Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Okt

    Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 2021-ci il 9 oktyabr tarixində Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə Hadrut əməliyyatının əhəmiyyəti barədə söhbətini davam etdirərkən söyləyib ki. , hərbi nöqteyi-nəzərdən Hadrutu götürmək doğrudan da çox böyük fədakarlıq və peşəkarlıq tələb edirdi: “Biz bu əməliyyatı keçirməklə öz gücümüzü bir daha Ermənistana və bütün dünyaya göstərdik. Göstərdik ki, heç kim və heç nə bizim qabağımızda dura bilməz, nəyin bahasına olursa-olsun, biz bütün torpaqlarımızı azad edəcəyik”. Hadrutun strateji nöqteyi-nəzərdən xüsusi əhəmiyyətini vurğulayan dövlətimizin başçısı deyib: “Qəsəbə ətrafında yerləşən təpələr böyük əraziyə nəzarət etməyə imkan verir və Hadrutu götürmək hərbi nöqteyi-nəzərdən çox çətin idi. Eyni zamanda, Hadrutu götürməklə bizim gələcək planlarımız üçün yeni imkanlar açıldı”.

    Hadrut əməliyyatının əhəmiyyəti ondadır ki, Ermənistan rəhbərliyi və Ermənistan ordusu gözləmirdi ki, Azərbaycan Ordusu Cəbrayıldan sonra Hadrut istiqamətinə gedəcək. Onlar hesab edirdilər ki, biz Füzuli istiqamətinə gedəcəyik. Baxmayaraq ki, Hadrutda onların çox böyük canlı qüvvəsi var idi, bizi gözləmirdilər.

    Prezident qeyd edib ki, müharibə zamanı Ermənistan ordusunda on mindən çox fərari olmasına və bəzi yaşayış məntəqələrindən onların tələm-tələsik qaçaraq çıxmasına baxmayaraq, Hadrutda dirəniş, müqavimət göstərdilər və burada gedən şiddətli döyüşlər bir neçə gün davam etdi. Lakin Azərbaycan əsgəri, zabiti qarşısında öz acizliyini dərk edərək burada da məğlubiyyətə uğradılar.

    Ermənistanın tarixi də saxtadır, keçmişi də saxtadır, dövlətçiliyi də saxtadır, mifologiyası da saxtadır. Dövlətimizin başçısı deyib: “Sadəcə olaraq, dünya erməniliyi yaşadığı ölkələrdə elə bir yalan rəy yaradıb ki, sanki Ermənistan əhalisi əsrlər boyu burada yaşayıb. Hadruta ermənilər İrandan XIX əsrdə köçürülüblər. Bunu hamı bilir. O vaxta qədər burada erməni yaşamırdı. Tarixi saxtalaşdıraraq, bu gün də bugünkü reallıqları saxtalaşdırırlar”.

    Hadrut qəsəbəsinin azad edilməsi, Azərbaycan Ordusunun yalnız ətraf rayonları deyil, paralel olaraq Qarabağın dağlıq hissəsinin işğaldan azad etməkdə qərarlı olduğunu nümayiş etdirdi. Hadrutun itirilməsi Ermənistan cəmiyyətində narazılıqları artıracağı şübhəsiz idi. Buna görə də Ermənistan rəhbərliyi, Müdafiə Nazirliyi, digər rəsmi qurumlar və Peqov tipli ələbaxan xarici media nümayəndələri, Hadrut qəsəbəsinin Azərbaycanın nəzarətində olduğu halda, erməni xalqını uzun müddət aldatmaqda davam edirdilər.

    Azıx mağarasını aşkarlayan da azərbaycanlı arxeoloqlar olmuşlar. O arxeoloqlar böyük tədqiqat işləri aparmışdılar. “Onlar bizim torpağımızı işğal ediblər, Azərbaycan əhalisini etnik təmizləməyə məruz qoyublar, bütün evləri, binaları, tarixi abidələri dağıdıblar və özləri üçün də bir həyat qurmayıblar. İşğalı bundan sonra 30 il də davam etdirmək istəyirdilər. Beynəlxalq ictimaiyyət də, bu məsələ ilə məşğul olanlar da demək olar ki, buna göz yumurdular. Biz buna son qoyduq”, – deyə dövlətimizin başçısı vurğulayıb.

    Prezident çıxışı zamanı tarixi abidələrlə zəngin olan bu yerlərdə turizm mərkəzləri, otellər tikmək üçün azərbaycanlı və xarici investorları da dəvət edəcəyini bildirdi. “Bizim Xocavənd rayonunun, Hadrut qəsəbəsinin gələcək inkişafı ilə bağlı çox böyük planlarımız var. Biz bu gün bu planların icrasına start verdik. Bu gün xocavəndlilər öz doğma torpaqlarına gəliblər, bundan sonra gəlişlər daha da tez-tez həyata keçiriləcək”, – deyə Prezident İlham Əliyev əlavə edib.

    Prezident xalqın həmrəyliyinə misal olaraq minlərlə gəncin könüllü olaraq cəbhəyə getmək istədiyindən, yaralıların sağalmadan döyüşə getdiklərindən danışıb: “Bir nəfər də olsun fərari olmamışdır, bir nəfər də. Baxın, biz 44 gün döyüş apardıq, özü də bəzi döyüşlər çox ağır idi, xüsusən də birinci mərhələdə, təmas xəttini yarmaq lazım olanda ölümə gedirdilər bizim vətəndaşlar. Qələbənin səbəbi məhz budur”.

    Hadrut işğaldan azad olunmuş bütün digər ərazilər kimi bərpa olunacaqdır. Azərbaycan Hadrutu bərpa edəcək. Hadrutun baş planının ilk layihəsi artıq hazırlanıb. Yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcək və həmin plan təsdiq olunacaqdır. Hadrut kənd təsərrüfatının inkişafı üçün böyük potensiala malikdi. Hadrut əməliyyatı ilə bağlı Ermənistan mətbuatında yalan informasiyalar kifayət qədər çox idi. Ermənistan rəhbərliyi və Ermənistan Müdafiə Nazirliyi isə xalqına yalan informasiyalar verərək bəyan edirdi ki, Hadrut ermənilərdədir. Azərbaycan Ordusu Hadrutda bayrağımızı qaldırmaqla erməni yalanlarına son qoydu. Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərinin bərpa və yenidənqurma işlərinə başlayıb. Belə ki, Hadrutun beynəlxalq mədəniyyət və turizm mərkəzi olması nəzərdə tutulur. Artıq Hadrutun baş planının ilkin layihəsi də hazırlanıb və qəsəbənin bərpası işlərinə start verilib. Burada dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası və məscid tikiləcək.

    Dövlət başçısı həmçinin çıxışında bildirdi ki, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin fəaliyyətini unutmaq olmaz. Doğrudan da həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. işğaldan azad olunmuş bütün ərazilərimiz tezliklə bərpa olunacaq və doğma sakinlərinin ixtiyarına veriləcək

     

    Müəllif: Redaktor, 09:27

İsmarıclar bağlıdır.