Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,748
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyl
    Xəbərlər Məmnunluq üçün şərhlər bağlıdır

    Qonaqların yanında üzümüz ağdır

    Xeyli vaxtdır ki, küçəmizdə əsaslı təmir işlərinə başlanılıb. Belə ki, burada istinad divarları hörülüb, hündürləşdirilir, qəzalı vəziyyətdə olan divarlar sökülüb yenisi ilə əvəz olunur, aqlay və bəzək daşları ilə üzlənir.Bununla yanaşı kommunikasiya, işıq, telefon xətləri səliqəyə salınır, ağaclar budanır, təmizlik işləri aparılır.
    Görülən işlər sakinləri çox sevindirir. Cünki hər kəsin arzusu gözəl, təmiz və abad küçədə yaşamaqdır.
    Ümumiyyətlə, son illərdə şəhərimizin bir çox küçələri abadlaşıb, bəzilərində asfaltlanma işləri aparılıb, müxtəlif dekorativ və gül kolları əkilib.
    Hazırda isə bizim küçə ilə yanaşı Nəsimi küçəsində də təmir işləri görülür.
    Biz tərtərlilər öz şəhərimizi çox sevirik. Gələn qonaqların yanında da daim üzümüz ağ olur. Qəhrəman Tərtərin görkəmi də adına yaraşır.

    Elçin Məhərrəmov,
    Vasif Hüseynov küçəsinin sakini

  • 29İyl
    Digər Mən belə düşünürəm üçün şərhlər bağlıdır

    “Bəlkə də gözəl olardı”

    Səhər tezdən bu xəbəri oxumasaydım, “bəlkə də gözəl olardı” Orta məktəbi yenicə bitirmiş Laçın adlı bir qız yenicə qədəm qoymaq istədiyi gəncliyin asta-nasında intihar edib. Səbəb qəbul imtahanlarında az bal toplaması, valideynlərinin onun üstünə gəlməsi, təpkisi. Məktubunda atam işə gedəndə “mənə işdən gələnə qədər get özünü as, öldür”, – dedi yazıb. O da ailəsinə son məktubunu yazıb və intihar edib. Laçının məktubundan onun heç də savadsız olmadığı aydın görünür, Laçının yazdığı məktub övladlarına təpki göstərən bütün valideynlərə bir dərsdir. Qızcığaz bəlkə həyəcanlı olub, bəlkə… aşağı bal toplayıb. Bunun üçün övladın öz canına qıymasına təpki göstərməkmi lazımdır?
    Son vaxtlar artan intihar hadisələri valideynlər üçün bir həyəcan təbili deyilmi? Toy günü özünü asan gənc qız. Araşdırma zamanı məlum olub ki, qız nişanlısının onunla kobud rəftar etdiyini deyib, anası “artıq sənin toyundur, ayıbdır” – deyib, övladının arxasında durmadığı üçün o da çıxış yolunu intiharda görüb.
    Laçının məktubu məni o qədər kövrəltdi ki, söz tapa bilmirəm. Nə vaxta qədər laçınlarımız bizim təkəbbürümüzün, anlaqsızlığımızın qurbanı olacaq? Daha ətraflı »

  • 29İyl
    Xəbərlər, Milli-mənəvi dəyərlər Oxucu sevgisi üçün şərhlər bağlıdır

    Zəhmətimizə verilən dəyər

    Rəmziyyə Məmmədova rayo-numuzun ziyalı qadınlarından biridir. Uzun müddət Tərtərdə müxtəlif vəzifələrdə çalışıb, indi isə təqaüddədir. Həyat təcrübəsini nəvələrinə həvəslə öyrədir. Bunlardan biri də uşaqlara oxu mədəniyyətinin aşılanmasıdır.
    Özü də jurnalist ailəsində böyüyən Rəmziyyə xanım mətbuata böyük həvəs göstərir, uzun illərdir ki, bizim rayon qəzetinin oxucusudur. Onun qəzetimizə olan sevgisi nəvələrinə də keçib.
    Şəhər 1 saylı məktəbin şagirdi, dərs əlaçısı, nənəsinin adını daşıyan Rəmziyyə deyir ki, bizim evdə hamımız rayon qəzetini izləyirik. Təhsildə, idmanda qazandığımız uğurlar haqqında “Yeni Tərtər”də yazılar dərc olunanda, çox sevinirik.
    22 iyul – Milli Mətbuat Günündə nənə və nəvə redaksiyamızda olub, kollektivimizi peşə bayramı münasibəti ilə təbrik ediblər. Zəhmətimizə verilən bu dəyərə görə oxucularımıza öz təşəkkürümüzü bildiririk.

