Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20İyn

    İdarəmiz Qarabağ massivində 96.217 hektar əkin sahələrini suvarma suyu ilə təmin etməlidir. Lakin məlum Qarabağ hadisələrindən sonra Sərsəng və Suqovuşan su anbarlarının və magistral sağ və sol kanallarının erməni işğalı altına düşməsi nəticəsində Tərtər, Yevlax, Bərdə və Goranboy rayonlarının yalnız 40 min hektar əkin sahəsini Tərtər çayından qidalanan 3 torpaq kanalı (Təley, Xoruzlu və Xanarx) suvarılmasını həyata keçirə bilirdik.
    Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qazanılan Zəfər nəticəsində torpaqlarımızın, o cümlədən Suqovuşan Su Anbarının işğaldan azad edilməsi idarəmizin imkanlarını xeyli artırdı. Bununla əlaqədar kollektivimiz qarşıda duran yeni vəzifələri, xüsusilə bərpa-təmir işlərini yüksək səviyyədə həyata keçirərək, bu gün olduqca aktual olan suvarma işlərində fermerlərimizə yaxından köməklik göstərməyə çalışır.
    Hal-hazırda sol sahil magistral kanalında bərpa-təmir işləri uğurla həyata keçirilir. Bu işlərin cari ilin oktyabr-noyabr aylarında başa çatdırılması nəzərdə tutulub.Təmir işləri başa çatdıqdan sonra Tərtər çayının sol sahilində yerləşən təsərrüfatlarda 25 min hektar əkin sahəsinin suvarılması beton kanallar vasitəsilə həyata keçiriləcək. Nəticədə suvarma suyu əkin sahələrinə itkisiz və vaxtında çatdırılacaq.
    Həmçinin idarəmiz Təley arxının Tərtər şəhəri ərazisindən keçən hissəsində subasma ehtimalı daha çox olan həyətyanı sahələrdə betonlanma işləri aparılması ilə məşğuldur. Texnika və mexanizmlərin vasitəsilə torpaq kanallarda lildəntəmizləmə işləri həyata keçirilir.
    Bu işlərin görülməsində sahə rəislərindən Azərbaycan Məmmədov, Veysəl Müstafayev və Famil Əliyev xüsusilə fərqlənirlər.

    Mehman KƏRİMOV,
    Tərtərçay Hidroqovşağı
    İstismarı İdarəsinin
    baş mühəndisi

    REDAKSİYADAN:
    Göründüyü kimi, Vətən müharibəsindəki möhtəşəm Qələbəmizdən sonra doğma rayonumuzda həyata keçirilən işlər qəhrəman tərtərlilərin həyatının daha yaxşı, daha firavan olmasına yönəlib. O cümlədən Təley arxının təmir olunması şəhərimizin gözəlliyini artıracaq. Bəs, biz Tərtər sakinləri olaraq nə edirik? Bu günlərdə Təley arxının ətrafında yaşayan sakinlər əllərinə keçən zibili su gəlməyən arxa tökərək, çox acınacaqlı bir mənzərə yaradırlar. Belə getsə, yayın bu isti günlərində həmin ərazidən keçmək mümkün olmayacaq. Görəsən hər bir ailənin öz zibilini müəyyən olunmuş bir əraziyə atması bu qədər çətindirmi?

    Müəllif: Redaktor, 12:31

İsmarıclar bağlıdır.