Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,272
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Okt
    Digər Qələbələrimizin başlanğıcı üçün şərhlər bağlıdır

    Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisələrdən biri kimi tarixə düşdü. 2 oktyabr 2026-cı ildə Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən qurultay ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa edildiyi yeni reallıqlar şəraitində baş tutdu. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda geniş nitq söyləyərək ölkəmizin keçdiyi tarixi yola nəzər saldı, əldə edilmiş nəticələri diqqətə çatdırdı və qarşıdakı dövr üçün mühüm vəzifələri müəyyənləşdirdi. Prezidentin çıxışında səslənən fikirlər yalnız partiyanın gələcək fəaliyyət istiqamətləri ilə məhdudlaşmırdı. Nitqdə Azərbaycanın dövlətçilik tarixinin mühüm mərhələləri, milli maraqların qorunması, təhlükəsizlik məsələləri, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, informasiya və ideoloji təhlükəsizlik, xarici siyasət və beynəlxalq əlaqələr kimi strateji məsələlər geniş şəkildə əksini tapdı. VIII Qurultayın əsas xüsusiyyətlərindən biri onun Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi şəraitdə keçirilməsi idi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, 2020-ci il Vətən müharibəsində əldə edilən Zəfərdən sonra Azərbaycanın qarşısında duran əsas vəzifə ərazi bütövlüyünün tam təmin olunması idi. 2023-cü il sentyabrın 20-də həyata keçirilmiş tədbirlər nəticəsində isə ölkənin bütün ərazisində suverenlik təmin edildi. VIII Qurultay yeni siyasi və geosiyasi reallığın təqdimatı kimi qiymətləndirilə bilər. Daha ətraflı »

  • 06Okt
    Kənd Təsərufatı Tərtər rayonunda pambıq yığımına start verilib üçün şərhlər bağlıdır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prime Cotton MMC-nin Bərdə regional idarə etmə rəhbəri Amil Rəşidov və Tərtər filialının əməliyyat rəhbəri Vilayət Şairovla birlikdə rayon ərazisində pambıq yığımının başlanması ilə əlaqədar “Prime Cotton” MMC-nin Tərtər filialında olmuş, yığım prosesinə cəlb olunan kənd təsərrüfatı texnikalarının vəziyyəti və hazırlıq səviyyəsi ilə tanış olmuşdur.

    Daha sonra rayon rəhbəri Poladlı kəndində fermer Əliyev Vəliyyədin Əli oğlunun sahəsində pambıq yığımının gedişinə baxış keçirmiş, yığım prosesinin vaxtında və itkisiz təşkili ilə bağlı görülən tədbirlərlə tanış olmuşdur.

    İcra başçısı bildirib ki, pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması və müasir aqrotexniki tədbirlərin tətbiqi Tərtərdə kənd təsərrüfatının əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Pambıq yığımı dövründə texnikanın sahələrə vaxtında cəlb olunması, məhsulun itkisiz və keyfiyyətli şəkildə toplanması, fermerlərin qarşılaşa biləcəyi problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülür. Daha ətraflı »

  • 06Okt
    Milli-mənəvi dəyərlər Tərtərdə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib üçün şərhlər bağlıdır

    Tərtərdə rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

    Tədbirdə  rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə  nümayəndəsi Fərid Haçıyev, Tərtər Peşə məktəbinin direktoru Əli Babayev, məktəb diretorları, körpələr evi-uşaq bağcalarının müdirləri, əməkdar və gənc  müəllimlər, ümumilikdə 200 nəfərdən çox təhsil işçisi iştirak edib.

    Təhsil işçiləri əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.

    Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib. Daha ətraflı »

  • 06Okt
    Digər VIII Qurultay: Qarşıdakı dövr üçün əsas inkişaf istiqamətləri üçün şərhlər bağlıdır

    2 oktyabr 2026-cı il tarixində Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirildi. Bu qurultay Yeni Azərbaycan Partiyasının tarixində növbəti hesabat-seçki tədbiri kimi deyil, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonra keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıdı. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev qurultayda geniş və proqram xarakterli çıxış etdi. Bu çıxış həm ötən 30 ildən artıq dövrün yekunu, həm də suverenlikdən sonrakı yeni mərhələnin strateji yol xəritəsi idi.

    Prezident İlham Əliyev çıxışının əvvəlində bildirdi ki, Yeni Azərbaycan Partiyasının qurultayı ölkənin ictimai-siyasi həyatında önəmli hadisədir və partiyanın fəaliyyəti təkcə Azərbaycan üçün deyil, bölgə üçün də böyük önəm daşıyır. Daha ətraflı »

  • 05Okt
    Digər Cəbrayıl rayonunun işğaldan azad olunması üçün şərhlər bağlıdır

    27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl.

    2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi;

    – Azərbaycan bayrağı Xudafərin körpüsündə dalğalanır.

    Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır;

    Cəbrayıl rayonunun işğal edilməsi Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi; Daha ətraflı »

  • 05Okt
    Digər Qüdrətli Azərbaycan dövlətinin təməlinin qoyulması üçün şərhlər bağlıdır

    Milli qurtuluşa gedən yolun başlanğıcı.1993-cü il oktyabrın 3-nə təyin edilmiş prezident seçkiləri Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin taleyüklü seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu;

    Vətənə sədaqətli xidmət nümunəsi.Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb;

    Ömrünü Azərbaycan Respublikasının gələcək inkişafına həsr edən dövlət adamı.Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.”; Daha ətraflı »

  • 01Okt
    Digər Milli taleyin dönüş nöqtəsi üçün şərhlər bağlıdır

    Azərbaycanın müasir dövlətçilik tarixində 3 oktyabr 1993-cü il tarixi sadəcə bir seçki günü deyil, ölkənin müstəqilliyini itirmək təhlükəsindən xilas olduğu, siyasi və iqtisadi sabitliyin əsasının qoyulduğu müstəsna bir dönüş nöqtəsidir. 1990-cı illərin əvvəllərində dərin siyasi, hərbi və iqtisadi böhran keçirən Azərbaycan məhz bu tarixdə xalqın mütləq səs çoxluğu ilə öz gələcək taleyini Heydər Əliyevə etibar etdi.
    1993-cü ilin yay aylarında Azərbaycanda daxili xaos ən pik həddə çatmışdı. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqların işğalı davam edir, ölkə daxilində isə vətəndaş müharibəsi təhlükəsi real xarakter alırdı. Belə bir çətin məqamda xalqın və o dövrkü siyasi rəhbərliyin təkidli dəvəti ilə Bakıya gələn Heydər Əliyev, 15 iyun 1993-cü ildə Ali Sovetin sədri seçilərək ilk növbədə daxili sabitliyi təmin etdi. Lakin ölkədə legitim hakimiyyətin tam formalaşması və beynəlxalq müstəvidə Azərbaycanın hüquqi dövlət kimi tanınması üçün ümumxalq prezident seçkilərinin keçirilməsi zəruri idi. Daha ətraflı »