DİNLƏ İNANCLARIN ƏLAQƏSİ
Azərbaycan folklorunda inanclara rast gəlmək mümkündür. Məsələn, folklorda deyilir ki, açarı oynadanın evinə dava düşər. Yaxud da inanca görə axşam süpürülən evdən bərəkət əskilər, aynanın şövqünü evə salanda evdən ölü çıxar…
İraq-türkman folklorunda inanclar aşağıdaki kimi qruplaşdırılır:
Məişət və mərasimlərlə bağlı inanclar, təbiət hadisələri ilə bağlı inanclar, bitki və heyvanat aləmi ilə bağlı inanclar, astral təsəvvürlər və əsatiri görüşlərlə bağlı inanclar.
Astral təsəvvürlər və əsatiri görüşlərlə əlaqədar olan inanclar, əsasən, Ay, ulduz, digər səma cisimlərinə inamın nəticəsində yaranıb. Məsələn, bir ulduz axanda Yer üzündə kiminsə ömrünün sona yetdiyini düşünürlər. Çünki insan ruhlarının ulduzlarla bağlı olduğuna inanırlar.
Məişət və mərasimlərlə bağlı inanclar daha çoxdur. Səfərə çıxarkən və ya görülməsi düşünülən bir iş barədə danışarkən kimsə bir kərə asqırarsa, “Tək səbr gəldi, gözlənilsin, səbr edilsin”, iki kərə asqırılarsa “cüt gəldi, xeyirlidir” – deyə yola çıxarlar. Daha ətraflı »
Yeni ismarıclar