Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,223
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Okt

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Prime Cotton MMC-nin Bərdə regional idarə etmə rəhbəri Amil Rəşidov və Tərtər filialının əməliyyat rəhbəri Vilayət Şairovla birlikdə rayon ərazisində pambıq yığımının başlanması ilə əlaqədar “Prime Cotton” MMC-nin Tərtər filialında olmuş, yığım prosesinə cəlb olunan kənd təsərrüfatı texnikalarının vəziyyəti və hazırlıq səviyyəsi ilə tanış olmuşdur.

    Daha sonra rayon rəhbəri Poladlı kəndində fermer Əliyev Vəliyyədin Əli oğlunun sahəsində pambıq yığımının gedişinə baxış keçirmiş, yığım prosesinin vaxtında və itkisiz təşkili ilə bağlı görülən tədbirlərlə tanış olmuşdur.

    İcra başçısı bildirib ki, pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması və müasir aqrotexniki tədbirlərin tətbiqi Tərtərdə kənd təsərrüfatının əsas istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Pambıq yığımı dövründə texnikanın sahələrə vaxtında cəlb olunması, məhsulun itkisiz və keyfiyyətli şəkildə toplanması, fermerlərin qarşılaşa biləcəyi problemlərin operativ həlli istiqamətində müvafiq tədbirlər görülür.

    Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verdiyi tapşırıqlarda kənd təsərrüfatının inkişafının, məhsuldarlığın artırılmasının, müasir texnologiyaların tətbiqinin və fermerlərə dövlət dəstəyinin gücləndirilməsinin vacibliyi xüsusi vurğulanmışdır. Prezidentin həmin müşavirədə qeyd etdiyi kimi, pambıqçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində istehsal və məhsuldarlıq göstəricilərində əhəmiyyətli artım əldə olunmuşdur.

    Rayon rəhbəri bildirib ki, 25 may 2026-cı il tarixli Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin artırılmasını və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsini nəzərdə tutur.

    Məlumat üçün qeyd edək ki, ölkə Prezidentinin kənd təsərrüfatının inkişafı ilə bağlı tövsiyyələrinə uyğun olaraq bu il Tərtər rayonunda pambıqçılıqla məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri tərəfindən 2132,4 hektar sahədə pambıq əkilib.

    Bunun da 1014,6 hektarı “Prime Cotton” MMC ilə, 774,0 hektarı “Azərpambıq” MMC və 343,8 hektarı isə digər şirkət ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

    Tərtər rayonunda qarşıya qoyulan vəzifələrə uyğun olaraq kənd təsərrüfatının, xüsusilə pambıqçılığın inkişafı, fermerlərin fəaliyyətinin dəstəklənməsi, məhsuldarlığın yüksəldilməsi və müasir texnologiyalardan istifadənin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

     

    Müəllif: Redaktor, 10:55

İsmarıclar bağlıdır.