Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08İyn
    Xəbərlər Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır üçün şərhlər bağlıdır

    Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov vətəndaşları qəbul edib. Qəbulda 32 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədən kənar qəbul edilərək, problemləri həll olunub.

    Qəbula gələn vətəndaşlardan Səkinə İbrahimova, Əli Əsədov, İsmayıl Behbudov, Ramiz Həsənov, Əzizə Cəfərova, Solmaz Məmmədova, Nazim İsmayılov Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, şirkət tərəfindən təmir-bərpa işlərinin düzgün aparılmaması, Qazyan kənd sakini Müzəffər Ələkbərov, fermer Adil Paşayev yeni subartezian quyusunun qazılması, Xəyal Əhmədov, Rizvan Abbasov, Raqif Kərimov işlə, Lətafət Fərzəliyev icarəsinə torpaq verilməsi və digər problemlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara izahatlar verilib.

    Qəbulda müraciət edən vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 06İyn
    Xəbərlər Azərbaycan enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaşdır üçün şərhlər bağlıdır

    Müstəqillik illərində əldə etdiyimiz nailiyyətlər ölkəmizin enerjiyə olan tələbatını ödəməklə yanaşı, Azərbaycanın Avropanın enerji təminatında rolunu daha da artırıb. Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin açılışı bunun parlaq nümunəsidir.

    Sərginin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev bildirib ki, ötən əsrin sonunda mühüm hadisə baş verdi.Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində biz ixraca başlaya bildik və bir çox ölkələrin təlabatlarını təmin etdik. Eyni zamanda biz tərəfdaşlarımızla birgə qaz yataqlarının, xüsusən də dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladıq.

    2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verildiyini diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bununla da Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Daha ətraflı »

  • 04İyn
    Digər Təbii sərvətlərimizlə bağlı fəaliyyətimiz genişləndirilir üçün şərhlər bağlıdır

    Paytaxtımızda Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz  Sərgisinin  rəsmi açılış  mərasimi  olub. Açılış mərasimində Prezident  İlham Əliyev çıxış edib.

    Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır. Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.

    Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə  Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan və Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı. Daha ətraflı »

  • 03İyn
    Digər Azərbaycan strateji tərəfdaş olaraq  etibarlı dövlətdir üçün şərhlər bağlıdır

    Ölkəmizin  milli maraqlarına əsaslanaraq  praqmatik daxili və xarici siyasət yürüdən  Möhtərəm Prezidentimizin sayəsində  beynəlxalq mövqeyimiz  günü-gündən  möhkəmlənir.

    Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri müvəffəqiyyətlə inkişaf edir, ənənəvi tərəfdaşlarla münasibətləri möhkəmlənir, ölkəmiz mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. İyunun 1- də keçirilmiş Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  dediyi kimi  həyata keçirdiyimiz layihələr içərisində  ölçüsünə görə  özünəməxsus yer tutan  nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilat  artmaqda davam edir ki, bu da  qısa zaman kəsiyində Azərbaycan müasir  infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir.

    Dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan, Cənubi Qafqaz regionunun lider ölkəsi olan  beynəlxalq təşkilatlar içərisində faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir. Respublikamızın xarici siyasətinin səciyyəvi xüsusiyyətlərindən biri bu strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmasıdır. Yəni Azərbaycan tam müstəqil siyasət həyata keçirir, buna görə də ölkəmizə rəğbət daim artır, yüksək hörmət və etimad göstərilir. Daha ətraflı »

  • 02İyn
    Digər Türkiyə- Azərbaycan dostluğu sarsılmazdır, əbədidir üçün şərhlər bağlıdır

    Dostluq,  səmimi münasibətlər yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni dilə, dinə, mədəniyyətə və bir çox qarşılıqlı bağlara malik olması hər iki ölkəni  bir-birinə doğma edib. Xalqlarımızın gələcək xoşbəxt həyatına  xidmət edən Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmaz olacaqdır. Tarixi ənənələrə söykənən  Türkiyə ilə Azərbaycan qardaşlıq münasibətləri hazırda hər iki dövlət başçısı tərəfindən  davam etdirilməkdədir.

    Tarixə nəzər saldıqda görürük ki, Türkiyə və Azərbaycan dövlətləri  ən çətin zamanlarda  bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. Təsadüfi deyil ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Ulu Öndər Heydər Əliyev isə “Bir millət, iki dövlət Azərbaycan-Türkiyə” kəlamını hər iki ölkənin gələcək nəsillərinə əbədi olaraq bir mesaj vermişdir. Daha ətraflı »

  • 02İyn
    Xəbərlər Tərtərdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə sünnət xeyriyyə aksiyası keçirilib üçün şərhlər bağlıdır

    1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin və Tərtər Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsinin birgə təşkilatçılığı ilə Şəhid və qazi övladları, aztəminatlı ailələrin uşaqları üçün sünnət xeyriyyə aksiyası keçirilib.

    Tərtər Rayon Mərkəzi Xəstəxanasında keçirilən aksiyada 4 nəfər Şəhid, 5 nəfər qazi və 26 nəfər aztəminatlı ailədən olan uşaqlar sünnət olunublar. Uşaqlar tam sağalana qədər həkimlər tərəfindən nəzarətdə saxlanılacaq.

    Qeyd edək ki, sünnət aksiyasına 2 nəfər cərrah və tibb bacıları cəlb edilib.

    Aksiya ilə əlaqədar Mərkəzi Xəstəxanada olan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rayon prokuroru Əli Qurbanov 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə onları təbrik edib, xeyir-dua veriblər.

    Aksiyada iştirak edən şəhid ailələrinin üzvləri, qazilər, valdeyinlər onların övladlarına göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

     

  • 02İyn
    Xəbərlər Tərtərdə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü” münasibəti ilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Tərtər rayon İcra Hakimiyyətinin, rayon Mədəniyyət Mərkəzinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində tədbir keçirilib.

    Tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon Təşkilatının sədri, rayon Ağsaqqallar Şurasının sədri, Şəhidlərin ailə üzvləri, qazilər Daha ətraflı »

  • 01İyn
    Xəbərlər Azərbaycan–Türkiyə birliyinin təntənəsi üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyevin cari ilin 28 may tarixində Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında çıxış edib. Festivaldakı çıxışında cənab Prezident deyib ki,  yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi və 30 ildir Azərbaycan xalqı azad yaşayır.

    30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir.

    Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır.

    Prezident İlham Əliyev bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Daha ətraflı »

  • 31May
    Digər Qüdrətli Azərbaycan dövləti  dağıdılmış ərazilərə həyat verir üçün şərhlər bağlıdır

    Möhtərəm Prezidentimiz  İlham Əliyev cənabları 44 günlük Vətən müharibəsindəki Qələbədən  sonra  mütəmadi olaraq  işğaldan azad olunan  bölgələrə  səfərləri zamanı barbarlar tərəfindən vəhşicəsinə dağıdılan ərazilərimizdə aparılan və gələcəkdə aparılacaq  tikinti, abadlıq-quruculuq işlərinin gedişi ilə maraqlanır, müvafiq tapşırıq və tövsiyyələrini verir. Bu, dövlətimizin başçısının İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizdən ötən müddət ərzində erməni faşizminin yerlə – yeksan etdiyi yaşayış sahələrimizin bərpasına diqqətlə  yanaşdığını göstərir.

    Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri getdikcə geniş vüsət almaqdadır. Gələcəkdə orada yaşayacaq soydaşlarımızın normal həyat şəraitini təmin etmək üçün infrastruktur obyektlərin inşası, tarixi-mədəni abidələrin bərpası, minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi bu torpaqlarda yaşayış məhəllələrinin, inzibati binaların tikilməsinə əlverişli imkan yaradır. Müzəffər Ali Baş Komandan  İlham Əliyev cənablarının  və birinci xanım Mehriban Əliyevanın  cari ayın 26-da Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfərləri də bərpa-quruculuq prosesinin davamlı xarakter almasından, gündən-günə daha geniş ərazini əhatə etməsindən xəbər verir.

    Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda  aparılan bərpa-quruculuq prosesi çərçivəsində  görülən işlər xüsusi  diqqət çəkir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mayın 26-da bu rayona səfərləri zamanı Zəngilan Beynəlxalq Hava Limanında, Zəngilan məscidində tikinti işlərinin gedişi ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasiminin reallaşdırılması bunun parlaq ifadəsidir.

    Dövlət başçımızın  diqqət və qayğısı nəticəsində yaşayış üçün tam hazır olan Zəngilan rayonunun Ağalı kəndində ictimaiyyətin nümayəndələri ilə görüşdə çıxış edərkən bildirdi ki, “Zəngilana və başqa bu kimi yerlərə, İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək”.

    Möhtərəm Prezidentimiz əhali ilə görüşündə demişdir ki, “Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır.”

    Aparılan tikinti , quruculuq abadlıq işlərinin  iş tempini nəzərə alaraq dyə bilərəm ki, qısa zaman kəsiyində məcburi köçkün soydaşlarımız Möhtərəm Prezidentimizin diqqət və qayğısı nətiicəsində tezliklə dədə-baba yurdlarına qovuşacaqlar.

     

    Eldar Əsədov,

    YAP Tərtər rayon təşkilatının sədri

  • 31May
    Digər Təbrik edirik! üçün şərhlər bağlıdır

    ARZULARIN ÇİN OLSUN, ƏZİZ HƏMKARIMIZ!

    Bu gün Svetlana Əzizovanı rayonumuzda tanımayan yoxdur. Vaxtilə tədbirlərdə “Ana” şeirinin ifası ilə tamaşaçıları duyğulandıran, hətta ağladan bu balaca qızcığaz indi özü də anadır – 4 övlad anası və gözəl nənədir – 4 nəvənin nənəsi.
    Qayğıları isə yalnız bunlarla bitmir. Həmkarımız, keçmiş iş yoldaşımız Svetlana Əzizova Tərtər Rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri kimi ona müraciət edən hər bir vətəndaşın probleminin həll edilməsi, onlara kömək göstərilməsi üçün əlindən gələni əsirgəmir.
    Təbiətinə görə həssas və qayğıkeş, məsuliyyətli olan Svetlana xanıma rayon sakinləri ümidlə müraciət edirlər.
    Svetlana Əzizova gözlərimiz önündə böyüyən, həyatda hər bir uğura öz zəhməti ilə nail olan, pillə-pillə ucalan bir insandır. Hansı sahədə çalışmasından asılı olmayaraq, yüksək fəallıq, təşkilatçılıq qabiliyyəti, işinə prinsipial münasibət onu fərqləndirən cəhətlərdir.
    Svetlana xanım həm də bir neçə kitabın müəllifidir. Bunların arasında ən dəyərlisi “Heydər Əliyev tərtərlilərin yaddaşında” kitabıdır. Bu kitab jurnalist araşdırmasının məhsulu olaraq Ulu Öndər Heydər Əliyevin həyatının doğma Tərtərimizlə bağlı unudulmaz məqamlarını əks etdirən qiymətli əsərdir.
    Kollektivimiz adından Svetlana Əzizovanı 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, bitib-tükənməyən enerji, nəvələrinin daha da çox olmasını, həyat yoldaşı ilə birlikdə oğul, nəvə-nəticə toyu görməyi arzulayırıq!

    “Yeni Tərtər”in kollektivi