Qəhrəmanın adına layiq küçə

    Yaşadığımız küçə 44 günlük Vətən müharibəsi şəhidi, “Azərbaycan bayrağı” ordenli Aslan Hüseynovun adını daşıyır. Eləcə də təhsil aldığım şəhər 1 saylı tam orta məktəbində sinfimizə bu igid döyüşçünün adı verilib.
    Biz Aslan Hüseynovun həyatı ilə yaxından tanışıq, dəfələrlə sinif rəhbərimiz və yoldaşlarımla birlikdə onun ailəsində olub, valideynlərilə söhbət etmişik.
    Bu yaxınlarda küçəmizdə abadlıq işlərinə başlanılanda, bütün sakinlər sevindilər. Artıq bu küçə şəhidimizin adına layiq abad, səliqəli olacaq.
    Bu işdə çalışanlar xüsusi diqqətlə işləyir və hər şeyin qaydasında olmasına səy göstərirlər.
    Küçəmizin sakinləri, ailəmiz, Aslan Hüseynovun adını daşıyan VII sinfin şagirdləri adından rayon rəhbərinə bu xeyirxah işin həyata keçirilməsinə görə təşəkkürümüzü bildiririk. Qəhrəmanlarımızın xatirəsini yaşadanların hər birinə minnətdarıq.

    Bilal ƏLİZADƏ,
    Tərtər şəhər sakini

  • 13İyn
    Kənd Təsərufatı 2025-ci ilin yanvar-mart aylarında Tərtər rayonunda nəqliyyat sektorunun inkişafı üçün şərhlər bağlıdır

    2025-ci ilin yanvar-mart aylarında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 473,5 min manat olmuşdur. 2024-cü ilin müvafiq dövrünə nisbətən nəqliyyat xidmətinin həcmi real ifadədə 6,7 faiz azalmışdır. Nəqliyyat sektorunda göstərilmiş xidmətlərin 440,3 min manatı və ya 93,0 faizi fiziki şəxslər tərəfindən yük və sərnişin daşınmasında göstərilmiş xidmətlərdir.
    2024-cü ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı ilə 123,0 min ton yük, 2054,0 min sərnişin daşınmışdır. Daşınan yüklərin və sərnişinlərin hamısı avtomobil nəqliyyatı ilə daşınmışdır.

  • 13İyn
    Kənd Təsərufatı 2024-cü ildə Tərtər rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı üçün şərhlər bağlıdır

    2024-cü ildə 286 milyon 912,0 min manat həcmində və ya 2023-ci ilə nisbətən 7,1 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul buraxılışının həcmində istehsal sahələrinin xüsusi çəkisi 74,8 faizə, xidmət sahələrinin xüsusi çəkisi 25,2 faizə bərabər olmuşdur.
    2024-cü ildə istehsal edilmiş ümumi məhsul və göstərilmiş xidmətlərin həcmi sənaye sahəsində 32355,2 min manat (11,3 faiz), kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 112331,1 min manat (39,2 faiz), tikinti sahəsində 70050,9 min manat (24,4 faiz), nəqliyyat və anbar təsərrüfatı sahəsində 2327,5 min manat (0,8 faiz), informasiya və rabitə sahəsində 618,9 min manat (0,2 faiz), ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində 69228,4 min manat (24,1 faiz) təşkil etmişdir.
    Ümumi məhsul buraxılışı nəqliyyat və anbar təsərrüfatı sahəsində 10,5 faiz artmış, tikinti sahəsində 9,8 faiz, ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində 1,8 faiz, sənayedə 17,0 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində 6,1 faiz, informasiya və rabitə sahəsində 29,9 faiz azalmışdır.

    Tərtər Rayon Statistika İdarəsi