Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,769
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 23Noy
    Digər Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevə müraciət etməklə, dünya miqyasında tanınan bir dövlətə sahib oldu üçün şərhlər bağlıdır

    Cari ilin 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə tədbir keşirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib.

    O deyib ki, Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünən insanlar ölkəmizin nicat yolunu Heydər Əliyevin simasında görürdülər və məhz buna görə Ulu Öndərə müraciət ünvanlamışdılar. Yeni Azərbaycan Partiyasının yaranması tarixi hadisə idi. O vaxt gənc Azərbaycan Respublikası çətin günlər yaşayırdı. Müstəqilliyimizin cəmi bir yaşı var idi və müstəqilliyimizin birinci ili çox ağır keçmişdir, bəzi hallarda xalqımız böyük faciələrlə üzləşmişdir.

    Yeni Azərbaycan Partiyasının təsis konfransı Naxçıvanda keçirilmişdir. Təsis konfransında ölkəmizin bütün bölgələrindən 500-dən çox nümayəndə iştirak edirdi və onların tarixi qərarları ölkəmizin yeni səhifəsinin açılmasına gətirib çıxardı. Daha ətraflı »

  • 23Noy
    Tərtər RİH-də İcra başçısı növbəti dəfə vətəndaşları qəbul edib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 42 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.

    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, yeni subartezian quyusunun qazılması, həyətyanı torpaq sahəsinin ayrılması, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, həyətyani torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

    Qəbulda vətəndaşlar ölkəmizdə həyata keçirilən islahatlara, əhalinin sosial rifah halının yüksəldilməsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

  • 23Noy
    Xəbərlər Tərtərdə Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub üçün şərhlər bağlıdır

    Tərtərdə 22 noyabr- Ədliyyə İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ədliyyə işçiləri və YAP rayon Təşkilatının sədri  iştirak ediblər.

    Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin rayonun mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla anıblar.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, Azərbaycan ədliyyəsinin şanlı tarixindən və inkişaf yolundan, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıqları ilə aparılan ədliyyə və məhkəmə islahatlarından danışıb. Bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xətti bu gün möhtərəm Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda yeni nailiyyətlər əldə olunub. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər Azərbaycanda Milli Dirçəliş Günü üçün şərhlər bağlıdır

    Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr–Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb.
    Mənəvi əsaslarını və başlanğıcını ötən əsrin 60-cı illərindən götürən bu tarix sonralar ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu.
    Ötən əsrin axırlarında dünyanın altıda birini əhatə edən Sovet İttifaqının iqtisadi, siyasi, mənəvi və ideoloji dayaqları sarsılmışdı. İmperiyanın siyasi “beyin mərkəzi”nin xalqlara, xüsusilə Azərbaycan xalqına qarşı yürütdüyü ayrı-seçkilik siyasəti kəskin xarakter aldı. Mixail Qorbaçov hakimiyyətinin dəstəyi ilə ermənilər Dağlıq Qarabağda azərbaycanlılara qarşı haqsız ərazi iddialarına başladı. Ermənilərin Topxanada törətdikləri vəhşiliklər, Ağdamda isə iki azərbaycanlını qətlə yetirmələri Bakıda milli hissləri alovlandırdı. XX əsrin əvvəllərində istiqlalın ləzzətini dadan xalq bu dəfə müstəqillik arzularını reallaşdırmaq üçün tarixi bir fürsətin yarandığını hiss etdi. 1988-ci ildən başlayaraq Azərbaycanda milli istiqlal hərəkatı geniş vüsət aldı. Milyonlarla insanın toplaşdığı Azadlıq meydanında səslənən tələblərin mahiyyəti getdikcə dəyişərək müstəqil dövlət qurmaq ideyası milli düşüncəyə hakim kəsildi.
    Hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən ümummilli lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli-mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində təhsil alan milli ruhlu alimlər və ziyalılar ordusu yetişdi. Dahi şəxsiyyət Heydər Əliyevin respublikada yaratdığı bu mənəvi-psixoloji və iqtisadi baza təxminən 20 il sonra Sovet İttifaqı dağılmağa başlayanda xalqın dayağı oldu. Daha ətraflı »

  • 21Noy
    Digər Vətəndaş məmnunluğu təmin olunub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə vətəndaşları qəbul edib. Qəbulda 36 nəfər vətəndaşın müraciəti dinlənilib. Şəhid ailələri və qazilər növbədənkənar qəbul edilib, onların problemlərinə həssaslıqla yanaşılıb.
    Qəbula gələn vətəndaşlar əsasən Vətən müharibəsi zamanı evlərinə dəymiş ziyanla, işlə təmin olunma, maddi yardım, subartezian quyusunun təmiri, sahibkarlıq obyektinin tikintisi üçün torpaq sahəsinin ayrılması, bələdiyyədən əkin üçün icarəyə torpaq sahəsinin ayrılması, pay torpaq sahəsində olan mübahisə, əlillik dərəcəsinin təyin edilməməsi, Məşğulluq Mərkəzi tərəfindən heyvandarlıq aktivləri ilə təmin olunma, həyətyanı torpaq sahəsinin ayrılması və digər məsələlərlə bağlı müraciət ediblər. Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, icra hakimiyyətinin səlahiyyətlərinə aid müraciətlər qanun çərçivəsində həll olunub, digər müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib, vətəndaş məmnunluğu təmin olunub.

