29Apr
DÜŞÜNCƏLƏRİN MEMARI
Azərbaycanın günbəgün inkişafında, çiçəklənməsində, dünya xalqları arasında yüksək mövqe tutmasında qadınlarımızın xüsusi xidmətləri vardır. Müstəqillik əldə etdikdən sonra Azərbaycan qadınlarının fəallığı birə-beş artdı. Bacarıqlı və istedadlı xanımlarımız cəmiyyətimiz tərəfindən xüsusi rəğbətlə qarşılanır.
Hər birimiz həyatda tutduğumuz mövqeyə görə birinci növbədə müəllimlərimizə borcluyuq. Çünki onların əməyi danılmazdır, əvəzolunmazdır. Bu haqda dinimizin və tariximizin dəyərli şəxsləri hikmətli kəlamlar deyiblər. Ən qürurverici peşənin sahibləri şagirdlərinin uğurlarına öz nailiyyətlərindən daha çox sevinir, onların səsinin zirvələrdən gəlməsini arzulayırlar. Belə bir aforizm var: “Müəllim bir memar, ya mühəndisdir ki, insanların düşüncələrini, ağlını düzəldir”. Cəmiyyətə yararlı insanların yetişməsi məhz müəllimlərdən asılıdır. Müəllim elə bir insandır ki, səhv yolda olan şagirdi pislikdən çəkindirər, onu yüksək səviyyədə tərbiyə edər. Müəllim adı XIX əsrdə “molla”, XX əsrdə “mirzə”, XXI əsrdə artıq “müəllim” kimi formalaşmışdır. Nə qədər şərəfli peşədir müəllimlik!. Çünki fəhlənin, həkimin, nazirin, hətta müəllimin də müəllimi olur.
Müəllim və həkimlik peşəsində qadınların sayı daha çoxdur. Məhz cəmiyyətin savadlı və tərbiyəli olması məsuliyyəti müəllimlərin öhdəsinə, sağlam nəslin yetişməsi yükü isə həkimlərin çiyinlərinə düşür. Daha ətraflı »
29Apr
Şagird şəxsiyyətinin formalaşmasında, onun mənəvi cəhətdən kamil vətəndaş, xalqa, yaşadığı torpağa ürəkdən bağlı insan kimi yetişməsində ana dili fənninin əhəmiyyəti böyükdür. Buna görə də, bu fənnin tədrisinə xüsusi diqqətlə yanaşıram. Çünki bu fənn şagirdləri həm əqli, həm də estetik cəhətdən inkişaf etdirir.
Müasir cəmiyyətimiz sürətlə informasiyalaşmağa doğru irəliləyir və bu, kompüter texnologiyalarının insan fəaliyyətinin müxtəlif sahələrinə, həmçinin təhsilə tətbiqi ilə səciyyələnir. İndiki zamanda peşəsindən və fəaliyyət növündən asılı olmayaraq, hər bir insan elektron vasitələrdən istifadə etmək bacarıqlarına malik olmalıdır.
Bəzi humanitar fənn müəllimləri İKT-nin tətbiqinin əlverişliliyinə şübhə ilə yanaşırlar. Bu cür yanaşma əsassızdır. İnformasiya texnologiyalarının tətbiqində dil-ədəbiyyat müəllimlərinin qarşısında duran vəzifələr digər fənn müəllimlərinin məqsəd və vəzifələrindən bir çox cəhətdən fərqlənir. Bu vəzifələrə mətnlə, bədii sözlə, kitabla iş aiddir. Dil və ədəbiyyat dərslərinin məqsədi şəxsiyyətin mənəviyyatının, onun əxlaqi dəyərlərinin, estetik zövqünün formalaşmasına, dilə mükəmməl yiyələnməsinə imkan yaratmaqdır. Daha ətraflı »
29Apr
1 aprel 2019-cu il tarixə rayonda 28 min 599 baş iribuynuzlu mal-qara və 54 min 936 baş xırdabuynuzlu mal-qara var. İri malın sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 4,2 faiz və ya 1162 baş artmışdır. Cari ilin 3 ayı ərzində 790 ton ət(diri çəkidə), 5722,2 ton süd, 3 milyon 285 min ədəd yumurta istehsal olmuşdur. Ət istehsalı 0,6 faiz, süd istehsalı 1,5 faiz, yumurta istehsalı 0,5 faiz artmışdır. Daha ətraflı »
29Apr
2018-ci ildə Tərtər rayonunda əhalinin gəlirləri 2017-ci ilə nisbətən 7 faiz artaraq 235 milyon 529,6 min manata çatmışdır. Rayon əhalisininn hər nəfərinə düşən gəlirləri əvvəlki ilə nisbətən 6,4 fasiz artaraq 2913,9 manat təşkil etmişdir.
Tərtər Rayon Statistika İdarəsi
29Apr
Hörmətli oxucular!
2019-cu ilin ikinci yarısı üçün “Yeni Tərtər” qəzetinə abunə yazılışına başlanmışdır.
