Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10İyn

    İgid oğulların ömür yolu gənclərə örnəkdir

    Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevlə birlikdə rayonun Kəngərli kəndində şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb. Görüş Vətən müharibəsi şəhidi, “Suqovuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunmuş Səbuhi Məmmədovun ailəsində baş tutub. Görüşdə Kəngərli kəndindən olan 5 şəhid ailəsi iştirak edib. “Suqovuşanın azad olunması” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmiş İntiqam Mənsimlinin atası Rövşən Mənsimov, saglığında “Azərbaycan Ordusunun 100 illiyi” medalı ilə təltif olunmuş qəhrəman baş leytenantımız, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalları ilə təltif olunmuş Qənbər Qənbərlinin atası Bəhruz Qənbərov, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuş Elmin Quluzadənin atası Şəmsi Quluzadə, “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş Elşad Abbaszadənin atası Raquf Abbasov iştirak ediblər.
    Rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.Qarabağı görməyən gənclərin qəhrəmanlığı, peşəkar döyüşçü olmaları sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımız işğaldan azad olu-nub. İcra başçısı belə igid oğullar böyütdükləri üçün şəhid valideynləri qarşısında baş əydiyini bildirib. Qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan nəhəng quruculuq işlərindən söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşırlar.
    Milli Məclisin deputatı Sahib Alıyev cəbhə bölgəsində yaşayan tərtərlilərin hər zaman dövlətçiliyə sədaqətli olduqlarını, müharibə dövründə arxa cəbhədə olan sakinlərin ordu ilə birlik nümayiş etdirdiklərini, qələbəmizə bu yolla töhfələr verdiklrəini bildirib. Şəhid valideynlərinin hər birini ayrı-ayrılıqda dinləyib.
    Şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 10:33

İsmarıclar bağlıdır.