    “Yeni Tərtər”

  • 29İyl
    Digər İnternet: fayda, yaxud ziyan? üçün şərhlər bağlıdır

    İnternet – günümüzün ən populyar və hətta aktual nəsnəsi. Həyatımızın içərilərinə qədər sızmış və ya özümüzün izn verdiyimiz müasir texnologiyanın məhsulu. Etiraf edək ki, çox az zamanda sürətlə bütün dünyanı əhatə edən bu müasir yenilik özü ilə maraqlı faktları da gətirir. İndi nəsillərin dünyagörüş və davranış savaşı sanki beyinlərdə deyil, internetdə gedir. Kim ondan necə istifadə edirsə, internet onun üçün eyni qüvvəyə – mənfi və ya müsbət gücə çevrilir.
    İnternet – bu qlobal, geniş “tora” bir birilə optik, elektron, vayfay və digər vasitələr ilə qlobal və ya lokal şəkildə bağlanmış şəxsi, biznes, hökumət, təhsil və s. şəbəkələr daxildir. Bildiyimiz kimi, internet bəzilərimizin, xüsusən də gənclərin həyatının ayrılmaz bir parçasına dönüb. Ətrafa nəzər salsaq azyaşlı uşaqlar belə telefon, kompüter və s. baxımlısı olduğuna şahid olarıq. Heç şübhəsiz ki, internetin bizə faydası zərərindən daha çoxdur. Ancaq, bu o demək deyildir ki, internetin bizə ziyanı da azdır. Əgər biz internetdən düzgün istifadə etməyi bacarsaq, günümüzü çox məhsuldar edə bilərik. Lakin adətən insanlar internetdən pis yönümlü, neqativ məlumatlarla, nifrət və xaos effekti verən informasiyalarla əhatə olunmuş şəkildə istifadə edirlər. Əlbəttə, artıq internet çağdaş dünyada həyatımızın bir parçasına çevrilib. Çünki yüksək texnologiyaların inkişaf tendensiyası o qədər sürətlə gedir ki, internetin həyatımızın önəmli hissəsinə çevrilməsi günbəgün daha da asanlaşır. İnternet insan həyatında çox böyük təsirə malikdir. Həyatımızın bir parçasına çevrilən internetin faydalı və ziyanlı tərəflərinə nəzər salaq: Daha ətraflı »

  • 27İyl
    Xəbərlər İdarəetmədə çox ciddi islahatlar və çox böyük təmizləmə işləri aparılır üçün şərhlər bağlıdır

    Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Dövlət başçısı görüşdə çıxış edib.

    Prezident İlham Əliyev qeyd edib ki, son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.

    Bu, rayonların sosial-iqtisadi inkişafına böyük töhfələr verdi. Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi.

    İnfrastruktur layihələr davamlı icra olunur. Prezident İlham Əliyev deyib ki, Lerik rayonu sovet vaxtında qazlaşdırılmamışdı. İmkan daxilində bütün işləri görməklə insanların rifah halı yaxşılaşdırılıb.

    Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.

    Bildirilib ki, Azərbaycan müstəqilliyə qovuşanda əhalimiz 7 milyondan bir qədər çox idisə, bu gün 10 milyondan çoxdur. Bu, təbii olaraq tələb edir ki, iş yerlərinin açılması prosesi daimi xarakter alsın. Eyni zamanda, ödənişli sosial işlərin yaradılması da geniş vüsət almışdır.

    Bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Daha ətraflı »

  • 27İyl
    Digər Azərbaycan dilinin dövlət dili olması Ulu Öndərin adı ilə bağlıdır üçün şərhlər bağlıdır

    Hər bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından alnıaçıq, üzüağ çıxaraq müasir dövrə gəlib çatmış ən böyük mənəvi sərvətimizdir. Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

    Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, qorunması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

    Sovet hakimiyyəti dövründə  əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim dil deyildi. Ana dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü. Daha ətraflı »

  • 26İyl
    Hərbi vətənpərvərlik Tərtər gəncləri şəhidmizi doğum günündə yad ediblər üçün şərhlər bağlıdır

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin üzvləri İkinci Qarabağ müharibəsi şəhidi, Tərtər rayon Köçərli kənd sakini Abbaslı Elnur Yaşar oğlunun məzarını ziyarət edib, məzarın üzərinə gül dəstələri qoyub.

    Abbaslı Elnur 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

    O, 2020-ci il oktyabrın 8-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub və anadan olduğu Köçərli kəndində dəfn olunub.

    Allahdan şəhidimizə rəhmət, ailəsinə səbr diləyirik.

  • 23İyl
    Milli-mənəvi dəyərlər Tərtərdə Milli Mətbuatın 147-ci ildönümü qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 22 iyul Milli Mətbuat gününün 147-ci ildönümü və jurnalistika günü münasibətilə “Yeni Tərtər” rayon qəzetinin kollektivini və bölgədə fəaliyyət göstərən mətbuat işçilərini qəbul edib. Tədbirdə “Azərbaycan” qəzetinin bölgə müxbiri Lazım Quliyev, Bizim.mediyyanın bölgə müxbiri Elgün Gəncimsoy və digərləri iştirak ediblər.

