Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17İyn

    Ulu Öndər Heydər Əliyevin fəaliyyəti çoxsahəli və geniş olub. O, Azərbaycan ziyalılarının, incəsənət xadimlərinin yaradıcılığını daim yüksək qiymətləndirir, bu sahənin inkişafı ilə bağlı tövsiyələrini verirdi.

    Azərbaycan Respublikası Elmlər Akademiyasında ziyalılarla görüşdə çıxışında Heydər Əliyev deyib: “Biz Nizamidən, Füzulidən danışarkən onları təkcə şair kimi deyil, böyük filosoflar kimi, dünyaya, dünya mədəniyyətinə, elminə böyük töhfələr vermiş mütəfəkkirlər kimi tanıtmalıyıq.”

    “Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi nadir bir şəxsiyyəti dünya ictimaiyyətinə, elminə, dünya mədəniyyətinə tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir.”

    Türkiyə Böyük Millət Məclisində çıxışında Ümummilli Liderimiz fəxrlə söyləyib: “XX əsrdə Azərbaycan dünya mədəniyyətinə, dünya elminə böyük töhfələr vermişdir. Bizim böyük alimlər, yazıçılar, şairlər, memarlar, rəssamlar, bəstəkarlar, musiqiçilər həm Azərbaycan xalqının elmini, mədəniyyətini, təhsilini zənginləşdirmiş, həm də bütün dünya mədəniyyətinə, elminə böyük töhfələr vermişlər.”

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə dövlət komissiyasının iclasında səslənən fikirlər Füzulinin azərbaycanlı olduğunu bir daha təsdiqləyir: “Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür, onun yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir.”

    Musiqini ürəkdən sevən və duyan Ümummilli Liderimiz böyük dirijor və bəstəkar Niyazinin ev-muzeyinin təntənəli açılışında çıxışında deyib: “Azərbaycan xalqı qarşısında Niyazinin əvəzsiz xidmətləri vardır. O, Azərbaycan professional musiqisinin yaranmasında və inkişafında böyük səylər göstərmiş və bu xidmətləri xalqımız heç vaxt unutmayacaqdır.”

    Heydər Əliyev böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadəni xalqımızın fəxri hesab edir və deyirdi: “Səttar Bəhlulzadənin yaradıcılığı bizim üçün mənəviyyat mənbəyidir. Xalqımızın mədəniyyətinin, rəssamlıq məktəbinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərir. Eyni zamanda xalqımızın rəssamlıq məktəbinin yeni, orijinal üslubda əsərlər yaratmağa qadir olduğunu sübut edir. Bu bizim fəxrimizdir. Bu, xalqımızın gələcəyi üçün, mədəniyyətimizin inkişafı üçün böyük bir əsasdır.”

    Dahi Liderimizin Cəlil Məmmədquluzadə haqqında söylədiyi fikirlər də olduqca maraqlıdır: “Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi.”

    Ümummilli Lider bildirirdi: “Xalqımızın milli şüurunun formalaşmasında məhz «Molla Nəsrəddin» jurnalının və Mirzə Cəlil fəaliyyətinin rolu misilsizdir.”

    Dahi dövlət xadimi xalqımızın qürur yeri olan Məmməd Arazın, Hüseyn Cavidin, Üzeyr Hacıbəyovun, Mustafa bəy Topçubaşovun və digərlərinin yaradıcılığına yüksək qiymət verir və onların adlarının tarixdə daim yaşayacağını söyləyirdi.

    Azərbaycanın böyük insanlarının xatirəsinin əbədiləşdirilməsini dövlətin vacib vəzifəsi hesab edən Heydər Əliyev deyirdi: “Keçmiş əsrlərdə də, XX əsrdə də Azərbaycanın böyük insanları olubdur. Ancaq bu böyük insanların xatirəsini əbədiləşdirmək lazımdır. Gələcək nəsillər onların həyat yolunu, yaradıcılığını, gördükləri işi, yaratdıqlarını daim bilməlidirlər.”

    “Vaqifin vəfatından 200 il sonra biz Şuşada onun məzarı üzərində əzəmətli bir məqbərə ucaltdıq. Bu, həm Vaqifin yaradıcılığına, həm də, ümumiyyətlə, ədəbiyyata, şerə, mədəniyyətə olan münasibətimiz idi.”

    Ulu Öndər qeyd edirdi ki, şairlərimizin yaradıcılığı gənc nəslə Vətəni sevməyi öyrədir: “Süleyman Rüstəmin şeirləri, əsərləri, bütün yaradıcılığı xalqımızda birinci növbədə Vətəni sevmək, Vətənə sadiq olmaq, vətənpərvər olmaq, millətimizlə, xalqımızla fəxr etmək hissləri, duyğuları yaradıb, inkişaf etdirib. Adamları insan, vətəndaş edən, insanları yüksək mənəviyyata qaldıran amillərdən biri də bizim mədəniyyətimizdir, ədəbiyyatımızdır, şeirimizdir. Süleyman Rüstəmin şeirləri, əsərləri bizim ədəbiyyatımızı, mədəniyyətimizi zənginləşdirərək XX əsrdə keçdiyi böyük, mürəkkəb, çətin yolda xalqımıza dayaq olmuş, xalqımızı irəliyə aparmış, yüksəltmişdir.”

    Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə Heydər Əliyev deyib: “Üzeyir Hacıbəyov çox gözəl, əzəmətli Dövlət Himni yaratmışdır. Mən hər dəfə ayrı-ayrı ölkələrdə Üzeyir Hacıbəyovun musiqisi ilə yaradılmış himnin səsləndiyini duyarkən qürur hissi keçirirəm. Təkcə ona görə yox ki, müstəqil Azərbaycanın Dövlət Himni dünyanın bir çox ölkələrində səslənir və Azərbaycanın Dövlət Bayrağı qalxır. Bir də ona görə ki, həqiqətən Himnin musiqisi çox cazibədardır, gözəldir.”

    Dahi Liderimizin Cəlil Məmmədquluzadə haqqında söylədiyi fikirlər də olduqca maraqlıdır: “Əgər Cəlil Məmmədquluzadə kimi şəxsiyyət dünyaya gəlməsəydi, öz fəaliyyətini göstərməsəydi, əgər “Molla Nəsrəddin” jurnalı yatmış insanları qaranlıqdan çıxartmağa çalışmasaydı, əgər onun “Ölülər” əsəri insanların gözünü real dünyaya açmasaydı, xalqımız bu qədər inkişaf edə bilməzdi.”

    Ulu Öndər Rəşid Behbudov, Müslüm Maqomayev kimi ifaçıların, Niyazi, Qara Qarayev kimi bəstəkarların yaradıcılığını çox yüksək qiymətləndirirdi.

    Onun hər fikri, hər kəlamı Azərbaycanın şöhrətini ucaldan dahi şəxsiyyətlərə böyük ehtiram və məhəbbətin ifadəsidir

     

    Müəllif: Redaktor, 09:54

İsmarıclar bağlıdır.