Tarix sübut edir ki, hər bir dövlətin dünya miqyasında nüfuzunun formalaşmasında, dünyəvi psoseslərdəki iştirak səviyyəsində lider amili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan müstəqil Azərbaycan Respublikasının inkişaf yolundakı geridə qalan 30 illik müddətdə siyasi liderin dövlətin həyatında vacib rol oynadığı görünür. Dövlət müstəqilliyimizin bərpasının ilk illərindən qarşımıza çıxan problemlərin yaranmasının obyektiv səbəblərindən biri, mən deyərdim birincisi, ölkəmizə rəhbərlik edən şəxslərin lider funksiyasını yerinə yetirə bilməməsi olmuşdur.
1993- cü ilin ortalarından başlanan yeni siyasi kurs, Azərbaycana Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməyə başlaması, onun dövlətin və xalqın taleyində lider amilini göstərən tarixi bir gerçəklik oldu.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqi davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının son 19 ildə ölkəmiz üçün gördüyü işlər, müasir Azərbaycanı qüdrətli dövlətə çevirdi . Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövləti dünyada baş verən enerji təhlükəsizliyinə böyük töhvələr verən, dünyanın aparıcı dövlətləri tərəfindən siyasi tərəfdaş kimi qəbul edilən dövlət kimi tarixə düşüb. 30 illik əsarətdə qalan müqəddəs torpaqlarımızı 44 günlük Vətən müharibəsində öz gücü hesabına layiqli Zəfər çalaraq geri qaytaran Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti Azərbaycanın regionda və dünyada söz sahibi olmasını sübut etdi. Daha ətraflı »
Yeni ismarıclar