Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cü illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələrin icrasını təmin etmək məqsədilə bölgələrdə zəruri tədbirlər həyata keçirilir, əmək ehtiyatları səfərbər edilir, görüləcək işlər müəyyənləşdirilir.
Bu günlər ölkənin bütün bölgələrində olduğu kimi, Tərtərdə də diqqətçəkən canlanma hiss olunur. Tərtər havası təmiz, suyu saf, torpağı münbit, ən başlıcası isə, sakinləri əməksevər, zəhmətə, torpağa bağlı insanlardır. Ermənistan silahlı qüvvələrinin işğalçılıq niyyətlərinə qarşı mübarizədə əsl qəhramanlıq nümunəsi göstərərək düşmənə bir qarış torpaq da güzəşt etməmiş tərtərlilər bu gün əmək meydanında xarüqələr göstərir, ölkə iqtisadiyyatının güclənməsinə sanballı töhfələr verirlər. Təsadüfi deyil ki, Ermənistan faşistlərinin Tərtərə raket və artilleriya mərmilərini dolu kimi yağdırdığı ağır və gərgin günlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə bölgəyə səfər etmiş, tərtərlilərin fədakarlığını əsl qəhrəmanlıq kimi qiymətləndirmişdir.
Qarabağ iqtisadi rayonuna daxil olan Tərtər coğrafi mövqeyi və strateji əhəmiyyət baxımından ölkənin vacib bölgələrindən biri kimi tanınır. Yüksək məhsuldarlığa malik torpaqları burada kənd təsərrüfatını dinamik inkişaf etdirmək üçün geniş imkan verir. Pambıqçılıq və taxılçılıq aqrar sektorun əsas sahələridir. Heyvandarlıq və baramaçılıq da inkişaf edən sahələrdəndir. Son illər həmçinin rayonda intensiv bağçılığa diqqət nəzərəçarpacaq dərəcədə artıb.
30 illik işğal dövrünün ağrı-acısı şanlı zəfərlə başa çatdıqdan sonra Daha ətraflı »


Yeni ismarıclar