    İcra başçısı mətbuat işçilərini təbrik edərək, onlara şərəfli və məsuliyyətli işlərində müvəffəqiyyətlər arzulayıb. Qeyd olunub ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində özünü göstərib.

    Azərbaycanda söz, fikir, mətbuat azadlığının formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider KİV-nin cəmiyyətdə rolunu yüksək qiymətləndirmiş, bu məsələyə böyük önəm vermişdir. Məhz buna görə də  “Jurnalistlərin dostu” olmuşdur. Bu gün isə möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət-mətbuat münasibətlərində Heydər Əliyev siyasətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti  Cənab İlham Əliyevin diqqət  və qayğısı  nəticəsində mətbu orqanlarının maddi-texniki bazası möhkəmləndirilir, jurnalistlərin sosial- iqtisadi, mənzil-məişət şəraitləri yaxşılaşdırılır.

    Respublika Prezidenti cənab İlham Əliyevin Azərbaycan mətbuatı haqqında  bir fikrini xatırlatmaq istəyirəm: “Bünövrəsi “Əkinçi” ilə qoyulmuş Milli Mətbuatımız bu gün  Azərbaycanın dünyada eşidilən səsidir”. Daha ətraflı »

  • 23İyl
    Xəbərlər Tərtər rayon İcra Hakimiyyəti yanında İctimai şuranın yığıncağı keçirilib üçün şərhlər bağlıdır

    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İctimai şuranın üzvləri ilə görüşərək, onları dinləmiş, şura üzvlərini düşündürən məsələlər barəsində müzakirələr aparıb. Rayon rəhbəri ictimai şuranın vətəndaşlarla hökumət arasında bir körpü rolunu oynadığını, vətəndaşların öz arzu və təkliflərini ictimai şura vasitəsi ilə açıq şəkildə çatdırıldığını qeyd edib.

    Söhbət zamanı rayonda baş vermiş erkən nikah, şəhid ailələrində ailədaxili münaqişələr, qazilərin intiharı, şəhid ailələri və qazilərin mənzillə təmin olunmaları, şəhərin küçələrinin abadlaşdırılması zamanı sakinlərin yaratdıqları süni maneələr, bir qrup gəncin gecələr bir yerə toplanması ilə bağlı bir sıra məsələlər müzakirə edilib, ictimai şuranın üzvlərinin bu məsələlərin həllində rayon icra hakimiyyətinə dəstək olmaları nəzərə çatdırılıb.

    Tədbirdə iştirak edən YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar şurasının sədri Faiq Məmmədov, ictimai şuranın üzvləri Rauf Həsənzadə, Svetlana Bağırova, Sətdar Nəcəfov, Emin Pənahov, şəhid atası Bəhruz İsgəndərov, Orxan Mustafazadə müzakirə edilən məsələlərlə bağlı öz fikr və mülahizələrini bildiriblər.

    Rayon rəhbəri müzakirə edilən məsələlərin ictimai şuranın tədbirlər planına salınması və görülən işlərin mətbuatda işiqlandırılmasını tövsiyyə edib.

    Şura üzvləri Tərtər rayon İcra Hakimiyyətinin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq fəaliyyət göstərəcəklərini və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərini bildiriblər.

     

  • 23İyl
    Hərbi vətənpərvərlik Şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib üçün şərhlər bağlıdır

    Suqovuşanda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə şəhid polkovnik-leytenant Soltan Məmmədovun anım gününə həsr olunmuş “Təki Vətən Yaşasın” adlı tədbir keçirilib.

    Əvvəlcə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov gələn qonaqları, şəhid ailələrini, qaziləri, veteranları qəbul edib, onlarla səmimi söhbət aparıb.

    Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Tərtər RİH-nin başçısı Müstəqim Məmmədov, “Zəfər” İB-nin sədri Sevinc Alızadə, Millət vəkilləri İlham Məmmədov, Müşfiq Məmmədli, Sahib Alıyev, şəhid polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin ailə üzvləri, yazıçı-publisist Həmid Herişçi, Şəhid polkovnik-leytenant Soltan Məmmədovun xatirəsinə həsr olunmuş “Yuxuda görmüsən” kompozisiyasının müəllifi, Bakı Musiqi Akademiyasının professoru, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xanımı Könül Hüseynova, şəhidin döyüş yoldaşları, vətən müharibəsi qaziləri, şəhid ailələri və media nümayəndələri iştirak ediblər. Daha ətraflı »