“Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”
Ulu Öndər Heydər Əliyevin çoxsahəli fəaliyyətinin və dövlətçilik təfəkkürünün əsasını Azərbaycançılıq məfkurəsi təşkil edir.
Ümummilli Lider deyirdi: “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”
“Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.” – deyən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi.
O hesab edirdi ki, “Azərbaycan xalqını əsrlər boyu yaşadan, bu günə qədər gətirib çıxaran onun gələcəyə həmişə nikbinliklə baxması olmuşdur.”
Heydər Əliyev bildirirdi: “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur.”
Öz xalqının vətənpərvərliyini yüksək qiymətləndirən Ümummilli Lider deyirdi ki, “ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.” “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.” “Bəşəriyyət üçün sülhə, barışığa nail olmağın yolu Tanrı nuruna tapınmaqdan, mənəvi, ruhani kamillikdən keçib gedir.” Daha ətraflı »


Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir.
1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 2-ci qrup Vətən Müharibəsi əlili, mülki şəhid Ədavət Axundovun qızı ilə ailə həyatı quran İsmayılzadə Elvin Şakir oğlunun toy mərasimində iştirak edib.
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov şəhid Şaban Cəfərov adına Xeyriyyə Cəmiyyətinin sədri Nərmin Şaban qızı, Dayaq Vətən Müharibəsi əlillərinə və şəhid ailələrinə dəstək təşkilatının sədri Qalib Əliyev, Vətən Müharibəsi qaziləri, veteranları və ictimaiyyət nümayəndələri ilə birlikdə Tərtər şəhər sakini, 3-cü qrup Vətən Müharibəsi əlili Mehdizadə Elmin Elgün oğlunun toy mərasimində iştirak edib.
Suqovuşan qəsəbəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Prezident kuboku-2023” reqatasının birinci gününə yekun vurulub.
Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə “Prezident kuboku-2023” reqatası start götürüb.
İnsan yarandığı gündən işığa doğru can atır. Əgər bir anlıq tarix səhifəsində yaddaşımıza iz salan səxsiyyətləri göz önünə gətirsək, demək olar ki, ilk baxışda əzəmətli, dürüst, məğrur görkəmi, işıqlı siması ilə canlanan Heydər Əliyevi görəcəyik. Ulu Öndər Heydər Əliyev həm tarixi yaradan, həm də tarixi şəxsiyyətdir. Ulu Öndər Heydər Əliyev o şəxsiyyətlərdəndir ki, o, özü bir tarix, salnamə yaratmış, zamanın axarını nizamlamaq qüdrətinə sahib olmuşdur. Bu gün isə onun fəaliyyətinin, gərgin əməyinin bəhrələrindən təkcə xalqımız yox, islam dünyası və türk xalqları faydalanır. Elə buna görə də, Ulu Öndərimizin adı dünyanın hər yerində uca tutulur, xatirəsi ehtiramla anılır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mütəmadi surətdə bölgələrdə icra başçılarının səyyar qəbul-görüşləri keçirilir. Keçirilən səyyar qəbul-görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.
2023-cü il hamımız üçün əlamətdar ildir. Ümummilli Lider Heydər Əliyevin anadan olması-nın 100 illiyi ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Heydər Əliyev kimi dahi şəxsiyyətlə görüşmək, xatirələrini danışmaq özü bir xöşbəxtlikdir.
Yeni ismarıclar