Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 20May
    Tərtər RİH-də ULU ÖNDƏRİN 98-ci İLDÖNÜMÜ üçün şərhlər bağlıdır

    Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək, önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtıramını, ümümxalq məhəbbətini nümayiş etdiriblər. Heydər Əliyev Mərkəzində isə dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
    Tərtər rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası da keçirilib. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun, idarə, müəssə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada “Tərtər-Bərdə”, “Tərtər-Ağdam”, “Tərtər-Gəncə”, “Tərtər-Şıxarx” avtomobil yollarının kənarına və Heydər Əliyev prospektinə 2000-ə yaxın Eldar şamı, çinar, sərv, göyrüş, söyüd, müxtəlif növ meyvə ağacları, 5000 həmişəyaşıl təkgöz və gül kolları əkilib.

     

  • 20May
    Xəbərlər “ŞƏHİDLƏR ABİDƏSİ”NİN AÇILIŞI OLDU üçün şərhlər bağlıdır

    Tərtər rayonunun Evoğlu kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub.
    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri ilə birgə əvvəlcə “Şəhidlər bulağı”nda, sonra isə “Şəhidlərə xatirə” abidəsində olub, hər iki abidəyə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
    Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.

     

  • 20May
    Xəbərlər QAZİ AİLƏSİ İLƏ GÖRÜŞ üçün şərhlər bağlıdır

    Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP rayon təşkilatının sədri Ramiz Şabanov, bir qrup partiya fəalı ilə birgə minaya düşərək bir ayaqını itirmiş Zolgəran kənd sakini, qazi Orucov Elşad Lətif oğlunun ailəsində olub, səhəti və qay-ğıları ilə maraqlanaraq köməklik göstəriblər.
    Qeyd edilib ki, Tərtərin igidləri şəhid olublar, qazi olublar, bu torpağa qan töküblər, lakin bir addım da olsun geri çəkilməyiblər. Buna görə də Tərtərin müdafiəsində şəhidlərimiz və qazilərimiz daha çox olub.
    Qazi Orucov Elşad Lətif oğlunun ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

     

  • 20May
    Xəbərlər QƏLƏBƏ GÜNÜ QEYD OLUNDU üçün şərhlər bağlıdır

    Faşizm üzərində Qələbənin 76-cı ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, ictimaiyyət nümayəndələri ilə birlikdə 1941-1945-ci illər müharibəsində həlak olmuş həmvətənlərimizin xatirəsinə ucaldılan abidəni ziyarət etmiş, önünə gül dəstələri düzərək ehtiramlarını bildirmişlər.
    Sonra şəhidlər abidə kompleksi ziyarət olunmuş, abidənin önünə gül dəstələri düzülərək şəhidlərin əziz xatirəsi yad edilmişdir.
    Rayon rəhbəri həmçinin tədbirə qatılan bir qrup Qarabağ müharibəsi veteranları və qazilərlə də görüşüb, onların qayğıları ilə maraqlanmışdır.
    Müharibə veteranları və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.

  • 20May
    Xəbərlər DƏYMİŞ ZİYAN ARADAN QALDIRILIR üçün şərhlər bağlıdır

    Tərtər rayonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam edir.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təmir-tikinti işlərinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.
    Rayon rəhbərinə məlumat verilib ki, 5496 təmir-bərpa kateqoriyasına aid edilmiş evlərin 2396-da təmir-bərpa işlərinə başlanılıb, 1512 evdə isə təmir işləri başa çatıb. 64 qəzalı evdən 54-də tikinti işləri davam etdirilir.
    Sonra icra başçısı sakinlərlə görüşüb, onların müraciət və təkliflərini dinləyib.

  • 20May
    Kənd təsərrüfatı İSTEHSAL ARTIB üçün şərhlər bağlıdır

    2021-ci ilin yanvar-mart ayları üzrə Tərtər rayonunda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8067.3 min manat təşkil etmişdir ki, onun 8024.3 min manatı və ya 99.5 faizi heyvandarlıq məhsullarının, 43 min manatı və ya 0.5 faizi bitkiçilik məhsullarının payına düşür. 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının istehsalı 0.3 faiz artmışdır.
                                                                                                   Tərtər Rayon Statistika İdarəsi

  • 20May
    Sosial YENİ İŞ YERLƏRİ AÇILIB üçün şərhlər bağlıdır

    2021-ci ilin yanvar-mart aylarında rayonda 22 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərindən 5-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 2-si mövcud müəssisə və təşkilatlarda, 15-i isə digər tədbirlər üzrə (beynəlxalq və yerli layihələr, mövsümü, abadlıq işləri və s.) sahələrdə olmuşdur. Bundan başqa 223 yeni fərdi sahibkarlıq subyekti yaradılmışdır.
                                                                                                  Tərtər Rayon Statistika İdarəsi

