Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmodovun növbəti səyyar qəbul-görüş rayonun Cəmilli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Qəbuldan əvvəl tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən kəndin Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzərək, onları ehtiramla yad ediblər.
Kənd sakinlərini salamlayan icra başçısı bildirib ki, “Covid-19” pandemiyası ilə bağlı yerlərdə səyyar-qəbulların keçirilməsi də təxirə salınmışdı. 2022-ci ilin mart ayından artıq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkənin bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da icra başçısının yerlərdə səyyar qəbul-görüşləri mütəmadi şəkildə həyata keçirilir, vətəndaşların müraciətləri yerində dinlənilir və həll olur. Daha ətraflı »



Tədbir iştirakçıları əvvəlcə Mərkəzi meydanda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri düzərək, Onun əziz xatirəsini yad ediblər.
Bu gün Tibb işçilərinin peşə bayramı günündə Tərtər rayon Mərkəzi Xəstəxanasının həyətində Şəhidlərin xatirəsinə tikilmiş bulaq istifadəyə verilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci ilin iyun ayında Azərbaycana səfəri və Şuşanı ziyarət etməsi çox mühüm tarixi hadisə ilə yadda qaldı. Belə ki, iyunun 15-də burada iki ölkə arasında Şuşa Bəyannaməsi imzalandı. Bəyannamədə bir sıra qarşılıqlı məsələlər, gələcək əməkdaşlığın yol xəritəsi əks olunub. Xüsusilə sənəddə yer alan iki məsələ diqqət çəkir. Bunlardan birincisi odur ki, hər iki ölkə bir-birlərinin təhlükəsizliyinin təminatı üçün BMT Nizamnaməsinə uyğun qarşılıqlı öhdəlik götürdülər. İkincisi isə Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması istiqamətində birgə iş birliyi oldu.
XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə rayonun Kəngərli kəndində şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb. Görüş Vətən müharibəsi şəhidi, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Səbuhi Məmmədovun ailəsində baş tutub. Görüşdə Kəngərli kəndindən olan 5 şəhid ailəsi iştirak edib. “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş İntiqam Mənsimlinin atası Rövşən Mənsimov, saglığında “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Qənbər Qənbərlinin atası Bəhruz Qənbərov, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş Elmin Quluzadənin atası Şəmsi Quluzadə, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş Elşad Abbaszadənin atası Raquf Abbasov iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədovun rayonun Kəngərli kəndində səyyar-qəbul görüşü keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Milli Məclisin deputatı Sahib Alıyev Kəngərli kənd tam orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Yeni ismarıclar