Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də Prezident İlham Əliyevin diplomatik bacarığı sayəsində bir güllə atılmadan azad edilib. Bu gün Azərbaycan xalqı qürur hissi ilə Kəlbəcərin işğaldan azad edilməsi tarixini qeyd edir.
“Kəlbəcər” toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
Kəlbəcərə inzibati rayon statusunun verilməsi 1930-cu ilə təsadüf olunur. İşğala qədər rayonun əhalisi 53 478 nəfər təşkil edirdi. Rayonda 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsi mövcud idi.
1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Daha ətraflı »


Cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keşirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və YAP rayon Təşkilatının sədri iştirak ediblər.
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr–Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
Noyabrın 9-da Polşanın Keltse şəhərində start götürən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Millimizin heyətində 80 kq çəkidə vuruşan tərtərli boksçu Murad Allahverdiyev çempion adını qazanıb. O, final döyüşündə boks üzrə dünya çempionatının mükafatçısı – moldovalı rəqibi Andrey Çiryasovu məğlub edərək çempion adını qazanıb.
Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbiri Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib.
Redaksiyamızda “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, qəzetimizin redaktoru Svetlana Bağırova Tərtərimizin qəhrəman övladlarına həsr olunan bu kitabın ərsəyə gəlməsindən danışıb. O bildirib ki, “Tərtərin tarix yazan oğulları” kitabı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü, mənəvi və maliyyə dəstəyi ilə çap olunub və rayonumuzun tarixində yaşayacaq bir əsər kimi hazırlanıb. Burada 44 günlük Vətən müharibəsində canını, qanını fəda edərək, torpaqlarımızı erməni işğalından azad edən oğulların şücaətindən bəhs olunur, onların hər biri haqqında dolğun məlumatlar təqdim edilir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
Yeni ismarıclar