1 nüsxə qəzetə 6 aylıq abunə yazılışının qiyməti 15(on beş) manatdır.
Abunə pulunu redaksiyanın “Kapital” Bankın Tərtər rayon filialındakı hesabına köçürmək olar.
Bizim bank rekvizitlərimiz:
Hesab № AZ08AIIB33010019444500202145.
VÖEN 7200074411 Daha ətraflı »
19Apr

Aprel zəfərinin üçüncü ildönümü respublikamızda böyük coşqu ilə qeyd edilir.
Müdafiə Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Tədbirdə “N” nömrəli hərbi hissənin şəxsi heyəti, Tərtər rayon ictimaiyyəti, millət
vəkilləri, qazilər, şəhid ailələri, incəsənət nümayəndələri və kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstələri qoyulub, ümummilli liderimiz və Vətənimizin müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbir açıq elan edilərək bildirilib ki, 2016-cı ilin aprel döyüşləri xalqımıza qələbə sevinci yaşatmaqla bərabər Böyük Qələbənin də başlanğıcı oldu. Düşmən təxribatının qarşısı alındı, ona sarsıdıcı zərbə vuruldu və Ordumuz minlərlə hektar ərazini işğalçılardan azad etdi. Daha ətraflı »
19Apr

Tərtər Rayon İcra Hakimiyyəti Başçısının növbəti səyyar qəbul-görüşü Sarov kəndində oldu.
Əvvəlcə Sarov kənd İƏD üzrə nümayəndə İnqilab Hətəmov kəndin sosial-iqtisadi inkişafı və görülən işlər barədə məlumat verdi. Sonra vətəndaşların müraciətləri dinlənildi. Sakinlərdən Hafizə Kərimova, İsrail Mahmudov, Şahmar Nəsirov, Esmira Şirinova, Zabil Allahverdiyev və başqaları içməli su, kənd yollarının təmiri, subartezian quyusunun bərpası, işlə təminat və digər məsələlər barədə müraciət etdilər.
Qaldırılan məsələlər barədə, rayon rəhbəri tərəfindən əlaqədar qurumlara aidiyyəti tapşırıqlar verildi. Daha ətraflı »
19Apr
Aprel zəfərinin üçüncü ildönümü münasibəti ilə keçirilən vətənpərvərlik həftəsi çərçivəsində “Vətən Uğrunda” səyyar təşviqat dəstəsinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin gənc kursantlarının Tərtər rayonuna ekskursiyası təşkil edilib.
Əvvəlcə kursantlar Tərtər şəhərinin Mərkəzi Meydanında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Kursantlarla görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, 48 km düşmənlə təmas xəttində yaşayan qəhrəman tərtərlilər aprel döyüşlərinin təəssüratlarını bu gün də yaşayırlar. Dövlət başçımız, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində dünyanın inkişaf etmiş orduları sırasında qərarlaşan güclü ordumuz var. Biz əminik ki, ordumuz Ali Baş Komandanın əmri ilə işğal altında olan bütün Azərbaycan torpaqlarını azad etmək gücündədir.
Sonra kursantlar tarix-diyarşünaslıq muzeyində olublar. Muzeydə saxlanılan aprel şəhidlərinin hərbi formaları və əşyaları kursantlarda böyük maraq doğurub. Daha ətraflı »
19Apr
Respublikamızın həyatında çöx mühüm və əlamətdar hadisə baş verib, 10 milyonuncu azərbaycanlı doğulubdur. Bu münasibətlə Tərtər rayonunda əvvəlcə ağacəkmə aksiyası keçirilib, axşam saatlarında isə konsert olub.
Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, aprelin 6-da Bakı şəhərində Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində dünyaya gələn 10 milyonuncu azərbaycanlının valideynləri bizim Ağdərənin sakinləri, hazırda Ağdam rayonunda Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkünlərdir. Doğulan körpə qız uşağıdır.
Sonra 10 milyonuncu azərbaycanlının dünyaya gəlməsi münasibətilə konsert olub.
Konsert proqramı atəşfəşanlıqla başa çatıb.
19Apr
Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Dağlıq Qarabağın işğaldan azad edilmiş ərazisində yerləşən Şıxarx qəsəbəsində, məcburi köçkünlərin yaşayış kompleksində Müdafiə Nazirliyinin dəstəyi ilə ilk tibbi yardım üzrə təlim təşkil edib.
Sarıcalı Hərbi Hospitalının tibb işçiləri tərəfindən açıq havada keçirilən təlimə kompleksdə məskunlaşmış 100-dən çox məcburi köçkün cəlb olunub. Onlar hər hansı qəza zamanı və həyat üçün təhlükə yaradan vəziyyətlərdə, o cümlədən hərbi əməliyyatlar nəticəsində xəsarət alanlara həkim gələnədək ilk yardım göstərilməsi üsul və qaydaları üzrə praktiki məşqlərdə iştirak ediblər. Daha ətraflı »
Yeni ismarıclar