  • 21Noy
    İdman Həmyerlimiz yenə də qalibdir üçün şərhlər bağlıdır

    Noyabrın 9-da Polşanın Keltse şəhərində start götürən boks üzrə beynəlxalq turnirə yekun vurulub. Millimizin heyətində 80 kq çəkidə vuruşan tərtərli boksçu Murad Allahverdiyev çempion adını qazanıb. O, final döyüşündə boks üzrə dünya çempionatının mükafatçısı – moldovalı rəqibi Andrey Çiryasovu məğlub edərək çempion adını qazanıb.
    İdmançımızın şərəfinə Azərbaycan Respublika-sının Dövlət himni səsləndirilib. Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çempion Murad Allahverdiyevi təbrik edib, ona yeni uğurlar arzulayıb.
    Qeyd edək ki, Murad Allahverdiyev 8 qat Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi, 2 dəfə Avropa üçüncüsü, 1 dəfə Avropa çempionu olub və boks idman növü üzrə idman ustasıdır. Eyni zamanda o, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətində hərbi xidmət edir.

     

  • 21Noy
    Digər Tərtərlilər çoxəsrlik dövlətçilik ənənələrinə söykənən Konstitusiyamızı ürəkdən bəyənirlər üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında Konstitusiya Günü münasibətilə tədbir keçirilib. Tədbiri Tərtər Rayon İcra Hakmiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tədbir iştirakçılarını Konstitusiya Günü münasibətilə təbrik edib.
    Rayon rəhbəri bildirib ki, Ümummilli liderimiz, müasir Azərbaycan dövlətinin qurucu-su Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş Konstitusiya xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və mənəvi prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb.
    Konstitusiyamızın əsas qayəsi xalqın yekdil və sarsılmaz iradəsini əks etdirərək, Azərbaycanın dövlət fəaliyyətinin əsas prinsiplərini və demokratik dövlət quruculuğu prosesinin başlıca istiqamətlərini müəyyənləşdirib.
    Bundan sonra ölkəmizdə bir çox sahələrdə, o cümlədən, hüquqi dövlət quruculuğu və insan haqlarının təmini sahəsində əhəmiyyətli dəyişikliklər baş verib.
    Bu gün Azərbaycan Konstitusiyası dolğun və mükəmməl bir sənəddir, ölkəmizin tərəqqisi üçün mühüm vasitədir. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyamıza edilmiş əlavələr əsas Qanunumuzu müasirləşdirib və zənginləşdirib. Cəmiyyətin hüquqi əsaslarının inkişafında mühüm dəyişikliklər etməklə yanaşı insan hüquq və azadlıqlarının təminatı üçün yeni institutlar yaradıb. Daha ətraflı »

  • 21Noy
    Digər TARİXİMİZİ YAŞADAN KİTAB üçün şərhlər bağlıdır

    Redaksiyamızda “Tərtərin tarix yazan oğulları” kitabının təqdimatı keçirilib. Kitabın müəllifi, qəzetimizin redaktoru Svetlana Bağırova Tərtərimizin qəhrəman övladlarına həsr olunan bu kitabın ərsəyə gəlməsindən danışıb. O bildirib ki, “Tərtərin tarix yazan oğulları” kitabı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü, mənəvi və maliyyə dəstəyi ilə çap olunub və rayonumuzun tarixində yaşayacaq bir əsər kimi hazırlanıb. Burada 44 günlük Vətən müharibəsində canını, qanını fəda edərək, torpaqlarımızı erməni işğalından azad edən oğulların şücaətindən bəhs olunur, onların hər biri haqqında dolğun məlumatlar təqdim edilir.
    Kitabın əsas qayəsi bu gənclərin vətənpərvərliyi, onların Müzəffər Ali Baş Komandan İlham Əliyevin “dəmir yumruğ”u altında sıx birləşərək, Vətən, bayraq, torpaq uğrunda göstərdikləri misilsiz şücaətlərdir. Övladlarını, həyat yoldaşlarını, atalarını itirən insanların dərdi sonsuz olsa da, müəllif hər bir ailədə “Vətən sağ olsun” kəlmələrini eşitdiyini, belə qəhrəman oğullar böyüdüb tərbiyə edən valideynlər qarşısında baş əydiyini söyləyib. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər Bala Kəngərli kəndində növbəti səyyar qəbul-görüş keçirilib üçün şərhlər bağlıdır

    Görülmüş işlərə nəzər salınıb, mövcud problemlərin həlli üçün tədbirlər görülüb

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Bala Kəngərli kəndində keçirilib.
    Qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və ağsaqqallar şurasının sədrləri, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak ediblər.
    Əvvəlcə rayon rəhbəri yaşayış məntəqələrində keçirilən səyyar-qəbul görüşlər haqqında məlumat verib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı altında respublikamızda, eləcə də bölgələrdə aparılan tikinti-quruculuq-abadlıq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən geniş həcmli layihələrdən, Vətən müharibəsində qazanılan Zəfərdən, müharibə dövründə rayonun infrastrukturuna dəymiş ziyandan, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən dəstəkdən danışıb.
    İcra başçısı kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə də məlumat verib.
    Bildirilib ki, Bala Kəngərli kəndinin 460 hektar ərazisi, 142 təsərrüfatı, 651 nəfər əhalisi, 274 hektar pay torpağı var. Ərazidə 1 ümumi orta məktəb, 2 ticarət obyekti, 1 çörək bişirmə müəssisəsi fəaliyyət göstərir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Kənd daimi işıq, qaz və içməli su ilə təmin olunub. Daha ətraflı »

  • 21Noy
    Xəbərlər İcra başçısı Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə tanış olub üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 80 şagird yerlik Bala Kəngərli ümumi orta məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
    Məktəbdə görülmüş işlərlə yaxından tanış olan rayon rəhbəri tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini, valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb olunmasını, “Covid-19” pandemiyası ilə mübarizə üçün gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
    Rayon rəhbəri şagirdlərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordunun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat verib, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından, onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.