Noyabrın 15-də YAP Tərtər Rayon Təşkilatının inzibati binasında “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi tərəfindən “Sağlam ailə sağlam cəmiyyətin, güclü dövlətin özülüdür!” adlı layihə çərçivəsində ailə dəyərləri mövzusunda tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rəqsanə Məmmədli, məktəb, xəstəxana və digər dövlət qrumlarının nümayəndələri iştirak ediblər.
Təşkilatın sədri və layihə rəhbəri Lamiyə İsazadə açılış çıxışında layihənin donoru və məqsədi haqqında iştirakçıları məlumatlandırıb. O, layihənin gənclərin milli-mənəvi dəyərlərlə tərbiyə olunması, milli dəyərlərə bağlılıq, böyüklərə hörmət və digər milli dəyərlər işığında maarifləndirilməsini nəzərdə tutduğunu diqqətə çatdırıb.
Lamiyə İsazadə qeyd edib ki, “Ailə cəmiyyətin ən vacib dayağıdır. Bu dayağın möhkəm olması xalq və dövlətin də sağlam olması deməkdir. Bu gün qloballaşma və modernləşmə dövründə valideynlərin bu xüsusda üzərinə çox böyük məsuliyyət düşür. Ailələr texnoloji və iqtisadi inkişaflar və xüsusilə qloballaşmanın gətirdiyi problemlərlə qarşı-qarşıyadır. Bu problemləri görməyən və qarşılaşdığı zaman həll edə bilməyən millətlərin ayaqda qalması, dəyərlərini, adət-ənənələrini gələcək nəsillərə ötürməsi sual altındadır. Milli- mənəvi dəyərlərdən hər gün birinin qloballaşmanın pəncələrinə qurban edildiyi, sıradan çıxdığı dövrdə ailə mühitlərində yaşanan korlanma zamanla cəmiyyətin bütün seqmentinə yayılır. Daha ətraflı »
Yeni ismarıclar