Biz doğma evimizdəyik!
Üçüncü aydır ki, Laçın şəhərində, doğma evimizdə yaşayırıq. Erməni cəlladları malımızı, əşyalarımızı talan edib aparmışlar, ancaq evimiz, pis vəziyyətdə olsa da, dururdu.
Prezident İlham Əliyevin qayğısı sayəsində dövlətimiz onu əvvəlkindən də yaxşı təmir edib. İndi burada rahat şəraitdə yaşayırıq. İşlə də təmin olunmuşam. Bərbər işləyirəm.
Mayın 18-də Laçının işğalının ildönümü idi. Artıq biz bu tarixi göz yaşları ilə deyil, sevinc hissi ilə qeyd edirik.
Doğma Laçınımızın havası, suyu, dağları məcburi didərginlik həyatının ağrı-acılarını azaltsa da, başımıza gələn müsübətləri heç zaman unutmayacağıq. Belə ki, anam bu günləri görmədən dünyasını dəyişdi və 44 günlük Vətən müharibəsində erməni faşistləri Bərdə şəhərini raket atəşinə tutduqları zaman, həyat yoldaşım Kəmalə də orada olmuş və ciddi zədələr almışdı. İndi gözdən əlildir.
Detirlər, doğma evin divarları da məlhəmdir. Bu, həqiqətən də belədir. Biz uzun illər Tərtər rayonunda kirayələrdə yaşamışdıq. Sonralar Şıxarx qəsəbəsində qaçqın və köçkünlər üçün tikilmiş qəsəbədə bizə ev vermişdilər. Ancaq heç yerdə özümüzü doğma evimizdəki kimi rahat hiss etməmişik. Daha ətraflı »



Ölkəmiz mötəbər beynəlxalq məclisə – COP29-un keçirilməsinə hazırlaşır. Dünyanın müxtəlif yerlərindən bu tədbirdə iştirak edəcək insanlar iqlim dəyişikliyi ilə əlaqədar planetimizi gözləyən problemləri müzakirə edəcək, çıxış yolları müəyyənləşdirəcəklər.
“Düşməndən şəhidlərimizin intiqamı-nı almışıq,”– deyir qazi Elşad Məmmədov. Onun cəmi 20 yaşı var. 2023-çü ilin antiterror əməliyyatı başlayanda, 15 ayın əsgəri idi. Tərxis olunmağına az qalmışdı. Evlərinə məzuniyyətə də gedib qayıtmışdı. Atası Elşən komandoda, kəşfiyyat taborunda xidmət edən oğlu ilə fəxr edir, onun Ordudan tərxis olunacağı günü, bu münasibətlə qurban kəsib qohum-əqrabanı başına yığacağını səbirsizliklə gözləyirdi.
Qəzetimizin qonaqları – şəhər 6 saylı tam orta məktəbin direktoru Rüfət İsmayılovun və məktəbin IX “b” sinfinin şagirdi Xumar Həsənlinin gəlişi hamımızı sevindirdi və xoş ovqat yaratdı. Belə ki, bu tərtərli qızı artıq nəinki rayonumuzda, respublikamızda çoxları tanıyır. O, ölkə üzrə IX sinfin buraxılış imtahanlarından maksimum bal toplayan 16 şagirddən biridir.
Zeynəb Səfərli məktəblidir. Necə deyərlər, müharibənin ağrı-acılarını, şəhid ailələrinin keçirdiyi hissləri yaşayan və dərindən duyan bir yeniyetmədir. “Ağlama, şəhid anası” şeirlər kitabı onun oxucularla ilk görüşüdür. Bu kitabdakı şeirlər Aprel hadisələri zamanı və 44 günlük Vətən müharibə-sində şəhidlik zirvəsinə ucalan, qazi olan mərd, vətənpərvər oğullarımıza və onların ailələrinə həsr olunub.
Əfqan Məmmədov 2005-ci ildə rayonumu-zun Kəbirli kəndində anadan olub. Xoruzlu kənd tam orta məkətbinin 9-cu sinifini bitdirdikdən sonra Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecini Mühasibat uçotu üzrə bitirib. Hazırda Mingəçevir Dövlət Universitetinin İqtisadiyyat ixtisası üzrə I kurs tələbəsidir.
Prezident İlham Əliyev cari ilin 23 may tarixində Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanat verib.
Prezident İlham Əliyev cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.
Yeni ismarıclar