Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov İsmayılbəyli kəndində şəhid Əlizadə Elşən Faiq oğlunun ailəsi ilə görüşüb, onların problemləri və qayğılari ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri 44 günlük Vətən müharibəsində tərtərli oğulların döyüşlərdə göstərdiyi şücaət-lərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri Əlizadə Elşən Faiq oğlu 1995-ci il avqustun 10-da Tərtər rayonunun İsmayılbəyli kəndində anadan olub. Oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Oktyabr ayının 16-da yaşadığı Tərtər rayonunun İsmayılbəyli kəndində dəfn olunub.
Şəhid Elşən Əlizadə 44 günlük Vətən müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin valideynləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Aysənan Abbasovun Seydimli kəndindəki evinə daxil olanda, sanki Vətən Müharibəsi muzeyinə düşürsən. Bütün divarlar başdan-başa Aysənanın və onun döyüş yoldaşlarının, ailə-nin tanıdığı və tanımadığı şəhidlərin şəkilləri, onlar haq-qında məlumatlarla bəzədilib.
Umudlu kənd tam orta məktəbində “Şuşa Azərbaycanın döyünən ürəyidir” adlı tədbir keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 15 iyun – Milli Qurtuluş Günü münasibəti ilə rayonun ümumtəhsil məktəblərinin komandaları (Vl-Vll sinif oğlanlar) arasında mini futbol idman növü üzrə rayon çempionatı keçirilib.
Hər bir gəncin uşaqlıq illərindən gələcək üçün qurduğu planlar, həyata keçirmək istədiyi arzuları olur. Kimi ailəsinin seçdiyi sənət üzrə mütəxəssis, kimisi də özünün ürəyincə olan ixtisasa sahib olmaq üçün çalışır. Düşünürəm ki, bu iki düşüncənin ikisinə də sahib biriyəm. Həm uşaqlıq arzusu olan, həm də valideynlərimin istədiyi mükəmməl bir ixtisası, jurnalistikanı seçmişəm. Jurnalistika ixtisasını mənə sevdirən–“Yeni Tərtər” qəzetinin müxbiri olan, jurnalist babam Əvəz Nəsirov olub. Uşaq yaşlarında, hələ orta məktəbin aşağı siniflərində oxuyanda dərsdən çıxandan sonra babamın yanına–redaksiyaya gedirdim. Çox maraqlı gəlirdi bu iş mənə. Maraqlı, bir o qədər də məsuliyyətli olan bir ixtisas.
Bu gün Azərbaycan torpaqlarını erməni qəsbkarlarından azad etmək uğrunda canından keçmiş Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olduğu gündür.
Bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Bakı Sağlamlıq Mərkəzinin, Mərhəmətli Ürək Asosasiyasının və Servıer şirkətinin birgə təşkilatçılığı ilə Tərtər Rayon Mərkəzi Xəstəxanasında Şəhid və qazi ailələri, aztəminatlı ailələr üçün Tibbi Səyyar Müayinə aksiyası keçirilməyə başlanıb. Aksiya 18-19 iyun tarixlərini əhatə edəcəkdir.
Yeni ismarıclar