Dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək bir sıra mühüm məsələlərə toxunub. Bildirib ki, Azərbaycan Alyansın dəyərli tərəfdaşıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin NATO-nun mənzil-qərargahına 2004-cü ildən bu günə qədər yeddi dəfə işgüzar səfərlərdə olması əməkdaşlığın dinamizmini göstərir. Azərbaycanın 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramında iştirakı böyük əhəmiyyət kəsb edir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dair NATO-ya üzv dövlətləri tərəfindən bir daha dəstək ifadə olunub. Daha ətraflı »
-
18DekDigər AZƏRBAYCAN SÜLHƏ VƏ SABİTLİYƏ SADİQ, NÖVBƏTİ ADDIMLARI PROQNOZLAŞDIRAN ÖLKƏDİR üçün şərhlər bağlıdır
-
15DekSosial MEDİA İSLAHATLARI VƏ ONUN ƏSAS TƏRKİB HİSSƏSİ OLAN “MEDİA HAQQINDA” QANUN LAYİHƏSİNİN HAZIRLANMASI DÖVLƏTİN SİYASİ İRADƏSİNİ TƏCƏSSÜM ETDİRİR üçün şərhlər bağlıdır
Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir.
“Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur. Daha ətraflı »
-
13DekDigər AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ, MÜSTƏQİL AZƏRBAYCAN DÖVLƏTİNİN QURUCUSU HEYDƏR ƏLİYEV AZƏRBAYCAN TARİXİNİN YETİRDİYİ ƏN BÖYÜK ŞƏXSİYYƏTLƏRDƏN BİRİDİR üçün şərhlər bağlıdır
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyil. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi. Onun böyük qürur hissi ilə söylədiyi “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” ifadəsi bütün həyat ideologiyasını, amalını əks etdirir.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməmişdir. 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləmişdir. 1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Daha ətraflı »
-
11DekDigər AZƏRBAYCAN XALQININ TARİXİ YADDAŞINDA QIZIL HƏRFLƏRLƏ YAZILMIŞ ZƏFƏR üçün şərhlər bağlıdır
Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri iştirak etmişdir. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər.
İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesajdır. Daha ətraflı »
-
10DekTərtər RİH-də BMT-nin İNKİŞAF PROQRAMININ GENDER MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ REYÇEL UERHEM TƏRTƏRDƏ üçün şərhlər bağlıdır
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyi “Daha fəal iqtisadi və sosial iştirak yolunda maneələri aş-maq üçün Azərbaycanda həssas və münaqişənin təsirlərinə məruz qalmış qadınların səlahiyyətlərinin genişləndirilməsi və onlara bərabər imkanların yaradılması” adlı layihə çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının gender məsələləri üzrə müşaviri xanım Reyçel Uerhem Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüb.
Qonaqları salamlayan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səmərəli və işgüzar xidmətlərinə görə, eləcə də qurumlar arasında ikitərəfli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə BMT rəsmisinə təşəkkürünü bildirib. Icra başçısı bildirib ki, həyata keçirilən layihələr, vaxtilə təmas xəttinə, indi işğaldan azad olunmuş ərazilərə yaxın bölgələrdə keçirilən tədbirlər çox vacibdir. Daha ətraflı » -
10DekXəbərlər VƏTƏNDAŞLARIN QƏBULU üçün şərhlər bağlıdır
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə karantin qaydalarının tələblərinə əməl etməklə vətəndaşları qəbul edib.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib. Onların icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində olan problemləri həll olunub, digərlərinin həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbulda vətəndaşlar Vətən müharibəsində fərdi evlərinə dəyən ziyanın aradan qaldırılması, təmir-tikinti işlərinin gecikdirilməsi, icarəyə torpaq, həyətyanı sahə götürülməsi, işlə təmin olunma ilə bağlı müraciət ediblər.
Həlli mümkün məsələlər operativ surətdə həll olunub, araşdırılması vaxt tələb edən məsələlər barədə aidiyyəti qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.
Rayon sakinləri Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əhaliyə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. -
10DekXəbərlər ŞƏHİDİN İL MƏRASİMİ üçün şərhlər bağlıdır
Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Əhmədzadə Mürşüd Müdahil oğlu 2000-ci il aprelin 1-də Tərtər rayonunun Evoğlu kəndində anadan olub. Oktyabrın 6-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Noyabr ayının 27-də onun nəşi tapılaraq Tərtər rayonunun Evoğlu kəndində dəfn olunub.