  • 20May
    Ədəbiyyat 2021-ci İL- “NİZAMİ GƏNCƏVİ İLİ” üçün şərhlər bağlıdır

                                                        BƏŞƏRİ MƏHƏBBƏT ŞAİRİ

    Mərdə təmiz bir ad
    candan əfzəldir, Ləkəli qalmaqdan ölüm gözəldir…
    2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıçılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən Azərbaycan respublikasında 2021-ci il “Nizami Gəncəvi İli” elan edildi.
    Ölkəmizdə Nizami sənətinin öyrənilməsi və tanıdılması həmişə diqqət mərkəzində olmuş və bu sahədə xeyli iş görülmüşdür. Belə ki, Nizaminin ədəbiyyatda və incəsənətdə yaddaqalan obrazı yaradılıb. Mütəfəkkir şairin doğma şəhəri Gəncədə məqbərəsi, Bakıda, Sankt-Peterburqda və Romada heykəlləri ucaldılıb.
    Nizami Gəncəvinin yubileyləri ölkəmizdə hər zaman təntənə ilə keçirilib. Dahi şairin 800 illik yubileyi onun irsinin tədqiqi və təbliğində əsaslı dönüş yaradıb. Daha ətraflı »

  • 20May

    Ədəbiyyat üçün şərhlər bağlıdır

                                           880 İL BUNDAN ƏVVƏL DOĞAN GÜNƏŞ

    Dahi Azərbaycan şairi İlyas Yusif oğlu Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından dövrünün elmi biliklərinə maraq göstərmiş, mükəmməl təhsil almışdır.
    Nizami Gəncəvi ana dilini dərindən bilməklə yanaşı, o dövrün elm dili olan ərəb dilini və şeir dili olan fars dilini mükəmməl öyrənmişdir. Ömrü boyu mütaliədən ayrılmadığına görə get-gedə biliklərini təkmilləşdirərək dövrünün kamil bir aliminə çevrilmişdi. Buna görə də Nizamini “həkim” adlandırırdılar.
    Dahi şair mükəmməl dini təhsil almışdır. “Quranı” əzbər bilən şair oradakı fikirləri nəzmlə qələmə alaraq ölməzlik zirvəsinə ucalmışdır. Əsl müsəlman kimi yaşayan Nizami Gəncəvi öz yüksək mənəviyyatı, əxlaqi, davranışı ilə böyük hörmət qazanmışdır. Ona həmçinin “Şeyx Nizami” də deyirdilər. Aza qane olan şair azadlığı hər şeydən üstün bilmiş, sarayda yaşamaqdan imtina etmişdir. Halal zəhməti ilə yaşamış, sifarişlə əsərlər yazmışdır.
    Seçmişəm dünyada mən bircə bucaq,
    Arpa unu olmuş azuqəm ancaq,
    İlantək xəzinə üstə yatıram,
    Arpa çörəyiylə oruc tuturam.
    Bu misralardan şairin sadə bir həyat keçirdiyi aydın olur.
    Nizami Gəncəviyə dünya şöhrəti qazandıran ölməz “Xəmsə”si olmuşdur. Şairin öz həyatına aid faktlara da “Xəmsə”də rast gəlmək olur. Məlum olur ki, onun Afaq adında həyat yoldaşı, Məhəmməd adında oğlu olmuşdur. Oğluna Məhəmməd adı verməsi heç də təsadüfü deyil, şairin peyğənbər sevgisindən irəli gəlir. Daha ətraflı »

  • 20May
    Milli-mənəvi dəyərlər MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ üçün şərhlər bağlıdır

                                                        İSLAMDA AİLƏ ƏXLAQI

    İslamda ailə əxlaqından danışdıqda ailədaxili münasibətlərin məhz sevgi, qayğı fədakarlıq üzərində qurulması nəzərdə tutulur. Əgər ailədəki münasibət qeyd etdiyimiz təməllər üzərində qurularsa, bu cür ailə İslamın bizə tövsiyə etdiyi əxlaqlı ailədir. İslam dini ailənin bir inzibati qurum kimi formalaşmasının tərəfdarı deyil. Yəni, İslam dini ailəni cəmiyyətin təməli, bir kiçik məmləkət hesab edir. Lakin, İslam dini ailə başçısını idarə rəhbəri kimi görmək istəmir, o atanın anaya, övladına olan münasibətinin mənəvi bağlar üzərində qurulmasını, ailə üzvlərini fədakar görmək istəyir. Əgər övlad ata və ananın münasibətlərində bir-birilərinə fədakarlıq görərsə, artıq o özü mənəvi baxımdan inkişaf etmiş olacaq. Eyni zamanda övlad əgər bu cür ailədə böyümüş olsa, gələcəkdə düşəcəyi mühitə bu zaman təsir etmə qabiliyyəti də artmış olacaq. Hz. Əli buyurur: “Övladlarınız valideynlərindən daha çox yaşadığı mühitə bənzəyir. Daha ətraflı »