Müstəqilliyimizin ilk illərində Azərbaycanda yaranmış dərin siyasi-hərbi böhranın əsas səbəbi ölkədə xalqı bəlalardan xilas edə biləcək liderin olmaması idi.
1993-cü ilin iyun ayının 9-da Heydər Əliyevin Bakıya gəlməsi xalq tərəfindən böyük ümidlə qarşılandı.
1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün parlamentin tarixi iclasında Heydər Əliyev demişdir: “Bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək”.
Ulu Öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq aşkarlıq prinsipinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi həyatdakı gərginliyin aradan qaldırılması üçün lazımi tədbirlər görülməyə başlandı.
Parlamentin 24 iyun tarixli iclasında Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Daha ətraflı »





15 iyun–Milli Qurtuluş Günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin və YAP Tərtər Rayon Təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon təşkilatının Qərargahında ümumrayon tədbiri keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Proqnozlaşdırma və risklərin təhlili şöbəsinin sektor müdiri Əli Həsənovun, Komitənin Proqnozlaşdırma və risklərin təhlili şöbəsinin müdir müavini Vasif Quliyevin, rayon icra başçısının birinci müavini Elvin Umudovun, başçının müavini Abbas Cavadovun, rayon İcra hakimiyyəti başçısı Aparatında Memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimovun, rayon İcra hakimiyyəti başçısı Aparatında Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Fizuli Əliyevin iştirakı ilə Vətən müharibəsində evlərinə ziyan dəymiş 18 nəfər sakini evlərində təmir-bərpa işlərinin aparılmasına şərait yaratmaları məqsədilə qəbul edib, sakinlərdən evlərində təmir-bərpa işlərinin aparılması üçün razılıq alınıb
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun İsmayılbəyli kəndində keçirilib. Görüşdə hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, YAP Rayon Təşkilatının sədri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətində həftə ərzində vətəndaşlarla görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Həftə ərzində keçirilən görüşlərdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri ilə yanaşı YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov da iştirak edir.
İyunun 14-də rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Bu il rayon üzrə 647 nəfər şagird XI sinfi, 899 nəfər şagird isə IX sinfi bitirir. Son zəng tədbirlərində Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, veteranlar, məktəb kollektivləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülovu qəbul edib. Qəbul zamanı rayonda fəaliyyət göstərən ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində mövcud vəziyyət müzakirə edilərək, fikir mübadiləsi aparılıb. Rayon rəhbəri Qarabağ Regional Təh-sil İdarəsinin müdiri ilə birlikdə Şıxarx qəsəbə 2 saylı tam orta məktəbdə və 5 saylı körpələr evi-uşaq bağçasında mövcud şəraitlə yaxından tanış olub, məktəbin və məktəbəqədər təhsil müəssisəsinin kollektivləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını tövsiyə edib. Şəhər 5 saylı körpələr evi-uşaq bağçasında görülən işlərdən, uşaqların təlim və tərbiyəsindən razı qaldıqları, bağçada işlərin yüksək səviyyədə qurulduğu bildirilib. Sonra onlar tikilməkdə olan şəhid Şikar Şikarov adına 360 şagird yerlik şəhər 5 saylı, son tamamlama işləri aparılan şəhid Aqil Məmmədov adına 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbinin, uzun illər qəzalı vəziyyətdə olan rayonun şəhid Vüqar Əkbərov adına Qazyan və Bəyimsarov kənd körpələr evi-uşaq bağçaları üçün tikilən 
Yeni ismarıclar