Tarixin ən dəhşətli faciələri
“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan ermənilər müxtəlif mərhələlərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçiriblər. 1905-1907-ci illərdə Bakıda törədilən erməni vəhşilikləri Azərbaycan və indiki Ermənistan ərazisindəki soydaşlarımızın tarixi kəndlərini əhatə edib. Bu hadisələr zamanı yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib.
Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmişdir.
1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar;
– 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirilmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar; Daha ətraflı »


Erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.
“Böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnaqları Azərbaycan xalqına qarşı zaman- zaman soyqırım həyata keçirməklə yüzlərlə yaşayış məntəqəsini yerlə – yeksan etmiş, 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar.Ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. 31 Mart da baş verən qanlı hadisələr Azərbaycan xalqı və dövlətçiliyinin tarixində faciələrin milli yaddaşındakı təzahürü, repressiyalara məruz qalmanın, insanların doğma dədə-baba yurdlarından didərgin salınmalarının XX əsr tarixindəki ən dəhşətli səhifələridir. Baş vermiş soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında , Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, eləcə də Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. 1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ konflikti nəticəsində də yüz minllərlə azərbaycanlının öz tarixi torpaqlarında qovulmasına səbəb də ermənilərin yüz illərdən bəri “Böyük Ermənistan” yaratmaq xülyalarına xidmət edən faktordur.
Azərbaycan xalqının tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. İdmançılarımızın istər kütləvi, istərdə fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirmişdir.
Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Gənclər Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı əsasında Əsgər Ailələrinə Dəstək İctimai Birliyi “Vətən Müharibəsində qələbəmizin təbliği” layihəsinin növbəti tədbirini həyata keçirib.



Axır çərşənbə günüdür. Hava isə qışı xatırladır. Narın qar yağır. Bunun özü də bərəkət rəmzidir.
Yeni ismarıclar