Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,223
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Okt

    Tərtərdə rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının rayon təşkilatı və Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş tədbir keçirilib.

    Tədbirdə  rayon İcra Hakimiyyətinin  başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə  nümayəndəsi Fərid Haçıyev, Tərtər Peşə məktəbinin direktoru Əli Babayev, məktəb diretorları, körpələr evi-uşaq bağcalarının müdirləri, əməkdar və gənc  müəllimlər, ümumilikdə 200 nəfərdən çox təhsil işçisi iştirak edib.

    Təhsil işçiləri əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra tədbir rayon icra hakimiyyətinin inzibati binasında davam etdirilib.

    Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş Vətənin qəhrəman övladlarının, o cümlədən şəhid olmuş və dünyasını dəyişmiş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni səsləndirilib.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə onları təbrik edərək, şərəfli işlərində və gələcək fəaliyyətlərində uğurlar diləyib. Bildirib ki, artıq 6 ildir ki,müəllimlərimiz öz bayramlarını daha qürurla qeyd edirlər. Çünki artıq Vətənimiz olan Azərbaycanın bütün guşələrində üçrəngli Azərbaycan Bayrağı dalğalanır.

    Rayon rəhbəri öz çıxışında Ulu  Öndərin  “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözlərini də dilə gətirib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib. Onun təşəbbüsləri sayəsində təhsil işçilərinin maddi vəziyyətinin və sosial rifahının yaxşılaşdırılması daim diqqət mərkəzində olub.

    Qeyd olunub ki,bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğı bu gün də davam etdirilir.

    Çıxışda ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci vitse-Prezident Mehriban xanım Əliyevanın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri də diqqətə çatdırılıb.

    Sonra Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev,YAP rayon təşkilatının sədri Eldar Əsədov, Hacıqərvənd kənd tam orta məktəbinin direktoru Sitarə Xəlilova,Ələsgərli kənd tam orta məktəbin direktoru İnqilab Baxışov,Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Pərvanə Yusibova,Umudlu kənd tam orta məktəbinin müəllimi Qızbəs Hüseynova,Rəcəbli kənd tam orta məktəbinin müəllimi Könül Əliyeva,şəhər uşaq musiqi məktəbinin müəllimi Kərrar Bayramov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, Azərbaycan müəlliminin xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri var. Bu mənada Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və fəaliyyəti dayanır. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunur.

    Tədbirin sonunda bir qrup müəllim rayon icra hakimiyyəti, YAP rayon təşkilatı tərəfindən fəxri fərmanla təltif olunub.

     

    Müəllif: Redaktor, 10:51

İsmarıclar bağlıdır.