Şəhid Əhmədzadə Mürşüd 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur dö-yüşçü” medalları ilə təltif olunub.
Mərasimdə bütün şəhidlərin ruhuna dualar oxunub, xatirələri ehtiramla anılıb. -
10DekDigər TARİXİ QƏLƏBƏMİZƏ HƏSR OLUNMUŞ AMNİSTİYA HUMANİST SİYASƏTİN DAHA BİR TƏZAHÜRÜDÜR! üçün şərhlər bağlıdır
27 sentyabr 2020-ci il tarixdə başlanmış, əzəli Azərbaycan torpaqlarının yadelli tapdağından azad olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin birinci ildönümü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs əsasında 5 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən minlərlə ailənin sevincinə səbəb olan amnistiya aktı qəbul edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarı əvvəlki illərdə qəbul edilmiş amnistiya aktlarından bir çox xüsusiyyətlərə görə fərqlənməklə, əhatə etdiyi institutların, eləcə də şamil olunacağı şəxslərin dairəsinə görə müstəqil Azərbaycan tarixinin indiyədək qəbul olunmuş ən böyük amnistiyası kimi tarixə düşmüşdür. Belə bir möhtəşəm amnistiyanın qəbul edilməsi Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun əzmi sayəsində haqq savaşımızda qazanmış olduğumuz qələbənin tarixi Daha ətraflı »
-
10DekXəbərlər İGİD DÖYÜŞÇÜNÜN XATİRƏSİ ANILIB üçün şərhlər bağlıdır
Şəhidin anım günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətinin, veteranlar təşkilatlarının nümayəndələri, qazilər və şəhidin yaxınları onun məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq xidmət keçən hərbi qulluqçusu Qasımov Azər Yaqub oğlu 1979-cu il dekabrın 2-də Tərtər rayonunun Yenikənd kəndində anadan olub. Oktyabrın 29-da Suqovuşan istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Oktyabır ayının 29-da Tərtər rayonunun Yenikənd kəndində dəfn olunub.
Şəhid Qasımov Azər 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları təltif ilə olunub.
Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. -
10DekHərbi vətənpərvərlik 44 günlük Vətən müharibəsi günlərində üçün şərhlər bağlıdır
TƏRTƏR– AZƏRBAYCANIN “STALİNQRADI”
Harada yaşadığımıza baxmayaraq, doğulduğumuz, böyüdüyümüz yer həm vətənimiz sayılır, həm də o yer bizim üçün çox əziz və doğma olur. Mənim üçün də Tərtər belə əzizdir Tərtər çox səfalı, barlı-bərəkətli torpağı, saf suyu, füsünkar təbiəti ilə başqa rayonlardan seçilir. Rayonumuzun içərisindən keçən Tərtər çayı isə ona başqa bir gözəllik verir. Əbəs deyildir ki, Aleksandr Düma Tərtər haqqında belə demişdi: “Yalnız Tərtəri görməyənlər İsveçrəni görməkləri ilə qürrələnə bilərlər”. Rayonumuzun həm təbiəti, həm ərazisi, həm yerləşdiyi coğrafi mövqeyi mənfur qonşularımızı həmişə narahat edib. 30 ilə yaxın idi ki, Tərtər erməni quldurları ilə 48 km təmas xəttində yerləşirdi. Birinci və İkinci Qarabağ müharibəsi dövründə düşmənlərimiz nə qədər çalışsalar da, Tərtəri işğal edə bilmədilər. Əksinə, Tərtər bir çox yaşayış məntəqələrini ermənilərdən təmizlədi.
Müharibə adı gələndə ilk ağıla gələn – dağıntı, günahsız insan ölümü, vəhşilik – bunlar olur. Müharibə yer üzərinə və insanlığa qarşı törədilən ən qəddar bir cinayətdir. Mənfur xislətli, daima gözləri bizim yurd yerlərimizdə olan qaniçən ermənilər illərdir ki, bizimlə düşmənçilik edirlər. Ancaq 27 sentyabr 2020-ci ildə törətdikləri təxribat onlara çox baha başa gəldi. Necə deyərlər, bizim ordumuz onların başına od ələdi, 44 günün içərisində bütün torpaqlarımızı azad etdilər. Onları torpaqlarımızdan qovdular, Prezidentimizin təbirincə desək, “iti qovan kimi”. Təbii ki, bu haqq savaşı itkisiz, dağıntısız başa gəlmədi. Daha ətraflı »
Yeni ismarıclar