
Tərtər şəhər 1 saylı tam orta məktəbinin istedadlı məzunu Günay Əlizadə ilə bağlı qürur dolu bir xəbəri sizinlə bölüşmək istəyirik.
Bu il həmin məktəbi əla qiymətlərlə bitirən, cəmi 16 yaşlı qızımız Günay Əlizadə əzmi, zəhməti və biliyi sayəsində böyük uğurlara imza atıb.
O, ABŞ-ın bir çox nüfuzlu universitetlərinə – Simmons University, Saint Louis University, Suffolk University, Hofstra University və Arizona State University, eləcə də Avropanın tanınmış ali təhsil ocaqları olan Vilnius University, TalTech – Tallinn University of Technology və LCC International University və.s universitetlərinə qəbul qazanıb.
Günay bir sıra universitetlərdən yüksək məbləğdə təqaüdlərə də layiq görülüb. Saint Louis University tərəfindən ümumilikdə 128 000 ABŞ dolları, digər universitetlər tərəfindən isə 70–80 min ABŞ dollarına qədər təqaüd təklifləri alıb.
Bununla yanaşı, o, yüksək nəticə göstərərək, ADA-nın Beynəlxalq Münasibətlər ixtisasına qəbul olunub və təhsilini Azərbaycanda davam etdirməyi seçib.
Bu uğurlar Günayın illərlə davam edən zəhmətinin, məqsədyönlülüyünün və özünə olan inamının bəhrəsidir. Bu yolda onun inkişafına töhfə verən bütün müəllimlərinə, məktəb kollektivinə və hər zaman dəstək olan hər kəsə sonsuz təşəkkürümüzü bildiririk.
Günayımıza yeni həyat mərhələsində daha böyük nailiyyətlər arzulayır, onun gələcəkdə də ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil edəcəyinə ürəkdən inanırıq. Yolun daim açıq, uğurların bol olsun!

