Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxsahəli və geniş olub. O, Azərbaycan ziyalılarının, incəsənət xadimlərinin yaradıcılığını daim yüksək qiymətləndirir, bu sahənin inkişafı ilə bağlı tövsiyələrini verirdi.
Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında Heydər Əliyev deyib: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”
“Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”
Türkiyə Böyük Millət Məclisində çıxışında Ümummilli Liderimiz fəxrlə söyləyib: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında səslənən fikirlər Füzulinin azərbaycanlı olduğunu bir daha təsdiqləyir: “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.” Daha ətraflı »
Yeni ismarıclar